İlk qarşılaşma

5 0 0
                                    

Qar dənəsi darıxırdı.Qərara gəldi ki,bir az uçsun.Uçdu,uçdu...Bir ağacın budağına qondu.Budaqda bir yarpaq qalmışdı,külək birazdan onu qoparıb torpağa atdı.Qar dənəsi həmin budağa qonub dedi:
-İstəyirsən,sənin yarpağın olum?
Budaq eşitmədi,çünki çoxdan qış yuxusuna getmişdi.Yuxuda yaşıl yarpaqları və çəmənlikləri görürdü.Görürdü ki,zərif meh yarpaqların üstündə yeriyir.Yarpaqlar sevinc içində xışıldayır.
Qar dənəsi gördü ki,budaqdan səs çıxmır,bir budaq da aşağı endi.
-İstəyirsən, sənin çiçəyin olum?
Bu budaq da cavab vermədi.Çünki o yuxarıdakı budağın yuxusunda idi.
Qar dənəsi torpağa endi.Dedi:
-İstəyirsən,sənin çiçəyin olum?
Torpaq razılaşdı,qar dənəsinin üzündən öpdü.
Beləliklə,qar dənəsi bütün qışı orada qaldı.Yaz gələndə onun yerində qar çiçəyi bitdi...

Hər il olduğu kimi bu il də qar dənələri yerə enməyə başlayandan Günəş atasından ona bu hekayəni danışmağını istəmişdi.Atası hekayəni danışarkən başını dizləri üstünə qoymuş qızının saçlarına sığal çəkməyi də ehmal etmirdi.Hekayə bitdikdə Günəş gözlərini açıb atasının illərin yorğunluğu çökmüş gözlərinə baxdı.Əlini qaldırıb atasının yanağına qoydu.
-çox yorğun görünürsən,gecə yaxşı yatmamısan diyəsən.
-yox,qızım,mən elə dərin yatmışam ki anan xorultumdan yata bilməyib.

Hər ikisi atasının sözlərinə güldü.Ama Günəş bu sözlərin onun qəlbini fərahlatmaq üçün olduğunu bilirdi.Əsl cavabı isə atasının gözlərində,üzündə,yorğunluqdan çökmüş belində görürdü.

Günəş valideynlərinin tək övladı idi.Atası Valeh və anası Səma universitet illərində tanış olmuş və məzun olan kimi evlənmişdilər.Evliliklərinin ilk ilində Səma hamilə qalmış,ancaq körpəsini bətnində olarkən itirmişdi.Bu hadisədən sonra sarsılsalar da bir-birlərinə olan sevgiləri onları ayaqda saxlamışdı.Stres və müalicəli illərdən sonra ilk övladları:Günəşi qucaqlarına almışdılar.Onlar artıq hərşeyin yaxşı olduğunu düşünərkən həyat onlara yeni oyununu oynamışdı.Gözlərinin ağı-qarası,yeganə qızlarının ürək çatışmazlığının olduğunu öyrənmişdilər.17 yaşında universitet xəyalları qurarkən bir anda özünü xəstəxana otağına məhkum olmuş halda tapmışdı.

Düşüncələrdən ayrılıb sevincək halda atasına baxdı.Qəbul etməyəcəyini bilsə də şansını sınamaq istədi.

-Ata,ata,ataaacaan deyə zümzümə edərək səsləndi atasına.
-haycan,Günəşim
-ata,nolar,bugün çölə çıxım da,noolar,iki ildi xəstəxana otaqları,tibb bacılarından başqa heç nə görmürəm.Həm bax hava da yaxşıdı.Söz verirəm əynimi də qalın geyinəcəm.Nolar,nolar,nooolar
-yaxşı,yaxşı,bunu Akifə deyəcəm,əgər o razı olsa çıxa bilərsən.
Günəş tez atasını qucaqlayıb yanağına öpüş qondurdu.
Atasının qapıdan çıxarkən astadan "dəli qız" dediyini eşidib gülərək pəncərədən baxmağa başladı

Akif Günəşin xəstəliyinə diaqnoz qoyan və müşayiət altında saxlayan həkim idi.Ama həkimdən çox Valehə yaxın dost,Günəşə isə əmi əvəzi olmuşdu.İki il ərzində bütün stresli,ağrılı günlərində həm maddi,həm də mənəvi yanlarında olmuşdu onların.Həyat yoldaşı Rəna isə elə bu xəstəxanada psixoloq işləyirdi,onun da bu ailəyə dəstəyi çox idi.

Atası otağa girəndə Günəş pəncərədən çöldəki insanları seyr edirdi.Kimisi işə,kimisi evə tələsirdi,kimisi isə qarı sevmədiyi üçün qaçırdı bəlkə də.Ama heç kim dayanıb yağan qarın dadını çıxarmırdı.Dərindən köksünü ötürdü və dönüb qapıdan içəri girən atasına baxdı.Atasının üzündəki ifadə Günəşin bayaqkı həyəcanını silib apardı.

Atası yanına yaxınlaşıb onun çənəsindən tutaraq üzünü özünə tərəf çevirdi və dedi:
-Qızım,mən də sənin yaşıdların kimi gəzib əylənməyini istiyirəm,amma..
Atası bu sözləri deyib dayandı.Günəş həkiminin razı olmadığını düşündü və dönüb pəncərədən çölə baxmağa davam etdi.Ancaq atasının qapıdan çıxarkən dediyi sözlər sevincdən tullanıb düşməsinə səbəb oldu.

-2 saatdan artıq olmaz.

Günəş atasının sözlərindən sonra anası tərəfindən nəfəs ala bilməyəcək şəkildə geyindirildikdən sonra addımını xəstəxadan çölə atdı.Dərin nəfəs alıb təmiz havadan bolca içinə çəkdi və sevincli şəkildə yola qoyuldu.

Ən sevdiyi kitab mağazasına çatıb  içəri girdi.İsti hava və kitabların qoxusu ona isti şokoladı xatırlatdı və çıxandan sonra alacağını ağlının bir kənarına yazdı və kitab seçməyə başladı. Tələsmədən kitab rəfləri arasında gəzindi.Gözünü yumub əlini kitabların üstündə gəzdirdi.Sanki əli hər kitaba dəydikcə kitabın içindəkilər film səhnəsi kimi beynində canlanırdı.Birdən əli soyuq və yumşaq bir şeyə toxundu.

Tez gözlərini açıb  əlini qoyduğu yerə baxdı.İnana bilmirdi.Kitab yerinə başqasının əlini tutmuşdu. Əlini tez çəkib səhv iş görmüş uşaqlar kimi əllərini arxasında birləşdirdi.Utancından saç diblərindən dırnaqlarına qədər qızarmışdı,ama birazdan olacaqlar utanc hissini əsəblə əvəz edəcəkdi.

-Əlimi tutmaq istəyirdinsə deməyin bəs edərdi, balaca,-dedi və Günəşin saçlarını uşaqmış kimi qarışdırıb dönüb getdi.

Saçın qarışdırması və bu da az deyilmiş kimi ona balaca deməsi Günəşi cin atına mindirdi.Oğlana tərəf addımlayıb qolundan tutub özünə çevirməyə çalışdı.Ama bu cəhdi uğursuz olduğuna görə özü keçib onun qarşısında dayandı.

-Birincisi,mən balaca deyiləm.İkincisi,üzr istəməyini gözdüyürəm.

Adını bilmədiyi bu oğlan ona tərəf əyilib,qulağına pıçıldadı.
-Mən üzr istəmirəm,balaca

Oğlan arxasını dönüb gedərkən geridə əsəbdən dəliyə dönmüş bir qız buraxdığını bilirdi.Çünki balaca sözünü Günəşi daha da ədəbləşdirmək üçün xüsusi vurğuyla demişdi.

Günəş öz-özünə  danışaraq az da olsa sakitləşdi.Sonra kefi yerinə gəlsin deyə kitablarını seçməyə qərar verdi.Təxmini yarım saat da gəzib kitablarını seçdi.Əlində 5-6  kitabla kassaya yaxınlaşıb ödənişini edib çölə çıxdı.

Qapını açar-açmaz soyuq hava onunçün
darıxmış kimi üzünü yaladı,qucaqlayırmışcasına ətrafını bürüdü.Mağazanın insanı mayışdıran havasından sonra bu soyuq ona ayıldıcı təsir bağışlamışdı, narın-narın yerə düşən qar dənələri də kefini açmışdı.Çantasından qulaqcıqlarını çıxarıb taxdı və son zamanlar ən çox dinlədiyi mahnını qoşdu.

Stephen Sanchez-Until I found you

Marşruta minmək əvəzinə gəzərək getməyi seçdi.Mahnı,yağan qar,sərin hava...Ruhunu sakitləşdirirdi.

Nəqqarət hissəyə çatanda  kitab torbalarını yerə qoyub əllərini yana açdı,fırlandı,fırlandı,fırlandı...

I would never fall in love again until I found her
I said, "I would never fall unless it's you I fall into"
I was lost within the darkness, but then I found her
I found you

Sanki nəqqarətin bitməyini gözləyirmiş kimi ayağı daşa ilişib yerə yıxıldı.İndi hamının içində yıxılmaq belə onun kefini poza bilməzdi,öz-özünə gülümsündü.Sonra tam özünü toparlayıb ayağa qalxacaqdı ki,ona tanış ama bir o qədər də yad səsi eşitdi.

-Həm topal,həm də qəribəsən,balaca.

Günəş dönüb səs gələn tərəfə baxdı.Kitab mağazasında onu əsəbləşdirən oğlan biraz irəlidə   qara bmw markalı maşına söykənib ona  baxırdı.

Yenidən yanaqları utancdan qızardı.Şəhərdə başqa adam qalmamışdı elə bil biabr olacaq deyə düşündü.Ama yenə də özünü sındırmadı.Tez ayağa qalxıb kitab torbalarını yerdən götürdü.Adını belə bilmədiyi adama baxıb dedi:

-Sənin burda nə işin var,məni izləyirsən sən?

Sualını verib cavabını belə gözləmədən addımladı.Çünki Ömərin cavab verəcəyini düşünmürdü,ama bugün bir daha yanılacağını bilmirdi.Biraz addımlamışdı ki,onu yenidən və yenidən əsəbləşdirəcək o sözləri eşitdi.

-Mən uşaq oğrusu deyiləm,balaca

You've reached the end of published parts.

⏰ Last updated: Jul 11 ⏰

Add this story to your Library to get notified about new parts!

Yaşayan ÖlüWhere stories live. Discover now