Sən burdasan ama yoxsan

7 5 0
                                    

Gözlərimdə sönən işıqlar,
Axşamın son nağılları,
Səssizlikdə pıçıldayan bir yuxu:
Sən varsan, ya yoxsan, bilmirəm...

Soyuq zəminə sığındım,
Gözlərim tavana kilidlənmiş,
Ağ boşluqda sənin kölgən,
Əllərimdə itən bir toxunuş.

Mahnı səslənir, o tanış melodiya,
“Ayrılıqda görüşəcəyik” demişdin axı,
Səsin hələ də qulağımda əks-səda,
"Səbr et," dedin, "geri gələcəyəm..."

Ancaq mahnı bitdi,
Və sən də getdin,
Bir damla süzüldü yanağımdan,
Dəli oluram, sənsizlikdə...

Səni gözləyərkən | Şeirlər Hikayelerin yaşadığı yer. Şimdi keşfedin