Fəsil 1: "Xoşbəxt Cütlük"

86 16 10
                                    

Sıradan və sadə həyatı olan Greg Felenniken əlli beş yaşında bir adam idi. Greg’in Susan adında sadəlövh, təvazökar və gözəl bir xanımı var idi. Bu xoşbəxt cütlük iyirmi yaşında tanışmışdılar.

Həmin vaxtlar Susan bir “Rock” musiqi qrupunda işləyirdi. Greg isə sadəcə konsertləri izləyən tamaşaçı idi. Greg və Susan ilk görüşdən bir-birilərinə aşiq olmuşdular və çox keçməmiş evlənmişdilər.

Aralarında olan çox güclü sevgiyə rəğmən Susan Greg’in tez-tez iş səyahətinə çıxmasından xoşlanmırdı. Buna görə də cütlük bir neçə dəfə mübahisə etməyə başlamışdı və beş illik evlilikdən sonra artıq Susan boşanmaq istəmişdi.

Boşandıqdan iki il sonra Greg və Susan bir-biriləri olmadan yaşaya bilməyəcəklərini anladılar və təkrar evlənməyə qərar verdilər. Bu evlilikdə aralarında olan sevgi çox daha güclü idi. Onlar yenidən xoşbəxt cütlük olmuşdular.

Eyni zamanda Greg öz karyerasında çox uğurlu yol almağa başlamışdı. Qardaşı Michael ilə bir işi var idi.

Bu iş neft lizinq biznesi idi.

Buna görə də Greg iş üçün müxtəlif yerlərə səyahət etmək məcburiyyətində qalırdı. Daha çox Beaumont və Texas şəhərlərində çalışırdı. Hər həftə bu şəhərlərdə olduğu üçün əsasən hotel “Elegant”-da qalır və yalnız həftə sonları evə qayıdırdı.

Uzun məsafəli də olsa, xoş bir münasibət davam etdirmək üçün Greg və Susan hər gün səhər yeməyindən əvvəl və gecə yatmadan öncə bir-biriləri ilə danışardılar.

348№ Nömrəli Otaq (18+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin