Bahar maraqla gözlerini onun dodaqlarina zilleyerek ağzından çıxacaq sözləri intizarla gözləyirdi. Behrin bir qurtum su alıb hekayeni qaldığı yerdən davam etdi..
Dərd sufre deyil ki, açıb tokesen.Anam həmişə deyerdi ki, ailə qalin meşəyə bənzəyir və kimsə o meşədə nələrin baş verdiyini bilməz. Bir gulun gözeleyi seni ele cəlb edə biler ki, onun tikanina fikir vermədən əlinə götürərsən,bu zaman nəzərə almadığını tikan senin qəlbini elə sizladar ki, gülün gözəlliyini unudarsan.Bax ailə də belədi..Zahirən gülen dodaqlar, gözlərində bəlkə də illərin yükünü gizlədir.Bizim ailədə bu gülün tarixcəsinə bənzəyirdi.Lev Tolstoy çox düzgün söyləmişdi:"Xoşbəxt ailələr bir-birine bənzəyir, bədbəxt ailələrin isə öz hekayesi var " Bəlke də mənim hekeyem bunlardan biri idi.Yuxundan oyanmağıma baxmayaraq gözlərimi açmağa gücüm yox idi.Beynimdə dünən yaşananları bir-bir təhlil edir, günahın kimdə olduğunu qərarlaşdıra bilmirdim.Bəzən Eldar, bəzən özüm, bəzən də sevgi günahkar olurdu.Amma sevgi nece günahkar ola bilər ki? Məgər bütün dünya sevgi üzərində qurulmadımı,ən maraqlı hadisələrın əsasını sevgi təşkil etmirmi? Sevgi nedi? Maqnit üçün dəmir parçası, ana üçün övladının məhəbbət dolu gözlərlə ona baxması, bəzən uşağın evə gələrkən sevdiyi yeməyin bişdiyini görməkdir. Sevgi xoşbəxtliyin adıdı.Hər kesin xoşbəxt olmağa haqqı var, elə isə sevgi niyə günahkar olsun? Məncə günahkar insanları təbəqələrə ayıran, sevgının mənasını anlamayan varlıqlardır.Beynimdə bir-biri ilə dalaşan fikirlər balaca uşaqların qiymət almaq istəyərkən apardiqları mübarizəyə bənzəyir, önə keçmək üçün var qüvvələri ilə çalışdılar.Mən də müəllimlərin metodikasına əslanaraq bütün fikirləri ümumiləşdirib, hansı lazımlıdırsa onu həyata keçirməyə başladım.Beləliklə, gözlərimi açıb reallıqla üzləşdim.
Anamın səsi ilə yuxudan oyanmağı adət etmişdim..Dilindən çıxan hər kəlməsi qəlbimin sarı simlərinə toxunaraq, həzin nəğməni xatırladırdı.Bu gün adət etdiyim o səsdən məhrum olmuşdum.Evin içində olan sakitlik adamı boğurdu.Tez yerimdən qalxıb anamın otağına doğru getdim.Qapını döydüm açmadı, düşündüm olanlara görə məndən inciyib.Qapını döyməyin mənasız olduğunu başa düşüb otağa daxil oldum.
Uşaqlıqdan qalma bir xasiyyətim vardı.Nə zaman anamla dalaşsam ya gecənin bir vaxtında, ya da səhər tezdən onun yanına gələrək uzaqdan nefəs alıb-almadığına baxardım.Saniyələrlə gözümü yorğana dikərək onun ağır-ağır qalxıb enməsini izləyərdim.Niyə edirdim, səbəbini bilmirem. Amma yox, bilirem, onu itirməkdən qorxurdum.Onun qəlbi qırılsa mənim qəlbim də sınmazmı? Gözlərindən axan yaşlar menim qəlbimə axmazmı? Helə onun əsəbləşməsinə, ağlamasına mən səbəb olmuşamsa menim qəlbim dayanmazmı? Əslində hər bir insanın əkiz vardır, anamız.Sən ac olsan dilinə quru çörək belə vurmaz, yesə yemək boğazında qalaraq tam həzm edə bilməz.Günün pis keçsə dərhal nələrinsə yolunda getmədiyini anlar, qayğımıza qalar, öz dərdini içində çəkər amma övladı onunla dərdlənməsin deyə bir kəlimə belə sənə heç ne demez.Evvezində ne ister bes? SEVGI...
Bu gün də eyni hərəkət edərək nəfəs alıb-verməsini izlədim.Hər şeyin qaydada olduğunu görərək sakitcə yatağının yanında əyləşdim.Bu illər ərzində necə qocalmışdı.Üz cizgiləri amma hələ də şıltaq 18yaşlı Güneli xatırladırdı.Orta və şəhadət barmaqlarımı birləşdirib üzünə toxundum.Bəlkə də istədiyi xoşbəxt həyatı yuxusunda görürdü.Ona görəmi üz cizgiləri bu qədər dəyişmişdir? Saf, günahsız, xoşbəxt.
Mən ürəyimdə öz-özümlə danışmağa necə qapılmışdımsa anamın oynadığını hiss etməmişdim.Yavaş-yavaş göz qapaqları açılırdı. Ələrimi üzündən ayırıb incə, zərif barmaqlarına gətirdim.Bu barmaqlar mənə yəmək yedizdirmək üçün nə qədər əziyyət çəkib.Dodaqlarımı incə barmaqlarına yaxınlaşdıraraq sözümə başladım:Hər insanın anası onun üçün dünya gözəlidi, amma sən başqasan.Həqiqətən çox gözəlsən.Gələcəkdə övladım da sənin kimi gözəl olsa neçə xoşbəxt olardım.Bu söz dilimdən çıxmaqla anamın ağlaması bir oldu.
Ana, noldu sene? Nəsə səhv söz dedim?
Günel:Qızım, mənim ağıllı balam.Çox qorxuram.Kimlərinsə sənin xoşbəxtliyini əlində almasına dayana bilmərəm.
Bəhrin:Ana, nədən qorxursan?Eldarla münasibətimiz tamam sehv idi.Artıq ne o ne də mən onu görməyəcəm.Xalidə xanim da bunu istəmirdi?
Günel:Bəhrin, dilim-damağım quruyub.Mənə bir stəkan su gətir.
Behrin:Bu saat canim anam.Axi nə olub sənə? Mən sənin qızınam, onu sevsəm də uzaq durmağı çox yaxşı bacararam.Sənin xoşbəxtliyin mənim üçün hər şeydən vacibdir-danışa-danışa mətbəxə keçdim.Su gətirməyim heç bir dəqiqə belə çəkmədi."Ana, geldim.Yənə yatdın?"
Stəkanı stolun üstünə qoyub, anamın yanına yaxınlaşdım.Əlimlə əlini tutdum.Ilahi, buz kimi soyuq idi.Tez nəbzini yoxladım.Şükür ağlıma gələn başıma gəlməmişdi, amma vəziyyyəti çox pis idi.
Behrin:Ana, ana qurban olum.noldu sənə.1dəqiqənin içində olanda hadisələr damarlarımda qanımı dondurmuşdu.Nə edəcəyimi,hansı addımı atmaq lazım olduğunu bilmirdim. Ağlımda bir şey vardı yalnız, anama heçnə olmamalıdır.Nə yaxşı ki, Xanım xala gəldi. Anamdan sonra mənə əziz olan 2ci şəxs idi.Xanim xala və anam uşaqlıq rəfiqəsi olmuşlar, yaxşı gündə pis gündə bir-birlərine dayaq idiler.Hər səhər ya anam, ya da Xanım xala bizə gələrək ötən günləri yada salardılar.
Qapının döyülməsi ilə qəlbimdə bir ümüd ışığı yarandı.Tez qapını açdım.Üzümdəki təlaşı, həyəcanı görən Xanım xala nelerinse yolunda getmədiyini başa düşdü.Necə də gözəldir insanların sözsüz də bir-birlərini başa düşməsi...Xanım xala:Ay Allah yuxumun tərsini göstər mənə.Yuxumu görmüşdüm, bilirdim nəsə olub.Günel hanı qızım?
Əlimlə qapını işarə edə bildim sadəcə.Belə anlarda nə edə bilərdim axı? Soyuqqanlı yanaşırdım olanlara ,çünki nələrin baş verdiyini görsəm də dərk edə bilmirdim.O məşum sözü dilimə belə gətirmək istəmirdim.Xanım xala dərhal otağa girib anamı otaqdan çölə çıxartdı və "Bəhrin, tez Ramazan dayıya xəbər ver bizə köməyə gəlsin, ananı xəstəxanaya aparmalıyıq"-dedi.
YOU ARE READING
Kiçik xoşbəxtliklər
Short StoryHekayələrdən ibarət olan kiçik dünyamla tanış olacaqsız..Ümid edirəm bəyənəcəksiz.)