Brutonizm də tənhalıq çox xeyirli bir hadisədir. Belə ki, insan tənha olanda yalnız özünü öyrənməyə başlayır. Çoxları üçün tənhalıq çox çətin gəlir, çünki daima digərləri ilə ünsiyyət məcburiyyətində hiss edirlər, bu çox yanlış bir hadisədir. Əgər sən, özünlə təklikdən həzz almırsan sa, digərlərini də sıxassan. Özünü sevməsən, heç kim səni sevən deyil. Özünü sevməsən, digərlərinə də sevgi verə bilməyəcəksən. Xeyir, sənin verdiyin və hiss etdiyin sevgi deyil, sənin halında verdiyin sadəcə bağlılıq dır. Gec-tez soyuyacaqsan, və ya səndən soyuyacaq, bezəcəklər. Bəli, insan sosial varlıqdır, ancaq hər şeyin qədərin də gözəl olduğu faktını da gələk unutmayaq. Əlbəttə, hər insan fərqli dir və hər kəs sevgini fərqli qəbul edir, fərqli hiss edir.
Bəs belə halda biz necə tapaq sevgimizi qəbul edəcək və qarşılığında istədiyimiz sevgini bizə hiss etdirəni? Çox sadə, özünə kriteriyalar qeyd et və qarşılığında nə verə biləcəyini də nəzərə al. Kriteriyanın punktunun sənin üçün nə önəm daşıdığını, uzun müddət ərzində səni narahat edəcək halları da unutma. Sonra özünə həmrək birinin psixoporetini çək və özünü o insanla 1, 5, 10 il birlikdə düşün.
Əgər travman varsa, mütləq onu müalicə et. Travman la başqasını zəhərləmə. Bacardığın qədər sevgilinin də travmalarına hörmət və anlayış ilə yaxınlaş. Ancaq özünün qırmızı xəttini keçməyə icazə vermə. Əgər sənin anlayışını zəiflik kimi qarşılayırsa, ağrılı olsa da, sil o insanı həyatından. Əgər sənə hörmətsizlik etsə, səni durmadan günahlandırsa, səni tikanlamağa, zəhərlənməyə dəvam eləsə, o insanın həyatını sil. Bunun üçün fiziki güc lazım deyil, sadəcə öz mərhəmətini və soyuqqanlığı qoru. Özün ol, özün kimi qal. Kiməsə icazə vermə səni zəncirləməyə. Skandinav mifologiyasında Fenrir əgər icazə verməsə idi özünü zəncirləməyə, Türâ inanmasa idi, bəlkə də Raqnaryok belə olmazdı. Skandinav tanrıları da kimlərin sə sözünə inanmaqdan sa, özləri analiz edib, Fenririn mərhəmətini, oyunsevərliyini və sadiqliyini görsə idilər, bəlkə Raqnaryok belə olmazdı.
ESTÁS LEYENDO
BRUTONİZM və 21-ci əsrdə azadlıq anlayışı
EspiritualBurada brutonit özünün gəlişdirdiyi fəlsəfəni və öz düşüncələrini ötürür. Zəmanənin tələbləri və araşdırmaları analiz edərək belə düşüncələrə gəlib Brutonit. O, əmindir ki bu düşüncələr çoxunun suallarının cavablayar.