ÜMİD QATİLİ
Sevmək...
Aşiq olmaq...
Eyni duyğulardır?
Aralarında nə fərq var ki?
Sevənlə aşiq olan necə fərqlənir bir-birindən?
Sevən xəyanət edər?
Bəs aşiq olan?
Ən böyük günah olaraq baxa bilərik xəyanətə?
Bəziləri bağışlayar bəlkə də..Amma günahların ən böyüyü
ÜMİD QATİLİ olmaqdır
Əllərim,ayaqlarım-bütün bədənim əsirdi.Özümdə deyildim amma özümdə olmalı idim
Nil bıçaqlanmışdı.
Evinin qarşısında...
Bir yox onlarla zərbə almışdı.Vəziyyəti heç yaxşı deyildi.
Oğuz zəng etdiyi an Aslanla xəstəxanaya gəlmişdik.Saatlar keçmişdi.Hamımız bir ümidlə gözləyirdik.Oğuz deyir ki,yaşamaq şansı olduğunu düşünürlər.Amma yaşasa belə bədəninin 70%-ini işlədə bilməmək ehtimalı var.
Hamının gözü yerə dikilmişdi.Heç birimiz danışmırdıq.Nə danışa bilərdik ki?
Oğuz qapının qarşısında yerdə oturmuşdu.Ara-sıra ayağa qalxır,kolidoru gəzir,sonra yenə əvvəlki yerinə qayıdırdı.Humay yox idi.Hələ ona deməmişdik.Desək necə olacağını düşünmək belə istəmirdim.Çox ağlayacaqdı..
Valideynlərinə də demək çox çətin olmuşdu bizim üçün.Anası eşitdiklərinə inanmamış,bunları inkar etmişdi.Amma gerçəklərdən qaçmaq olmur.
Gözucuyla qarşımda oturan Oğuza baxdım.
Ağlayırdı.
Oğuz Musayev ağlayırdı.
İlk gördüyüm bu halı beynimin bir kənarına yazdım.Qapının açılması ilə hamımızın gözləri həkimə dikildi.
Oğuz üstünü-başını toparlayıb ayağa qalxdı.
"Yalvarıram yaşayır deyin.Yaşayacaq deyirən.Ölümünü qaldıra bilmərəm."Həkim üzündəki maskanı çıxartdı.Hamımızın üzünə bir-bir baxdı.Ümidlə baxdı..
Başını aşağı saldı."Uşaqlar çox xahiş edirəm biraz sakit olun.Yaralının vəziyyəti ağırdır.Hər hala hazırlıqlı olun.Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik"Ortama yenə səssizlik çökdü.
Hamı öz əvvəlki yerini aldı.Dəqiqələr sonra Nilin ailəsinin gəldiyini anasının səsindən anladıq.
Anası,atası və qardaşı...
Anası çökmüşdü,heç yaxşı görünmürdü.Qızı bıçaqlanmış bir ananın sakit olacağını gözləmək mənim günahım idi onsuzda.Atası da güclü durmağa çalışırdı,amma onun da içinin-içinə sığmadığı gözlərindən bəlli idi.
Qardaşı heç birimizə baxmadan Oğuzun üzərinə atıldı."Sənə güvənirdim!Narahat qalmayım Oğuz yanındadır deyirdim!Budur?Budur bacımı qorumağın.Harada idin o bıçaqlananda?Niyə mənim bacım bıçaqlanır hə?"
Atası oğluna yaxınlaşıb onları ayırmağa çalışdı.Aralandılar amma qardaşının əsəbi keçməmişdi.
"Niyə cavab vermirsən?" səsini alçaltdı və davam elədi "Bəlkə sən eləmisən?Hə Oğuz?"
Bayaqdandır ki,ağzını bıçaq açmayan Oğuz bu sözdən sonra danışmağa başladı.
"Mənə hər şeyi de,İlkin.Amma belə bir şər atma üstümə.Bircə dəfə də olsun pis davranmamışam Nilə.Bunu məndən yaxşı bilirsən."
ŞİMDİ OKUDUĞUN
Nilin Günahı
Teen FictionÖldürülənlər saf Öldürənlər günahkar deyil Heç nədən xəbəri olmayanlar saf və günahkardır