Sən mənim bitməyən nağıllarımsan
Mən isə göylərdən düşən üç alma
Sən mənim deyilsən,amma varımsan
Mən səni sevmirəm nigaran qalma.Mən sənin yoluna düşən kölgəyəm
Nə qədər yaxınam yenə özgəyəm
Mən axı kiməm ki,küsəm,inciyəm?
Bir quru sevdam var onuda alma
Mən səni sevmirəm nigaran qalma.Deyirsən sevgidir,eşqdir,qəhərdir
Deyirəm sevgisiz ömür hədərdir
Deyirsən bu eşqin sonu kədərdir
Onsuzda bilirəm yadıma salma
Mən səni sevmirəm nigaran qalma.Mən qara nöqtəyəm sən isə nida
Ayrılığ verərmi ruhuma qida
Döy mənim qapımı söylə əlvida
Bir daha qapımın zəngini çalma
Mən səni sevmirəm nigaran qalma.Sən özün xəyalsan,xəyala dalma
Mən səni sevmirəm nigaran qalma