Brutonizm və evlilik

8 0 0
                                    


Brutonizm də evlilik çox gözəl bir şeydir, ancaq uşaq üçün, və ya ailə sahibi olmaq üçün yox. Paylaşmaq üçün çox gözəl bir anlayışdır. Emosiyalarını, xoş və pis anları və s. Misal üçün səyahət edirsən və çox xoşbəxtsən. Sən bunları sosial şəbəkə də paylaşa bilərsən, ancaq sevdiyin, anladığın, səni anlayan, güvəndiyin biri ilə paylaşmaq, çox ayrı bir həzzdir. Onun səninlə birlikdə bunları yaşaması, sənin ona bunları yaşatman, sənə daha yüksək bir səviyyədə xoşbəxtlik verəcəkdir.
  Əlbəttə evlənmək üçün, öncə onu tanımalısan və bəzi problemlərdən birlikdə keçməlisən. Onunla birgə, bir ömür yaşaya biləcəyini öyrənmək üçün. Brutonit üçün ayrılıq çox ağır bir hissdir. Ayrılığın olmaması üçün, bir çox yoxlamadan keçmək lazımdır. Misal üçün, uzaq yolçuluğa çıxmaq, birlikdə içmək, bir evdə bir müddət yaşamaq və dalaşmaq. Hər iki nəfər də səy göstərməlidir. Davadan haqlı yox, xoşbəxt çıxmaq üçün səy göstərmək lazımdı. Bəzən sevgi üçün, bir müddətlik eqonu kənara qoymaq belə olar. Əgər sənin sevgilin, onu narahat edən məvzu haqda səninlə söhbət etmək istəyirsə, ona cavab vermək üçün yox, onu anlamaq üçün dinlə. O öz eqosunu əyib özü sənə, sənin ilişkinə doğru ilk atdımı atır və sən buna hörmət etməlisən. Onu günahlandırmaq yerinə, qətti danışmaq yerinə, ona doğru addım at səndə və ortaq nöqtədə görüşün.

BRUTONİZM və 21-ci əsrdə azadlıq anlayışı Where stories live. Discover now