³

109 20 56
                                    

Axşamınız xeyirrr-Şərhlərinizi gözlüyorum >•<

Bayaqdan dəli olmamaq üçün özümü çətin saxlayırdım.

Rüfət gələndən bəri hansısa kino haqqında danışırdı və anamla o oğlan diqqətlə ona qulaq asırdılar.

Daha doğrusu anam Rüfüyə qulaq asırdı oğlan isə mənə çay gətirməyə getmişdi.

Zarafat kimi idi ey.

Vüsal bir gözü Rüfətdə çayı mənə gətirdi və stolun üstünə qoydu. Çayı qoyan kimi stəkanı əlimə aldım və divara çırpdım.

Etdiyim hərəkətlə üçü də birdən mənə baxmışdı. Hətta Vüsal qorxaraq bir-iki addım geriyə getmişdi.

Ayağa qalxdım.

"Ana o biri otağa keç"

"Oğlum sakit ol birinci"

"Ana, keç dedim. "

"Keç xala keç"

Anam son dəfə mənə baxıb digər otağa keçdi. Anam gedən kimi oğlanın qolundan tutub özümə tərəf çəkdim.

"Mənə bax, bilmirəm haranın axmağısan. Tez danış görüm nə pox yemisən ki, sikib atıblar səni çölə! "

"Ramal yaxşı da atam"

"Nə yaxşı ey nə yaxşı? Dəli olum mən?! Haranın küçüyüdür bilmirəm. Bəlkə oğrudur? Özü də mən niyə sahib çıxmalıyam? Kim düzəldibsə uşağı o da sahib çıxsın"

Qolunu buraxdım. Və yenidən stula oturdum. Həqiqətən bu vəziyyətə anormal baxan sadəcə mənəm?

"Mən oğru deyiləm"

Özünü sıxa-sıxa dediyi cümlə məndə gülüş yaratmışdı.

Ciddidir bu?

"Sağ ol ey, içimə su sərpdin"

Başını aşağı saldı və ağlamağa başladı.

"Atası bizə layiq deyil"

"Kimdir ey bu kim-"

"Əmioğlum! "

Göz yaşları daha da çoxalırdı. Rüfət ayağa qalxdı və onu qucaqladı.

"Daha doğrusu ögey əmioğlum. "

Göz yaşlarını sildi və davam elədi.

"Mənə sirrini açdı. Övladlıq olduğunu öyrəndiyini dedi. Mən də.... Mən də... "

Gözlərini qaçırırdı. Rüfü qulağına əyildi və 'utanma' deyə pıçıldadı.

Amma yenə də özünü sıxırdı.

"Bədənin haqqında danışdın atam? "

"Hımhım... "

"Sonra?! "

"Ad günüm günü çox içmiştik... "

"Sən də istifadə elədin bundan? "

"Ramal! "

"Nə var?! "

Başını yenidən aşağı saldı və astaca danışdı.

"Yox. O məndən istifadə etdi"

Və yenidən Rüfətə sığındı.


WhatsApp

Rüfü
Utanırsan heç?

HAMİLƏ |B×B|Hikayelerin yaşadığı yer. Şimdi keşfedin