Her şey necə gözəl idi. Amma o heçnəyin fərqinə varmadan həyatını yaşayırdı,əlində olan tək xoşbəxtliyin qiymətini bilmədən.. Yox, yox fərqində idi əslində, amma onun yox, digər xoşbəxtliklərin.Dərslər, rəfiqələr ve hər gənc qız kimi sevgi problemleri. Evə gələn zaman isə "salam ana, salam ata,mən gedirəm yatmağa ve ya dərs oxumağa"deyirdi.
Hər zaman atası ilə dalaşardı.Davalar isə mənasız olardı. Yox mən bu kanala baxmıram, bu yeməyi yemirəm və s. Selcanın atası ona həmişə əsəbləşsə də ona qıymazdı. Selcan da onu incitdiyini bilsə də üzr istəməzdi heç vaxt. Sanki aralarında həmişə bir pərdə olardı. Elxan dayı sadəcə bir söz deyərdi:"Vaxt gələcək məni çox axtaracaqsan, amma onda mən olmayacam". Selcan bu sözə pis olsa da mənasını anlamazdı ya da anlamazlıqdan gələrdi. Ölüm kəlməsi heyatda en qorxduğu söz idi. .Sevdikləri ona həyatda qüvvə verən yegane varlıqlar idi. Ölüm qorxuludu ya ölüm hissi? Məncə, ən qorxulu sevdiklərinin gözünə baxa - baxa, onların ölümünü gözləməkdir. Hər kəs ölümü, xəstəliyi çox gözəl anlayır, amma digər insanların simasında. Başqalarına nəsə ola bilər, amma mənim, ailəmin başına belə bir iş gəlməz deyə düşünürdü insan. Lakin həyat insanlarla oynamağı yaxşı bacarır..Bu aralar Elxan dayinin veziyyeti heç yaxşı deyildi. Ona görə bu gün həkimə gedəcəkdi. Selcan hazırlıqdan yeni gəlmişdi, yemək yiyib digər hazırlığa gedəcəkdi. Evdə ise huzur deyil, hüzünverici ab-hava var idi. Anası Selcanı görən kimi göz yaşlarını silməyə başladı.
Selcan: Nə olub? Niyə ağlayırsan? Bacı və atam hanı?
Iradə xanım: Dərman almağa gediblər, indi gələrlər.
Selcan: Bes niyə ağlayırsan?
Iradə xanım: Ağlamıram, qızım. Bunu hardan çıxardın?
Selcan: Ana, mən axı uşaq deyiləm. Gözlərinə bax necə qızarıb.
Irade xanim: Qizim, deyirəm axı heçnə olmayıb. Get yeməyini ye, bir azdan hazırlığa gedəcəksən.
Selcan : Yaxşı ana, təki heçnə olmasın.
Bir müddət keçdikdən sonra Zarina gəldi. Gözləri ağlamaqdan qıpqırmızı olmuşdu. Selcan artıq nələrinsə yolunda getmədiyini başa düşürdü. Bacı, nə baş verir burda? Heç olmasa sən de.
Zarina: Axı nəyi deyim hə? Sevinə bilərsən artıq. Çox az qalıb istədiyini edərsən.
Selcan: Sə... ən nə danışırsan? Aydın danış, bunun söhbətimizlə nə əlaqəsi var?
Zarina dərindən nəfəs aldı və sonra atamız ölür, başa düşürsən, ölür. 2- 3 ay ömrü qalıb. O, xərçəng xəstəsidir- dedi. Bir müddət araya sakitlik çökdü. Selcan eşitdiyi sözlərin qarşısında sanki çökmüşdü. Gözünün qarşısında uşaqlıq xəyalları canlandı.İsti yay günlərindən biri idi. Selcan şıltaqlıq edib o havada parka getmək istəyirdi. Dəridən - qabıqdan cıxaraq atasını razı salmışdı. Birlikdə maraqlı, unudulmaz gün yaşamışdılar.
Əməliyyat olunmuşdu Selcan. Atası bir an göz qırpmadan onun yanında oldu. Bir müddət sonra Selcan ayağa qalxıb gəzmək istədi. Amma hər şey hesab etdiyimiz qədər asan olmur. Durmağa cəhd etsə də, buna müvəffəq ola bilmir. Atası isə qızının vəziyyətini görüb onda ruh yüksəkliyi yaratmaq üçün çoxlu nağıllar danışır, hər gün onunla bezmədən bütün xəstəxananı gəzir, onu darıxmağa qoymurdu.. Bütün bu hadiseler Selcanın gözünün önündən bir film kimi keçdi . Evdəkilərə sağol deyib iri addımlarla ordan uzaqlaşdı. Soyuq qiş sanki onun damarına işləmişdi. Heçnəyi eşitmir, hiss etmirdi. Axı necə hiss etsin, ən çox dalaşdığı , lakin ən çox sevdiyi insanlardan biri əlini içindən kəpənək kimi uçub gedirdi. Həyatda neyi insan itirsə də ailəsindən kimise itirdiyi zaman hiss etdiyi acını, kədəri duymazdı. Çox şeyi əvəz etmək olar, amma aile sevgisini esla.. Hər kəsin bir arzusu vardı. Bir yox milyonlarla, bəlkə də. Bu arzuların 80% ailenin yanında olmağını istediyin sevincli günlər təşkil edir. Selcan da hər zaman nəyinse xəyalını qurarkən ilk öncə ailəsini düşünür, çalışır bu arzular, xəyallar yerinə yetən zaman onlarda xoşbəxt olsunlar. Ancaq indi o butun arzularının üstündən xett çəkmişdi. Çünki bu arzular yerinə yetse eger her zaman yarım qalacaqdı, bir insanın gülüşü, xoşbəxtlikdən " qızım" deyə ağlaması olmayacaqdı. Həyat niyə sevdiklərimizi əlimizdən tez alır? Həyatı hələ dərk etmədən, öyrənmədən. Selcan axı bu həyatı atatsinin varlığını, onu qoruyan biri olduğunu bilə - bilə öyrənmək istəyirdi. Heyat isə ona həyatı atasız olaraq öyrətdi, həm də bu qədər tez...
YOU ARE READING
Kiçik xoşbəxtliklər
Short StoryHekayələrdən ibarət olan kiçik dünyamla tanış olacaqsız..Ümid edirəm bəyənəcəksiz.)