153 21 41
                                    

Bacardığım qədər duyğuları sizə çatdırmağa çalışdım. Bölümü oxuyanda gözünüzdə canlandırın.
Bölüm mahnısı - Yaşamaq lazım

Medya-Ramal

Gecə boyunca Ramal yata bilməmişdi. Etdiyi hərəkətin çox səhv olduğunu bilirdi.

Amma yalana səbiri qalmamışdı. Atasının ölümündən sonra ətrafında hətta qohumlarının arasında belə ona qarşı yalan danışanları həyatından çıxardırdı.

Atası onun kiçik yaşlarından bəri qəhramanı olmuşdu. Şirin qırmızı yanaqları tünd qara gözləri ilə Ramal onu dünyadakı ən yaxşı insan hesab edirdi.

Lakin böyüdükcə anladı atasının əlində nə var yox narkotikə verdiyini.

Zaman keçir balaca oğlan böyüyürdü. Atasının vəziyyəti isə gündən-günə ağırlaşırdı.

Ramal yavaş-yavaş atasının yox olmağını izləyirdi.

Atası o həddə gəlmişdi ki, pul vermədiyi üçün oğlunun anasını belə döymüşdü.

Halbuki, əvvəllər xanımına sevgiylə baxırdı.

Ramal son çıxış yolunu atasını narkoloji dispanserə yatırmaqda gördü.

Bir müddət sonra atası evlərinə sağ salamat qayıtdı.

Oğlan atasından tək bir şey istədi. Söz versin, söz versin ki, bir də o işlərlə məşğul olmayacaq.

Ata söz verdi.

Amma üstündə dəyanmadı. Bir neçə ay sonra yenə başladı. Bir dəfə oğlan bunu gördü.

Susdu.

Yenə şahid oldu o iyrənc mənzərəyə və yenə susdu.

Çünkü atasını xoşbəxt görürdü. Balaca vaxtı onunla oynayanda necə xoşbəxt idisə, o zəhərdən də istifadə edəndə elə xoşbəxt olurdu.

Amma bir neçə ay sonra Ramal atasının istifadə etdiklərini götürüb gizlətdi.

Atasını bunu bilən kimi, oğluna əsəbləşdi. Və aldıqlarını geri qaytarmağını istədi.

Ramal qarşı çıxdı.

O gün ilk dəfə atası Ramala şillə vurdu.

Oğlan yenə susdu və gizlətdiklərini gətirib atasına verdi.

Bəlkə də oğul atasının ilk dəfə belə xoşbəxt görürdü.

Ramal ağlayaraq evdən çıxıb pəncərədən atasına-uşaqlıq qəhramanına baxırdı hər zaman olduğu kimi.

Amma bu səfər fərqli idi. Çünkü oğlan bunun son olduğunu hiss edirdi. İçindən bir səs atasını son dəfə gördüyünü ona pıçıldayırdı.

Yağan yağışa fikir vermirdi. Atasının sevincini izləyirdi. Göz yaşları yağmura qarışırdı.

Sanki o gün göylər fəryad edirdi buna. Atası təmamilə özünü itirmişdi. Nə etdiyini belə bilmirdi.

Yavaş-yavaş özündən gedirdi. Son dəqiqələri olduğunu hiss etmişdi sanki.

O an Ramalın gözündə atası kiçik bir uşağa çevrildi. Danışa bilmirdi. Sözləri bir yerə yığa bilmirdi.

Əlləri ilə oğlunu çağırdı.

Ramal bacardığı qədər özünü sıxırdı. Bağışlamamalıydı.

Ama dəyana bilmədi. Göz yaşlarını silib qaçaraq evə girdi.

Atası əməkləyərək oğluna tərəf getməyə başladı.

HAMİLƏ |B×B|Hikayelerin yaşadığı yer. Şimdi keşfedin