2

5 1 0
                                    

Narə eşitdiyi sözlərlə gözlərinin dolduğunu hiss etdi. Bu qədərmi açıq idi hər şey kənardan? İlk baxışda anlaşılırmıydı bütün acıları? Elədirsə illərcə valideynlərinin bu mərhəmətsizliyi niyə idi, insan ağrısını görə-görə sevgisizliklə imtahan edərmiydi övladını?... 

Cihan sözlərinin ağırlığını qızın gözlərindəki hüzünlə fərq etdi. 'Yarasına toxundum, ilk ana deyəndə də pis oldu, yetimdir bəlkə o da.' deyə fikirləşirdi. Aralarındaki qəribə baxışmayı qız çoxdan kəsmişdi, təkrar önünə, qucağındakı pişiyə baxırdı indi. İçindəki kaosa təzad sakincə sığallayırdı balanı. 

"Allah rəhmət eləsin."

Cihanın danışığı ilə əvvəl başa düşmədi nə demək istədiyini Narə. Sonra aydınlandı, ana-atasına rəhmət oxuyurdu. Acı bir təbəssüm qondu üzünə, başını buladı.

"Ölməyiblər ki." 

Bir daha səhv danışdığı anlayan Cihan utandı biraz. Getməli olduğunu düşündü, tam ayağa qalxırdı ki, qızın nəif səsi dayandırdı onu. 

"Ölsəydilər daha az yanardı bəlkə canım. İnsan ölümə alışar, hətta bəlkə xəyali xoşbəxt anlar yaradar zehnində, heç tanımasaydım onları, ölsəydilər, amma özümü onların məni sevdiyinə, yaxşı insanlar olduğuna inandırsaydım. Daha asan olardımı?..."

Bir yabancının başını ağrıdırdı indi, ürəyini boşaltmaq üçün nə yer, nə də zaman doğru idi. Lakin açılmışdı bir dəfə dili. Bəlkə də bu tanımadığı gəncin çox sevdiyi romanlar kimi danışması ona fürsət vermişdi. 

Oğlanın səssiz qaldığını görüb dəvam etdi mırıldandı. 

"Bəlkə də, nə nankör qızdır deyə düşünürsən, şitlik etdiyimi, anam, atam yaşayarkən ölmüş olmalarını istəyəcək qədər qəlbsiz bir insan olduğumu düşünürsən bəlkə." yenə titrəyirdi səsi. Bu gün niyə belə sulugöz olmuşdu ki? "Qəlbsiz deyiləm, amma qəlbimin olduğundan əmin də deyiləm artıq."

"Qəlbin var. Hətta içində olduqca mərhəmət də var." Oğlanın özündən razı səsi Narənin baxışlarını təkrardan üzünə qaldırmasına səbəb oldu. 

"Ailəmin ölməsini istədim bayaq. Mərhəməti olan biri burax bu cür bir cümlə qurmağı, ağlından belə keçirməzdi." 

"Ailənin ölməsini istəmədin ki, əksinə, onları daima yaxşı biri olaraq  xatırlamaq istədin, xatirələrində yaxşı bir insan olaraq yaşasaydılar, amma bu dünyada ölü olmasaydılar sənin üçün. Hətta..." 

Bu  səfər düz gözlərinin içinə baxırdı qızın. Rəngini seçə bilmədiyi badamı gözlərdən çəkmək istəmirdi gözlərini. 

Narə cümləsinin yarımçıq qalması ilə maraqla gözlərini böyütdü. 

" Hətta? "

" Hətta sən onları sevmək istədin. Öldürmək yox, sevmək istədin. Bəlkə də biraz sevilmək." 

Narə eşitdikləri ilə darmadağın olmuşdu. Həqiqətən, necə belə görmüşdü? Özündən daha yaxşı necə hisslərini duymuşdu? Amma bu qədər dəqiq və özündən əmin danışması utandırmışdı da qızı. Sanki bir yadın qarşısında çılpaq qalmışdı. Gözlərindən mi oxumuşdu bu qədər şeyi? 

"Siz..." 

"Həm mərhəmətin olmasaydı o balacanı belə qucaqlamazdın, çoxu kimi bit-birəli olar deyib özündən uzağa atardın." 

İstəmsiz sinəsinə daha da sıxdı balanı. 

"İnsan qıyarmı bu məsuma?"

Qıyardı, lakin bunu demək istəmədi o an. Qızın qarşılığı ilə gülümsəməsini gizlətmək istədi Cihan, başını əydi. 

You've reached the end of published parts.

⏰ Last updated: Nov 05 ⏰

Add this story to your Library to get notified about new parts!

AxtarışWhere stories live. Discover now