Kitabdakı hadisələr xəyal məhsuludur. Heç biri həqiqəti əks etdirmir.ƏKS TƏRƏF
1. Düşmən
"Düşmən" adı altında qarşı-qarşıya qalmaq. Qaydaları, talehləri, gələcəyi əvvəlcədən yazılan iki tərəf və insan. Əks tərəfdə mübarizə apardığı halda bu iki insanı qarşılaşdıran və bütün çizgini pozan o gecə.
Yalnızca iki insanın deyil, hər iki hüdud üçün mübarizə aparan insanların həyatlarını dəyişmək üçün sadəcə və sadəcə ortaq amal kifayət edə bilər.
Bəlkə də sevgi...Ayliz Əfəndi isə bu hüdudların arasında bildiyi gerçəklər üçün mübarizə aparırdı.
Bu mübarizə uğrunda bir çox şeyi itirmişdi. Sahib olduğu ailəsini, keçmişini, gülməyi, əylənməyi və ən əsası sevməyi. Sevgi onun üçün sadəcə duyğu deyildi; ruhunun ən dərinlərinə kök salmış amma sadəcə o dərinliklərdə qalmış bir hiss idi.
Noyabr ayı Bakıda soyuq və sakit keçirdi. Dənizin dalğaları günəşə vida edir və yerini qaranlığa hövalə edirdi.
Hərdən dənizdən gələn sərin külək Aylizin üzünə toxunurdu. İçində yaranan hüzursuzluğdan xilas olmaq üçün dəniz qırağında oturacaqlardan birində oturmuşdu. Ayliz yaranan bu hüzursuzluğun səbəbini bilirdi. Çünki bu gecə onun üçün çox önəmli idi.Verilən missiya olduqca çətin və təhlükəliydi. Hər hansı bir uğursuzluq həm onun üçün, həm də komandası üçün yolun sonu demək idi. Bu gecə üzərinə düşən bir çox vəzifə var idi və bu məsuliyyət onu narahat edirdi.
Telefonuna gələn zəng səsiylə daldığı düşüncələrdən ayrıldı və əlini dəri pencəyinin sağ cibinə atdı. Telefon ekranındakı tanıdığı ad ilə zəngi cavabladı.
"Bəli?" dedi və qarşıdakının cavablamağını gözlədi.
"Biz artıq hazırıq Ayliz. İki saat qalıb sadəcə." dedi Nəzrin. Həyəcanlı olduğu halda sakitliyini qorumağa çalışırdı. "Sən hardasan?"
"Otelin yaxınlığındayam mən. Bəs siz maşınları göndərdiz?" bir yandan da oturduğu oturacaqdan qalxdı və otelə doğru yeriməyə başladı. "Otelə giriş və çıxışlar qorunur. Silah işini nə edəcəyik?"
"Maşınları göndəriblər. Otelin yaxınlığında planlaşdırdığımız kimi köhnə tikililərin həyətində yerləşdirdik. Sənə lokasiyanı atıram." dedi və kompüterin düymələrinin səsi eşidildi. "Silah işinə gəldikdə isə," dərin bir iç çəkdi və davam etdi. "Mən və Murad içəridə olacayıq. Silah işini biz həll edəcəyik. Narahat olma."
Göndərilən lokasiyanın göstərdiyi yeri dəqiqləşdirmək üçün telefonu qulağından endirdi. Nəzrinin göndərdiyi köhnə tikililərin önündə dayandı və telefonu yenidən qulağına götürdü.
ŞİMDİ OKUDUĞUN
ƏKS TƏRƏF
Mystery / Thriller"Düşmən" adı altında qarşı-qarşıya qalmaq. Qaydaları, talehləri, gələcəyi əvvəlcədən yazılan iki tərəf və insan. Əks tərəfdə mübarizə apardığı halda bu iki insanı qarşılaşdıran və bütün çizgini pozan o gecə. Yalnızca iki insanın deyil, hər iki hüdud...