Səhər açılmışdı,gözlərimi açanda bacım yanımda yox idi.Tədirgin halda ayağa
qalxaraq,otağın qapısını açıb bacıma səsləndim.Ondan cavab gəlmədi, otağının qapısını açdım,yerində uzanmışdı.
Elə bu an aşağı mərtəbədən atamın səsi gəlirdi,bir qədər atamın getməsini gözlədim.
Atam getdikdən sonra otağıma doğru yönələrkən anamın bizə səslənişin eşitdim.
O bizi yeməyə çağırırdı.Lakin heç iştaham yox idi.Bu həyatda bacım olmasa heç otağdan çıxacaq taqətimdə olmayacaqdı.Anama-mən yemək yeməy istəmirəm,-dedim.
-Dünəndən heç nə yeməmisən necə yəni istəmirsən?.
-iştaham yoxdu,Ana, sən ye.Ayla da yatıb.
-yaxşı.
Otağıma daxil oldum.Komputeri açdım.Beynimdə çıxış yolunu axtarmaq istəyən bir Zəhra çaba göstərirdi.
-Nə isə etməliyəm.Sonumuz uçurum ola bilməz.
Komputeri açan kimi qarşıma bir xəbər çıxdı.
Xəbər.az portalı tam yarım saat öncə bir xəbər yayınlayıb.Xəbərin üzərinə basdıqda əsas səhvə açıldı.
"Naməlum fəaliyyət göstərən şirkət axtarışımızdadır.Şirkətinn üzvləri həmçinin rəhbərlik heyətində olan şəxsləri tapmaq üçün güclü iş rejimində çalışmalara başlanılıb..."
Komputeri bağladım.
Biraz hava almağa çıxmaq istəyirdim.Sahilə gedib orda dərslərimə çalışmaq istəyirəm.Açıq havada dərs etmək ən ideal seçimdir.
Hər kəsin bir xəyalı var,mənim də xəyalım hüquqşünas olmaqdır.(Ümid edirəm hər birimiz xəyallarımızı reallaşdıran insanlar silsiləsində bizi gözləyən yerlərimizi tutarıq.)
Çantamı götürüb evdən çıxdım.
Təzəcə sahilə çatmışdım.Gözəl mənzərə qarşısında oturdum.Çantamdan dəftərimlə ən sevdiyim qələmi çıxardım.Ən sevdiyim dərslərdən biri olan tarixdən mövzu oxuyub ona uyğun testlər yazacağam.
Bir neçə saat idi parkda idim.
Mövzunu bitirib testlərin yazırdım ki,telefonuma mesaj gəldi.Yazan anamın telefonundan bacım idi.-Bacı tez evə gəl.
Bu mesajı oxuyub anında ayağa qalxdım.Gözləyəcək vaxtım yox idi.
Evə doğru gedirdim.
Beynimdə qəliz düşüncələr var idi.Yenə nə olub hər şeydən xəbərsiz evə tərəf yol aldım...
Yolda əmimi gördüm.Əmim məni görməzdən gəldi.Bu işin içində bir iş var idi.Lakin nə olduğundan xəbərsiz idim.Qaça-qaça evə doğru yönəldim.Qapının zəngini çaldım qapını açan bacım idi
-Nə olub ?
-niyə elə yazmısan ?
-Atam teləfona baxdı nə isə bir xəbər gördü çamadanın yığdı.Xarici pasportun istədi anam verdi çıxdı getdi
-N-nə ? Nə xəbəri?
-bizdə bilmirik.
-anam hanı?
-zaldadı keç içəri.Keçdim zala anamdan nə olduğun soruşurdum.
Anam da mənim kimi hər şeydən xəbərsiz idi.
Bir neçə saatdır ki,üçümüzdə olduğumuz yerdə donub qalmışıq sanki.Ətrafımızda dünya dönür biz isə sadəcə bu dönüşün qurban seçdiyi insanlarıq.
Birdən qapı döyüldü.Ayla qapını açmaq üçün qalxırdı ki,qarşısını aldım.-sən otur mən açacağam.
Qapını açdım.
Əmim imiş..-Salam əmi,nə lazımdır.?
-içəri keçməyə qoymayacaqsan ?
-buyur keç.
[Öz aramızdı bundan heç xoşum gəlmir.;)]
Zala keçdi.
Anamla üzbəüz divanda oturdu.Başdan aşağı anamı süzürdü.
Bu baxışlardan gözüm elədə su içmirdi.Atamın getmə məsələsinin üstü açıldıqda.-Ayla sən keç otağına-dedim
Ayla otağına qalxdıqdan sonra.Atamın getməsi məsələsində bizi günahkar görən əmimə içimdəki illərin kinini qusdum sanki.
-İllərdi bizim bu evdə nələr yaşadığımızı bilmirsiz guya ?
Anamın döyüldüyü,mənim döyüldüyüm,qabların sındığı günlərədn xəbəriniz var.? Bizim evdə ataya ehdiyyacımız varkən atanın başka qızlara göstərdiyi nəvazişi görərkən parçalanan qəlbimizdən xəbəriniz var ?
Baxın !
Anamın ağ saçlarına baxın.!
Vaxtından tez ağaran saçlarına.İçinizdə biraz şərəf varsa o ağ dənlərin əsəri olan qardaşınıza tərəf çıxıb onun yoxluğundan istifafə etməyə gəlməzdiz bu gecə.
Mən artıq balaca Zəhra deyiləm,əmi, artıq hər şeyi başa düşəcək yaşdayam.
Məni yaşım deyil məni qardaşıvın yaşatdığları böyüdüb.İndi isə dərhal tərk et evimizi.Bu sözlərin qarşısında anam sadəcə ağlayırdı.Əmim bu sözlərdən bir dərs almadı lakin daha ağır söz eşitməmək xatirinə evi tərk etdi.
O çıxdı.
Mən qapını bağladım.Zala gəldikdə anamı qucağladım.Anam mənə
-səninlə fəxr edirəm,güclü qızım-dedi.
Güclü qızı,məyərsə gecələr başımı yasdığa qoyub ağlayan,çarəsiz qızdan xəbərləri yoxdur.
Anamı biraz təsəlli edib otağıma qalxdım.Yenə axşam idi.
Yenə bir can yaxan məsələ ailəmizi bürümüşdü.Hər zaman ki kimi bu səfərdə özümə sual verdim.
Görəsən mən niyə xoşbəxt ola bilmirəm ?Başkalarının xoşbəxtliyi niyə bu qədər uzun çəkərkən mənim xoşbəxtliyim heç yoxdur.Fikirlər beynimi alt üst etmişdi.Ata sevgisi görməyən bir qızı niyə başqası sevsin ki düşüncəsi ciyərimi paralayırdı.
Məni başa düşən sadəcə sevgidən məhrum olanlar olacaq:)
Yenə ən sevdiyim musiqini qoşub,çarpayıma uzandım.
Niyə yanır bu ocaq ?
Yanıb külü qalacaq
Bilmirəm nə olacaq
Olanı xatirədir...Alim Qasımov_Xatirədir...
Bir neçə saat sonra birdən pencərəmə tərəf tutulan işıq diqqətimi cəlb etdi.
Balkona çıxdıqda həmin işiq yoxa
çıxdı.
Nə isə baş verirdi.
Aşağı mərtəbəyə endim.
Anamın otağına tərəf keçəndə kim isə ağzımı bağladı.
Yerdə çırpınışlarımı xatırlayıram...
ŞİMDİ OKUDUĞUN
Silahlanmış Qəlblər.
Fiction généralePisliklərə qarşı silahlanan qəlbimiz ilə,pisliklə silahlanmış qəlblərə qarşı hər daim mübarizədəyik. Bu mübarizə zamanı heç vaxt xəyallarımızdan əl çəkməyək və hər zaman mübarizəmizi aparaq. Hər birinizə hər çətunliyə rəğmən xəyallarını gerçəkləşdir...