19 avqusq 2019
Nilin dilindən:
Fırçanı yerə qoyandan sonra başımı qaldırıb divar saatına baxdım.10 dəqiqəyə yaxın vaxtım qalmışdı.Güzgüdə özümü süzdüm,istədiyimdən daha yaxşı görünürdüm.Aslanın dediyi mavi donumu,elə də çox hündür olmayan ağ ayaqqabılarımı geyinmişdim.Paltarımla eyni rəngdə,çox da abartı olmayan şəkildə bəzənmişdim.
Ayağa qalxıb qapıya doğru irəlilədim.Qapını açdığım an qarşımda heykəl kimi dayanan Oğuzla qarşılaşdım.Full qara,üzərində heç düşünülməmiş geyimiylə qarşımda dayanmışdı.Oğuzu 2 ildir ki,tanıyırdım.Universitetdə tanış olmuşduq.Eyni fakültə,eyni qrup...İlk gün dərsə gecikmişdi.Başqa yer qalmadığından mənim yanımda oturmuşdu.Söhbət eləməyə başladıq.Başqa tanışımız olmadığından birlikdə oturub-dururduq.Elə o gündən sonra da birlikdə oturmağa davam etdik və 1ilə yaxındır ki birlikdəydik.
-Ömrüm boyunca niyə bu qədər şanslı olduğumu sorğulayacam-deyib yanağımdan öpdü.
-Sorğulamaq biraz az gələ bilər-göz qırpdım.
Söhbətə son verdikdən sonra birlikdə həyətə düşdük.
Demək olar ki hamı toplanmışdı.
Aslan,Humay,Yagmur və mən uşaqlıdan eyni sinifdə oxumuşuq.Ona görə də sinif yoldaşlarımızın çoxu burada idilər.Oğuzla birlikdə gələnlərlə görüşür,təbrikləri qəbul edirdim.
Saatlar keçir,musiqilər dinmək bilmir,insanlar rəqs edir,əylənirdi.
Oğuzla masaların birində oturmuşduq.
-Yox e,sən düz danışmırsan.Aylin xanım çox yaxşı müəllimdi.
-Dostum,su içirəm,ədəbsiz deyir mənə.Nəyi yaxşıdı?Dümdüz prinsip aparır.
-O deyirsə düz deyir.Özü də ki,sən niyə dərsdə su içirsən ki?
-Tamam anlaşıldı,sən hələ də orta məktəbdə ilişib qalmısan.
-Haqlıyam,Aylin xanım da haqlıdı.-deyib qarşımdakı içkini içməyə başladım.
-Sənə mütləq terapist lazımdı
-Hı hı
Birdən bizə tərəf gələn birinin olduğunu gördüm.Yaxınlaşdıqca üzü daha aydın görünməyə başladı.Gördüyüm üz öskürməyimə səbəb oldu.
-Nil yaxşısan?Nə oldu?-Oğuz narahat səs tonuyla dilləndi.
-Yaxşıyam,boğazım qıcıqlandı nəsə.
Addımları get-gedə yaxınlaşırdı.Üzündə rahatsız edici bir güıümsəmə var idi.Masanın bir neçə addım uzağında dayandı.Partinin teması qara idi,qəsdən yoxsa təsadüfən bilmirəm amma ağappaq geyinmişdi.
-Nil?Ad gününə gəldik,üzünü görə bilmədik.Haralardasan?
Üzümə saxta bir gülümsəmə yerləşdirib ayağa qalxdım.Addımlarım ona tərəf getdi.Uzatdığı əlini hörmət məqsədi ilə tutub,gözlərinin içinə baxdım.Qara gözlərində dəhşətli bir hirs var idi.Heç dəyişməmişdi.
Oğuzun yanıma gəldiyini hiss elədim.Əlini belimə qoydu.Gözlərini qarşısında ilk dəfə gördüyü adamdan çəkmədən danışmağa başladı.
-Sevgilim,tanış edəcəksən bizi?
-Hə,tamam yadımdan çıxdı.Oğuz-Turan,Turan-Oğuz.
Turan da əvvəl bizim sinifdəydi sonra məktəb dəyişdirdi.
ŞİMDİ OKUDUĞUN
Nilin Günahı
Teen FictionÖldürülənlər saf Öldürənlər günahkar deyil Heç nədən xəbəri olmayanlar saf və günahkardır