2. Müttəfiq
Nəzrin və Muradı otelin otaqlarından birinə apardılar. Otaq olduqca işıqlı olsa belə, yaranan gərginlik onu boğurdu. Otağın ortasındakı geniş divana əyləşəndə, otağın soyuq divarları sanki onlara baxırdı. Ace onların qarşısındakı divanda əyləşsə də, Timur onların önündə sakit, amma kəskin baxışlarla durmuşdu. Əlində tutduğu susdurucu taxılmış silahı nəzərdən keçirdi.
"Bu silahı oraya neden gizlediğinizi bu odadaki herkes biliyor bence." dedi və davam etdi. "Baya da plan yapmışsınız aslında ama amatörsünüz."
Nəzirin üstünə basa-basa dedi: "Bunu adam öldürdüyü otağa bizi gətirən sən deyirsən?"
Timur və Ace bir-birinə dəhşətlə baxmağa başladı. Hər ikisinin üzündəki ifadə getdikcə daha da sərtləşir, göz bəbəkləri böyüyür, nəfəs alış-verişləri yavaşlayırdı.
"Necə? Axı-" Nəzrin Acein sözünü kəsərək davam etdi. "Peşəkar olduğunuzu düşünürsüz ama deyilsiz. Otağdakı qan qoxusunu keçdim, qapı qulpundakı qanlı barmaq izini belə unutmusuz." ayağını ayağının üstünə atdı və təbəssümlə, "Kimi öldürdüz?" deyə soruşdu.
"Əslində hər şey ortadadır, Nəzrin." deyə Murad söhbətə daxil oldu. "Böyük ehtimalla silahı təmizlik xidməti otağında gizlədən adamımızı tutublar. Silahın yerini öyrəndikdən sonra adamımızı öldürüblər və sırf silahı kimin götürəcəyini görmək üçün gözləyiblər." dedi və divanda yavaşca yerini düzəldib arxasına söykəndi, əllərini birləşdirib barmaqlarını bir-birinə keçirdi. Sükutu pozaraq davam etdi. "Haqlıyam bəylər?"
Timur onların haqlı olduqlarını dərin bir nəfəs alaraq qəbul etdi və başını yüngülcə tərpədib onları təsdiqlədi. Yenilmişlik hissi ilə ağır-ağır divana çökdü və sükutun içində öz düşüncələri ilə baş-başa qaldı.
Qarşısındakı müəmmalı adamın təklifi ilə Ayliz qaşlarını çatdı. İçindəki narahatlıq üzünə yansımışdı. Ətrafdakıların diqqətini çəkməmək üçün sakitliyini qoruyaraq cavab verdi. "Burada nə üçün olduğumu və kim olduğumu bilirsiniz. Bəs mənim sizinlə ortaq yol tapa bilməyim üçün sizi tanımağım vacib deyilmi?" dedi.
Rəqsin sonlanması və Aylizin sualı ilə qarşısındakı adam, "Bəli, vacibdir, amma bunu burada danışmağımız doğru olmaz." dedi və əlini sol cibinə atıb telefonunu çıxardı. Bir müddət telefonunu qurcaladıqdan sonra yenidən cibinə yerləşdirdi və davam etdi. "Buyurun, birlikdə təlaşlanmağınıza səbəb olan hadisə haqqında danışmaq üçün başqa otağa keçək, Ayliz xanım." dedi və Aylizə yol vermək adına bir addım geri çəkildi. Aylizlə zaldan çıxdıqdan sonra liftin önündə durdular.
Yanındakı adam düyməni basdıqdan sonra vaxt sanki dayanmışdı. Ayliz narahatlıqla barmaqlarıyla oynayırdı. Bir neçə dəqiqə sonra uzaqdan səsli bir uğultu səsi eşidildi və lift nəhayət olduqları mərtəbəyə çatdı. Liftin qapısı açıldıqdan sonra bir neçə qonaq üzlərində ifadəsiz baxışlarla çıxarkən, dəhlizdə qəribə bir səssizlik yarandı. Hər ikisi qapıya doğru bir addım atdı və ətrafa nəzər saldıqdan sonra liftə keçdilər. İçəri keçən kimi qapı yavaşca bağlandı və yanındakı adam 5-ci mərtəbəni göstərən düyməni tərəddüdsüz bir toxunuşla basdı. Lift hərəkət etməyə başladıqda Ayliz baxışlarını yanındakı adama çevirdi və soruşdu.
"Hələ də sizi tanımıram. Fərqindəsiz?" dedi. Baxışlarında sual olsa belə səsi olduqca iddialı idi. Yanındakı qadının səsindəki iddiaya qarşı məmnuniyyətlə baxışlarını, solunda duran qadının qəhvəyi gözlərinə çevirdi və, "Sahil Ağayev." dedi.
ŞİMDİ OKUDUĞUN
ƏKS TƏRƏF
غموض / إثارة"Düşmən" adı altında qarşı-qarşıya qalmaq. Qaydaları, talehləri, gələcəyi əvvəlcədən yazılan iki tərəf və insan. Əks tərəfdə mübarizə apardığı halda bu iki insanı qarşılaşdıran və bütün çizgini pozan o gecə. Yalnızca iki insanın deyil, hər iki hüdud...