Fəsil 7: "Yeni Ümid Qığılcımı"

19 8 5
                                    

Greg’in öldürülməsindən altı ay sonra Greg’in qardaşı Michael ümidini itirmədən özəl detektiv Can Breni’ni işə almağa qərar verdi.

Can Breni pensiyaya çıxmamışdan qabaq çox özəl detektivlərin olduğu köhnə *FBI agentində işləyirdi. Detektiv Can karyerasında hədsiz dərəcədə qarmaqarışıq olan bir neçə cinayətin üstünü açdıqdan sonra populyar olmuşdu. Populyarlığı səbəbiylə də özünün çox sayda müştərisi var idi.

Ancaq özü yalnız diqqətini çəkən davaları seçirdi. Greg Flenniken davası da onun diqqətini çəkdi və istintaqa rəhbərlik etməyi qəbul etdi.

Detektiv Apple Detektiv Can Breni’yə Greg’in cinayəti ilə bağlı istintaq haqqına sahib olduğu bütün məlumatları verdi və ikisi birlikdə çalışmağa başladı.

Hər şeydən öncə Can Breni Greg’in arvadı Susan’ın detallı bir sorğulanmasını keçirdi. Detektiv Can Susan’ın ərinin cinayətində şübhəli olub-olmayacağını görmək üçün xüsusilə ona çox şəxsi və narahatedici suallar verdi.

Sorğu danışıqlarından sonra detektiv Can Susan’ın Greg’in ölümündən şübhəli və bu cinayətdə barmağı olmadığından əmin oldu. Ancaq Susan’a çox mühüm və vacib iki sual verdi.

Detektivin Greg’in arvadına verdiyi ilk sual Greg’in əsasən hansı əlində siqaret tutmasıydı. Susan Greg’in hər zaman sağ əlində bir siqaret tutduğunu və ümumiyyətlə sağ əlini işlətdiyini dedi.

Detektivin Can’ın ikinci sualı isə Susan’ın ərinin öldürülməsi ilə bağlı ən qəribə və qeyri-adi şeyin ona görə nə olduğu idi.

Susan özü üçün ən qəribə şeyin ərinin otağındakı işləməyən kondisoner olduğunu söylədi. Susan’a görə Greg isti havalardan qətiyyən xoşlanmırdı və sərin bir otaqda yuxuya getmək üçün hər zaman kondisoneri açardı.



*FBI agenti-(Federal Bereau of Investigation) Amerika Birləşmiş Ştatlarının Daxili Kəşfiyyat və Təhlükəsizlik agenti

348№ Nömrəli Otaq (18+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin