Yeni şeylər sınayacağam. Bismillah deyək onda
"Qaqa da gedək gecdir"
"Ə diyan cörax bi dənə udum"
"Rüfət o zəri sənə yedirməmiş dur ay qaqa"
"Ə di noltdu ə? Yaxşı durdum"
Gecə təxmini bir idi amma biz hələ də çayxanada idik. Bu gün ad günümü keçirəndən sonra bura gəlmişdik.
Çox vaxt iş olmayanda bura gəlir bir iki əl oyun oynayırdım.
"Çay pulu? "
"Sən Allah gəl ay Rüfət mən vermişəm"
"Ürəəəmsən"
Başımı buladım və çayxanadan çıxdım. Gecə olmağına rəğmən elə bil hava təzəcə qaralırdı.
Yaydan zəhləm gedirdi.
Heyif deyil qış və ya bahar?
"Ay qaqa deyirəm bəlkə sabah şəhərə gedək? "
"Əşi yox lazım deyil"
"Necə məsləhətdirsə"
Tək yol getməyi sevmirdim sanki dəli olurdum, Rüfətlə yol getmək isə ondan betər idi.
Haranın gic söhbəti olurdu bu oğlan bilirdi.
Olduqca sakit kənddir yaşadığım yer. Kənddə sayılıb-seçilən cavanlardan idim.
Hamının xeyrində, şərində mütləq iştirak edirdim.
Başımı aşağı saldım və bacardığım qədər Rüfətin səsini dinləməməyə çalışdım.
Çünkü tum kimiydi onun söhbəti, axıra çıxmayınca adam dəyana bilmirdi.
"Sonra da qız deyib hamiləyəm"
"Di sən öl? "
"Ə Vallah"
"Rüfət"
"Huy?"
"Siktir"
"Sənə də söz demək olmur e, yüz faiz Səadət xala yatmamış olacaq gedib ona danışaram"
"Allah razı olsun"
Gülümsünüb yolumuza davam elədik. Amma bir müddət sonra qəribə səslər eşitməyə başladıq.
Daha doğrusu başladım. Çünkü Rüfət hansısa xalaya kiminsə qızının qaçırlma əhvalatının səsini atırdı.
Həqiqətən düz deyiblər ki, bu aralar kişilər qadınları keçib qiybətdə.
Üzümü qaranlığa çevirdim və hıçqırıq səslərinə qulaq verdim.
"Ayə səsi eşidirsən?"
"Hə sonra da qız deyib hamiləyəm."
"Başlayacam indi sənin qızına da ondan qalanlara da ha"
"Nə olub e? Qoy söhbətimizi edək da"
"Səs gəlir maydıllax"
"Səs? Nə səsi? "
"İt səsi. Ə nə bilim nə səsi ver görüm telefonu"
Prinsip olaraq üstümdə telefon gəzdirmirdim.
Telefonun işığını səs gələn tərəfə yönəltdim.
Ananı sikim.
"Ay bilət! "
18-19 yaşlarında cavan bir oğlan üstü başı cırılmış haldaydı.