Nə üçün xoşbəxt deyilik .?

27 4 0
                                    

09:00 səhər açıldı,gözlərimi açıb divarda çəkdiyim şəkilləri biraz müşahidə etdim,əllərimlə gözlərimi ovdum,biraz
teləfona baxdım sonra yerimdən qalxıb,saçlarımı yığdım.

Görəsən dünən gələn zəngin axırı necə olacağdı...
Aşağı mərtəbəyə endim.Atam dünən axşam evə gəlibmiş mətbəxdə yemək yeyirdi.Qapı döyüldü
-Mən açarammm
Atam
-aç


Qapını açdım.
Şeytan sifət biri idi,belə insan ilk dəfədi görürəm.Dağınıq saçları.Kəsilmiş qolları,boyun damarları qabarmış və deşilmiş idi.Elə bilin ki,bu saat ürəyi gedib yıxılacaqdı, ayaq üsdə güclə dayanmışdı.

Atam gəldi, məni itələdi və üzünü qapıdakı şəxsə tutub acıqlı səslə dedi:
-sənin burda nə işin var.
-uduzduğun oyunun mükafatın almağa gəlmişəm ver gedim.
Nə ??!!
Bu zarafatdır ? Bu mənlə dünən telefonda danışan adam idi.
Bu o idi.!!
Həyəcandan əl ayaqım əsirdi.
Ayaq üstə güclə dayanmışdım.


Atam:
-get sonra danışarıq.
Atam mənə tərəf döndü.Mənim halsızlığımm onu tədirgin etmişdi məndən nə olduğunu soruşdu.Həyat 17 ildir içimdə olan niftrəti onun üzərinə qusmağa bir fürsət yaratmışdı sanki.

-Nə olub ?!
Mənə nə olub?!
18 ildi ağlatdığın,sevgisiz bir küncdə soldurduğun qızdan necə olduğun soruşursan ?!
Qumara qoyub uduzduğun qızdan necə olduğunu soruşursan ?!
Sən necə atasan ?!
Sən necə insansan ?!
Sən necə vicdana sahibsən ?!
Çox peşmanam arxamda dağ olmağdan qəlbimdə dağ oldun.Sən mənim yaram oldun.Sən məni kürəyimdən,ürəyimdən bıcaqladın.Mən sənə həsrətkən sən başqa qızların başını sığalladın,mən sevgisizkən sən  başqalarına sevgi verdin.Mənlə birlikdə gəlinciklərimlə oynamaq yerinə məni oyuna qoymağı seçdin.Sən məni əbədi dünyaya küsdürdün.Sən məni həyata küsdürdün.Sən yaşama,nəfəs almağa.Sən məni dünyanın gözəlliklərini kəşf etməydən məhrum etdin,Ata.

Sən mənim qanadımı qırdın.Sən mənim sevgiyə inancımı itirtdin.Sən məni sevgisiz soldurdun.Sən mənim köksümü paraladın.Sən məni satdın,ata!
Sən məni Satdın !.
Özüm ayaq üstə güclə durmuşdum.Üzümdə bir istilik hiss etdim.


Sizin sandığınız kimi bu ata sığalı deyildi,ata şilləsi idi.Ata şilləsi ))
Mən özümü başa düşəndən o şillə,təpik,qappaz ilə böyümüşəm.Uşaq vaxtı atam məni vuranda mənlə oynadığın düşünərdim.Hər gün bədənimdə olan qızartıların,göyərtilərin sayını sayardım,onlarla oynamağa
başlayardım.Üstünə basmazdım ağradığın bilərdim.Amma onları sayıb,öpüb oynayardım.Onlar mənim idi çünki.

Mənim atamın sənət əsəri idi çünki.
Pilləkənin tutacağını tuta-tuta asda addımlar ilə otağıma çıxdım.

Əllərimi üzümə sıxıb ağlayırdım.Bir yandan rahatlamışdım əslində.Çünki illərdi içimdəki nifrəti atama demişdim.Həyat bunun üçün mənə fürsət vermişdi.


Qulağlımı taxdım...

     Bu şəhər ikimizə dar...

Sonra isə...
Ağlaya-ağlaya yuxuya gedib yatmışam.
Ən sevdiyimdə budur
ağlayandan sonra gələn yuxu>>>.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 17 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Silahlanmış Qəlblər.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin