Şeir 4

195 8 1
                                    

Bu sevgidə yerim yoxdur,bilirəm,
Sen söyləmə,mən onsuz da gedirəm.
Xəyalımı oğurlayıb deyirəm:
Xəyalınla göz yaşımı siləcəm.

Qəlbimin fəryadı gözümdən axır,
Doğma baxışların yad kimi baxır.
Gedişin qəlbimə bir qıfıl taxır
Gəlişinlə göz yaşımı siləcəm.

Gedişinlə sevincim də gələcək,
Şəkillərin göz yaşımı içəcək.
Son baxışın mənə ümid verəcək
Ümidinlə göz yaşımı siləcəm.

Titrək əllərimi tutan əlin yox,
Bu soyuq yolları sənsiz keçəcəm.
Ayrılıq da verdiyin dəsmalla yox,
Xatirənlə göz yaşımı siləcəm.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 06, 2015 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

SeirlerHikayelerin yaşadığı yer. Şimdi keşfedin