Şeir 3.

227 13 0
                                    

Sən olan şəhərdən,sən olan kənddən,
Sən olan dünyadan doyub gedirəm.
Hərdən ürəyini ovutmağınçün
Quru xatirələr qoyub gedirəm.

İndidən darıxma,hələ tələsmə,
Bir ömür günlərlə darıxacaqsan.
Pulunu itirən uşaqlar kimi,
Məni bu yollarda axtaracağsan.

Arxamca boylanma yollar boyunca,
Onsuzda ahların ötürür məni.
Ayrılıq məqamı iti addımlar,
Hər addım səsində bitirir məni.

Gedirəm,göz yaşım gözüm yandırır,
Bir xəlvət yer tapıb ağlamağımçün.
Bir nəfəs isdərəm öləndən sonra,
Üzünə qapını bağlamağımçün.

SeirlerHikayelerin yaşadığı yer. Şimdi keşfedin