Gecə saat üç və ya dörd olardı.
Ramal ulduzları seyr edirdi. Milyonlarla ulduz dəyanmadan yanıb-sönürdü. Necə də gözəl idilər.
Evində tanımadığı bir oğlan qalırdı. Və üstəlik bu oğlan hamilə idi.
Əlini saçlarına apardı və saçlarını qarışdırdı.
Bu qədər düşünmək ona xeyir etmir əksinə dəliyə çevirirdi.
Başını sağa sola çevirdi və sanki bütün mənasız düşüncələri ağlından çıxartdı.
Bir neçə saat sonra qonşular kömək üçün gələcəkdi. Və o hələ də evdəki kiçik bəla haqqında nə edəcəyini bilmirdi.
Pəncərəni örtdü və otağına doğru addımlamağa başladı.
Bayaq uşağın oğlan olacağını öyrənəndən sonra Vüsalın qarnını sığallamış və heç bir söz demədən otaqdan çıxmışdı.
İndi, ilk öncə mətbəxə girib su içəcək sonra isə otağına gedəcəkdi.
Ancaq addımları başqa yerə yönləndirirdi onu.
Vüsalın qapısı açıq, işığı yanırdı.
Üstü açıq bir şəkildə yatmışdı.
Həqiqətən qüsursuz idi.
Otağa girib oğlanın üstünü örtdü və qapını bağlayıb otaqdan çıxdı.
İşığı söndürmədi. Bəlkə qaranlıqdan qorxurdu?
-
Səhər saat 5 olardı Ramal çadırı düzqoş etməkdə işçilərə kömək edirdi.
Rüfət isə evdə Vüsalı bəzəyirdi.
Rüfətə görə bir iki toxunuş ilə Vüsala qız görkəmi vermək olardı.
-
Kıskanma başlasın-Venera꙳