Tibbi müayinənin cavablarını öyrənən Detektiv Apple çox təəccübləndi və bu davanın araşdırılmasının asan olmayacağını anladı.
Ekspertlər Greg’in otağında etdikləri incələmələrdən sonra otaqda hər hansı bir yad adama aid DNA və ya bioloji materiallara rast gəlmədilər. Detektiv birinin arxasından tək bir dəlil belə buraxmadan necə cinayət işləmiş ola biləcəyinə məna verə bilmədi.
Üstəlik Greg’in otağının qapısı bağlı idi və potensial cinayətkar otağın üçüncü mərtəbəsində olması səbəbiylə otağa balkondan da girə bilməzdi.
Detektiv üçün ən böyük problem niyə birinin Greg’i öldürmə ehtiyacı idi. Detektiv Apple Greg’in arvadını, arvadını tanıya biləcək hər bir şəxsi, Greg’lə son zamanlarda təmasda olanları, Greg’in iş yoldaşlarını və Greg’in öz ailəsinin bütün fərdlərini sorğuya aldı. Hər kəs Greg’in çox mehriban və yaxşı bir insan olduğunu və heç kin bəslədiyi düşməni olmadığını dedilər.
Greg’in arvadı Susan detektivə Greg’in siqaret çəkməsinə rəğmən sağlığının yaxşı olduğunu söylədi. Susan üçün Greg çox rahat bir yaşam tərzini mənimsəmişdi. Əsla barlara getmirdi ya da hədsiz dərəcədə spirtli içki qəbul etmirdi.
Detektiv Apple bütün hotel çalışanlarını və Greg’in otağının yanındakı digər hotel müştərilərini sorğuya çəkdi. Detektivin suallarına cavab verən müştərilər Greg’in öldüyü gecə hər hansı bir qışqırıq və ya boğuşma səsi eşitmədiklərini dedilər.
ŞİMDİ OKUDUĞUN
348№ Nömrəli Otaq (18+)
Misteri / Thriller2010-cu ilin sentyabr ayında Susan Felenniken adında bir qadın Beaumontda bir hotel iş gəzintisi sırasında əri Greg Felenniken'ə telefonla zəng etdi. Susan və Greg'in ayrı qaldıqları zaman həmişə bir-birilərinə zəng etmək kimi bir adətləri var idi...