2015:
Nil telefonunun zəng səsinə yuxudan oyandı.Zəng edən Humay idi.Gözləri dəhşətlə açıldı.Deyəsən yenə dərsə gecikmişdi."Bu dəqiqə gəlirəm,qoymayın qayıb yazmağa." deyib tez hazırlaşmağa başladı.Evdəkilərlə sağollaşıb,qaça-qaça məktəbə tərəf getdi.Siniflərinə çatıb qapını döydü.Xoşbəxtlikdən müəllim anlayışla qarşıladı və içəri girməyinə icazə verdi.
Nil Turanın üzünə baxıb gülümsədi.Daha sonra yerini aldı.
"Niyə sən zəng eləmədin?" Belə hallarda həmişə zəng edən Turan olduğundan Nil Humayın zəngini biraz qəribsəmişdi.
"Nə bilim,ağlıma gəlmədi." Bu etinasız cavabından sonra müəllim üzünü onlara tutub "Qızım onsuzda dərsə gecikmisən,heç olmada danışaraq dərsimi bölmə."
O dəqiqədən sonra Nil bütün diqqətini dərsə verdi.Yanında oturan Turanın narahatlığına anlam verə bilməmişdi.
Dərsləri möhtəşəm dərəcədə yaxşı deyildi amma əlindən gələnin ən yaxşısını edirdi.Dərs bitdiyi anda Turan dərhal sinfi tərk elədi.Bu davranışı çox qəribə idi.Nil də sinifdən çıxmaq istəyirdi ki,Yağmurla Humay Nilin iki yanını aldılar.Söhbət edə-edə başqa yerə çəkdilər.Nilin isə ağlı hələ də Turanda qalmışdı.
Növbəti dərslərdə də Turanda hər hansı bir dəyişiklik olmadı.Səsi çıxmır,arada dərin nəfəs alıb-verirdi.
Bu dərs də bitdikdə Nil Turanın qolundan tutub saxladı."Turan,nə olub sənə?Niyə belə edirsən?"Turan qolunu Nildən qurtararaq "Nə edirəm ki?" dedi.
"Bilmirəm.Məktəbə gələndən nə mənimlə danışırsan,nə üzümə baxırsan.Nəsə problem var?"
Turan dərin bir nəfəs verdi."Nil dünən əmimin yoldaşı torbada zibil qutusuna atılmış halda ölü tapılıb.Ağlımı başqa yerə verə bilmirəm.Xətrinə dəydimsə üzr istəyirəm."
"Tu-turan mən bilmirdim.Çox üzr istəyirəm.Allah rəhmət eləsin.Qatilin kimliyi bilinir?"
"Yox,bilmirlər.Araşdırırlar hələ.Sizdə vəziyyət necədir?Atan getdi işə?"
"Hə,dünən gecə çıxdı.Elə gələn aya kimi də qayıtmayacaq."
"Mən keçirəm sinfə,dərs başlayacaq." dediyi an zəng vurulda və ikisi birlikdə sinfə daxil oldular.
Gün boyu elə də danışmadılar.İkisi də bir biri ilə danışaxaq durumda deyildi onsuzda.
Həmin həftə demək olar ki,səssiz-sədasız gəlib keçdi.İki yad insan kimi dərsə gedib,evə qayıdırdılar.
Yenə o sadə günlərin birində Turan dərsə gəlməmişdi.Nil bunu sorğulamırdı,çünki evlərində vəziyyətin qarışıq olduğu olduğunu bilirdi.
Birdən Yağmur,Humay Nilin qarşısındaki partaya keçdilər.Aslan isə onların yanında dayandı.Keçmiş ən yaxın dostu Aslan Nilin qarşısına telefonunu qoydu.Nil gözlərini Aslandan ayırmadı.Telefona da baxmadı.Bir-bir hamısının gözlərinə baxdı.
2 saat əvvəl:
"Turan,anlamıram niyə belə bir şey edirsən?"-Aslan hələ də Turanı sorğulayırdı,-Aranız çox yaxşı idi axı.Yox əgər ayrılmaq istəyirsənsə get özünə de.Belə bir şeyə ehtiyac yoxdur."
Turan çarəsiz şəkildə "Aslan,nə deyirəm onu da elə.Bilmədiyin şeylər var.Qoy o məni tərk eləsin.İki-üç günə sənədlərimi də götürüb gedəcəm buradan."
ŞİMDİ OKUDUĞUN
Nilin Günahı
Teen FictionÖldürülənlər saf Öldürənlər günahkar deyil Heç nədən xəbəri olmayanlar saf və günahkardır