Son mektub

233 14 15
                                    

Güzgünün qarşısında dayanaraq, çiyninə qədər düşən saçlarına baxdı. Hansı ki, yaşından aslı olaraq ağarmışdı.Lakin saçının seyrək hissələrində qara rəngə də təssadüf etmək olar.Əlini üzünə aparıb,üz cizgilərini incələməyə başladı. Qırışları heyatın cetin sınaqlarından kecdiyindən xəbər verirdi sanki.
"He Behrin, elə bilirdin sən qocalmayacaqsan?"-deyərək öz-özünə deyindi. Ani nəzərlərlə otağa diqqət yetirdi. Güzgünün önündə çarpayısı, bütün əşyalarını yerləşdirmək üçün balaca şkafı, yemək yemək üçün stolu, stolun üstündə gül vardı. Çarpayıda tünd rənglərə üstünlük vermişdi.Otağın dizaynı qocalar evində olan digər otaqlar kimi bəzədilmişdi.Gözü masadaki gülə sataşdı.
"Vay Behrin, yənə yadından cixdı.Gülnaz gelib yenə deyinəcək: Bu zehrimar gülləri hər gun sula. Hər iki gündən bir sənə gül gətirirəm. Qonşu otaqda yatan qadına bax.Özü hər gün məndən gül istəyir.Amma sen..."Behrin bu fikirləri ağlından kecirirdi, çünki hər gün bunları eşidirdi.

Gülnaz 35yaşlı,sarışın, üzü gülməyən və heç kim tərəfindən sevilməyən bir qadın idi.Həyat onu sərtləşdirmişdi.Daha dogrusu yaşadıqları...
Yetim evində böyümüşdü.Ilk zerbeni ailesi vurmuşdu ona.6yaşına kimi sevgi olmayan ailədə yaşamışdı.Hər gün dava-dalaş, ses-küy eşidirdi. Bir gün də belə davalardan biri idi. Gülnaz qulağını tutub, səsləri eşitmək istəmirdi. Birdən səs kəsildi. Asta addımlarla Gülnaz gizləndiyi yerdən cixib, qonaq otağına addımladı. Gördüyü mənzərə 6yaşında olan uşaq üçün çox idi.Anasının əlində bıcaq, donmuş vəziyyətdə Gülnaza baxdi. Atası qanlar içində yerdə idi. Gülnaz bundan sonra olanları xatırlamır, gözünü açanda yetimxanada olduğunu görür. Bundan sonra həyatı burda davam edir.11yaşında isə anası həpsxanada rəhmətə getmişdi. Lakin həyat bununla da kifayətlənmir..

20yaşında həyatının ən gözəl günlərini yaşayırdı.Sevdiyi şəxslə toyuna saatlar qalmışdı...
Toy artiq bitmək uzrə idi.Adət üzrə gəlin gülünü atir. Onsuzda toyda olanların əksəriyyəti subay, yetimxanadan olan dostları idi.Hamsı gülü tutmaq üçün sıraya düzülmüşdü.Nehayət, gülü onun yaxın rəfiqəsi tutmuşdu.

Gülnaz ve həyat yoldaşı maşında idilər artıq. Gülnaz bir şey fikirləşirdi:"Nəhayət xoşbəxt oldum"
Gülnaz:Emin, çox bərk sürürsən, xahiş edirəm bir az asta sür. 1dəqiqə gec gedək,amma salamat gedək.
Emin:Gülnaz, bu gün danişmaq olmaz.Sadəcə mənə inan ....

Gülnaz gözlərini xəstəxanada açmışdı.Dünən olanları yadına salmağa çalışır...
Emin sürətlə maşını sürdüyündən digər maşınla toqquşur. Emin ağır yaralanır, nə etsələr də həkimlər onun həyatını xilas edə bilmirlər. Gülnazın isə bundan xəbəri yox idi....
Həyat qəribədi elə deyilmi? Gülnaz Eminin həyat yoldaşı olsa da qadını ola bilməmişdi...
Bunu yrəndikdən sonra Gülnaz uzun müddət özünə gələ bilmir. Sonradan başını qatmaq üçün məs bu qocalar evində işləməyə başlıyır...Burada her kəsin ozunəməxsus bir hekayəsi vardı.Bu hekayə onları qeddarlaşdırmışdı. Hər kəs õzünü haqqlı hesab edirdi. Kim bilir bəlkə də elədi?

Behrin qapının səsinə düşüncələrindən ayrıldı.Qapı acılmış, qapıda sarışın, belinə qədər qıvırcıq saçı olan qiz dayanmiwdi. Behrin qapıda qalmış qıza diqqətlə baxdı.Bu sima o necə də tanış gəlirdi...Xüsusəndə gözləri...dəniz mavisi gözləri...Sanki onu uzaq kecmişə, qapısı hələ də acıq qalan, ələnməmiş, üyünməmiş öz məninə qaytardı onu...

Salam. Menim adım Bahardı. Bundan sonra nəyə ehtiyaciniz olsa mənə deyərsiz. Gülnaz xanım bir müddet olmayacaq.
Behrin...mənim adım Behrindi...
Bahar:Tanış olmağıma şaddam, Behrin xanim) Bir az işlərim var, həll edim təz gələcəm.

Kiçik xoşbəxtliklərWhere stories live. Discover now