Susuram sözlərim danışır...

51 4 3
                                    

Səhər açılanda isə hər şeyi yuxu kimi xatırlayırdım.Lakin bunun yuxu olmadığına adım kimi əmin idim.

Yeni bir gün başlamışdı.Yerimdə uzanmışdım hələ də dünən yaşadığlarımın təsiri altda idim.Görəsən yuxu idi ?
Yoxsa onlar kim idi ?
Evimizə necə daxil olmuşdular?
  Niyə məhz atamın getdiyi gün ? Düşüncələrinə qapılmışdım.Telefonuma zəng gəldi.Tanımadığım,naməlum nömrə idi.Açdım,

-Alo,kimdi ?

-Salam.Ayazın qızıdı ?

-bəli nə lazımdı

-Aha,deməli Ayazın qızı.

-Atanın uduzduğu oyunların mükafatı sənsən demək.

-N-nə ? nə oyunu? Nə danşşrısız siz ?

-Görəcəksən.

Başdan aşağı məndən soyuq tərlər
axırdı.

-Nə oyunu,? Nə mükafatı? Söhbət nədən gedir.

İçimdə şübhə yarandı.Bəlkə də dünən olanlar bunların planı idi.Beynim və qəlbim arasında gərgin mübarizə gedirdi.Mübarizənin qalibi olmalı idi.

Amma mən atamın oyunlarının qurbanı olmamalıydım.Hər nə olsada vahimə,dəhşət məni bürümüşdü.Günlər bəlkədə saatlar sonra nə olacağından xəbərsiz idim.Hava almaq istədim.Amma yalnız şəhərə çıxmağdan çəkinirdim.Ya məni izləyirlərsə fikri bütün günümü əhatə etdi.

Sakitləşməyimin tək bir yolu var idi telefonu söndürüb bir kənara atıb,dəftərimi açıb yazmaq.Yazırdım,bu mənim üçün ən gözəl çıxış yolu idi.
(Sizə də tövsiyyə edirəm.)
Nəhayət axşam oldu.Küçədən səs-küy səsləri gəlirdi.Anamla balkondan səslərin haradan gəldiyinə boylandıq.
Uca boy bir oğlan,orta yaşlı  qadın və kişi gördük.Siz demə evimizə yan tərəfdəki evə yeni qonşular köçürmüş.

Anam:

-yaxşı deyil gedək bəlkə köməyə ehdiyyacları var dedi.

-yaxşı,gözlə paltarımı geyinim deyib otağıma çıxdım.

Qara şalvar,qara boğazlı köynək və üzərindən bənövşəyi gödəkçəmi geyindim.Saçımı yuxarıdan yığdım.

Aşağı mərtəbəyə endim.Anam ilə yan qonşu tərəfə üz tutduq.Uca boy oğlan bizi qarşıladı,təxmini 5-10 saniyə göz gözə gəldik
Anam;

-Salam.Biz sizin yan qunşunuzuq.Səs küy eşitdik dedik gələk görək kömək lazımdır yoxsa yox.?

-Salam,axşamınız xeyir əziyyət çəkmisiniz dedi
Uca boy oğlan.

-Mənim adım Muraddır.

-Mənim adım Ayseldi bu isə qızım Zəhradır.

-məmnun oldum.

Nə isə qəribə elektirik var idi aramızda.Sanki onu illərlə tanıyırammış kimi hiss edirdim.Özümü heç belə hiss etməzdim normal halda.Nəyisəəə deyib keçdim.
Anası ilə bizi tanış etdi.Bir müddət danışıb,tanış olduqdan sonra evə doğru yol aldıq.

Evə çatdıq,mən otağıma qalxdım.Paltarlarımı dəyişib.Bir fincan kofe dəmləyib balkona çıxacaqdım.Mənim balkonum təzə gələn qonşu gilin bir otağı ilə üzbəüz idi .O otağın kimə aid olduğunu bilmirdim.Kitabımı və qəhvəmo götürüb balkona çıxdım.

Bir qurtum qəhvədən alıb kitabı açacaqdım ki,qarşı evin balkonunun işiqinin yandığlnı gördüm.Bəli,ordakı Murad idi.Oda eyni mənim kimi bir fincan qəhvə ilə kitabını götürüb balkonda oturmuşdu.
Başladım kitabı oxumağa.Saat gec idi 03:29 artıq yatmaq saatım çatmışdı.Balkondan otağıma daxil olduqda Muradın xoş bir təbəssüm ilə üzümə güldüyünü gördüm.
İşiqları söndürdüm.

Qəlbimdə bir hiss var idi mən isə ancaq yatmaq istəyirdim.Sadəcə yatmaq.Başımı yastığa qoydum.Gələcəyim ilə bağlı xəyallar qurarkən yatmağa çalışdım…)

Gələcəyim...
Anam,mən, bacım sakit və hüzur dolu həyat qurmaq istəyirəm.Sadəcə üçümüzdən ibarət bir həyat.

Silahlanmış Qəlblər.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin