Fəsil 8: "Gözdən Qaçan İpucu"

31 9 7
                                    

Susan ilə danışdıqdan sonra detektiv Can Breni təkrar hotel müdiri ilə danışmağa qərar verdi.

Müdirin əldə etdiyi məlumatlara görə Greg’in öldürüldüyü gün elektrik ustasının axşam saat 20:30-da 348 və 349 nömrəli otaqlardakı elektrik enerjisini təmir etdib bitirmişdi. Detektiv Can elektrik ustası getdikdən sonra Greg’in kondisoneri açmağı unutduğunu və televizor izləməyə davam etmək üçün yatağa uzandığı fikrini irəli sürdü.

Beaumont’da hava çox isti olduğu üçün Greg’in otağındakı hava otuz dəqiqədən daha qısa zamanda isinə bilərdi. Yəqin ki, arada olan bu otuz dəqiqə içində də Greg’in başına bir şeylər gəlmişdi və otağındakı kondisioneri açacaq zamanı belə olmamışdı.


Əldə Edilmiş Faktlar:

19:00-> Greg televizor izləyirdi və arvadına mesaj atmışdı.

19:45-> İşıqlar kəsildi və Greg hotel müdirindən kömək almaq üçün yanına getdi.

20:30-> Elektrik ustası Brian elektrik enerjisi təmirini bitirdi.

20:30-21:00-> Greg otaqda kondisioner açmadan televizor izlədi.


Arvadı Susan’a görə Greg hər zaman sağ əli ilə siqaret çəkərdi, ancaq Greg’in cansız bədəninin sol əlində siqaret tapılmışdı. Detektiv Can Greg’in hər hansısa bir səbəbə görə qapını sağ əliylə açmağa çalışdığını fikirləşdi. Buna görə də siqaretini sol əlində tuturdu.

Detektivin fikrinə görə, bəlkə də, Greg kömək almaq üçün otaqdan çıxmaq istəmişdi, amma qapını açmağa çatacaq kifayət qədər vaxtı olmamışdı. Detektiv Can Greg’in yataqdan qalxıb qapıya tərəf getdiyi sırada ona nə olmuş ola biləcəyini anlamağa çalışdı və detektiv Can hotel işçilərini və Greg’in yan qonşularını bir daha sorğuya çəkməyə qərar verdi.

Sonra Detektiv Can Detektiv Apple’yə zəng vurdu. Telefon görüşməsi sırasında Can Detektiv Apple’yə “Deyəsən, bu adamın necə öldüyünü, nə zaman öldüyünü və onu kimin öldürdüyünü bilirəm. Hətta cinayətkarı necə tutacağımızı da bilirəm. Amma bundan qabaq 348 nömrəli otağa geri dönüb orada bir şeyler tapmalıyıq.”-dedi.

Detektiv Apple çox təəccübləndi və həmkarı Can Breni’yə 348 nömrəli otaqda nəyi tapmaq gərəkdiyini soruşdu.

Can isə “Bir güllə dəliyi tapmalıyıq.” deyə cavab verdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 13 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

348№ Nömrəli Otaq (18+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin