1

5 1 0
                                    

Gəlirsən?"

"İndi avtobusa minəcəm ana, amma gecikə bilərəm, kitabxanaya-"

"Əsla, bu gün gecikmək filan yoxdur, qonaq gələcək. Avtobusdan düşən kimi zəng elə qardaşın alsın səni."

"Qonaq gəlirsə, xoş gəlir, mən nə edim, dərs üçün vacibdir bu kitab. Alım gələcəm."

"Atanla üz-göz olmaq istəyirsənsə neyniyirsənsə elə, qızım."

"Ana-"

Üzünə bağlanan telefonla sözü udqunmasıyla geri getdi. Son sözü olan qızım necə də soyuq, hədə qorxu doluydu. Anlamışdı Narə, atası ilə yenə üz-üzə qalacaqdı bu axşam.

Başını qaldırıb Bakının boz buludlarıyla örtdüyü göyünə baxdı, nəfəs aldı amma ciyərlərinə çatmadı sanki aldığı nəfəs. Bir daha dərindən nəfəs almağa çalışdı, yenə olmadı. Boğulurmuydu? Boynuna doladığı krem şərf boğurdu bəlkə də onu. Əlləri kortəbii boynuna çıxdı. Şərfi olduqca boş bağladığını fərq etdi. Deməli udduğu sözləri boğazında qalmışdı.

Addımlarını dayanacağa yönəltdi. Şəhərin ən səs küylü saatları idi, hər kəs çöldən evinə tələsirdi. Duyğusuz şəhərin küçələri evinə çatmaq həyəcanı ilə tələsən ayaqqabların səslərini udurdu. Kimisi ailəsi üçün, kimisi isti yatağı üçün, kimisi də planladığı məşğuliyyət üçün tələsirdi, bəziləri əliboş olmağın xəcaləti, bəziləri də müthiş bir dalğınlıq ilə asta asta, sanki yol uzanacaqmış kimi gedirdi, amma çatacaqları yer eyni idi: ev. Hamsı evinə gedirdi. Bəs Narə?

Evi yox idi onun, nə olsun anası, atası və böyük qardaşı ilə yaşadığı bir mənzili var. Evə gedən kimi üstünü didən bəd baxışlar, qapıdan otağına kimi o kısa kolidorda eşidilən səssiz addımlar və yad səslərin onu salamlaması işgəncə kimi olardı.

Qanı eyni olsada doğma deyildi ev sakinlərinə, ola bilmirdi. Səbəbini özü də bilmirdi bu yadlığın. Körpə ikən ən balaca səhvində anasının ağır əlini yanağında hiss edəndə, məktəbə başlayanda hamı səliqəli saçları, ağ bantikləri ilə gələrkən, öz dağınıq saçları ilə utananda, atası hər daim onda qüsur axtaranda, o da səbəb axtarırdı, ümid daşıyırdı bəlkə bir gün sevgilərini görərdi ailəsinin. Amma uşaqlıq xəyalı olan dil ədəbiyyat müəllimliyini qazandığında bir 'əhsən' belə eşitmədiyi gün, üstünə 'qazandın nə oldu yenə xərc çıxardın başımıza' deyildiyi gün buraxdı ümidini.

O gündən sonra buz kəsdi sanki. Bircə kitablarının yanında gülümsədi, müəllimlərinin tərifləri ilə isindi içi. 4 il sonra məzun oldu və bir kursda çalışmağa başladı, yaxınlıqdakı məktəblərə bir tanışı olmadığı üçün, uzaqda qəbul olduğu məktəblərə isə evə pul gətirməli olduğu üçün gedə bilmədi. Qazandığı şagirdləri qəlbini daha da isitdi, onları kitabları kimi sevdi. Uşaqlar da bu gənc müəllimələrini özlərinə xas məsum bir sevgi ilə mənimsədilər. Amma saçlarına heç sığal çəkilməmiş bir qız kimi daim bir tərəfi əksik qaldı Narənin, qalırdı...

İndi Narə ağzınacan dolu avtobusa baxarkən onsuzda təngiyən nəfəsinin daha da daraldığını duydu. Üzü buruşdu, minmək istəmədi, çölün soyuğuna təzad bədənlərlə isinmiş o sığlıq gözünü qorxutdu. Ani bir qərarla uzaqlaşdı dayanacaqdan, səkinin yoğuşu ilə getməyə başladı. Hara gedirdi bilmirdi, ürəyindəki səsi dinləyirdi sadecə.

Bəzən, çox nadir edərdi belə. Amma axşam atası ilə yaşayacağı münaqişə ağlına gəlir, dərhalda bu fikri sovuşdururdu başında. Payızdan sağ çıxa bilməyən sarı, çürümüş yarpaqlar ayaqları altında xışıldayır, bu səs anlatması çətin bir hüzur verirdi ona. Çantasından qulaqcıqlarını çıxardı, telefonda bluetooth açıb, sevdiyi bir mahnını açdı. 'Küsüb getdi' çalmağa başladı qulaqlarında. Xəfifcə təbəssüm etdi, görən anlamazdı bəlkə amma təəssüf dolu idi təbəssümü.

AxtarışWhere stories live. Discover now