1.Bölüm

23 4 10
                                    

- Ay qız, çay gətir. Görürsən Vəfa sən qudurtmusan bu qızı, səsləyirəm hayda vermir. Səninlə deyiləm Sevgi harda ölmüsən? " atamın yüksək səslə məni səsləməsini eşidəcək özümü itirdim, qarşımda ki,kitabları balaca rəfimə gizlədərək, qacaraq otaqdan çıxdım
- Hə, ata" yenə qaşları çatılmışdı. Mən yenə nə etdim axı?
- Karsan?" Əlini masaya vuraraq yenə yüksəkdən bağırdı
- Neçə dəfə səsləməliyəm? Anan qurdurdub səni. Çay gətir tez elə." Əvvəl olsa bəlkə gözlərim dolardı, amma indi alışmışam. Anlamadığım tək birşey bu qədər mi, pis övladam? Çarəsiz gözlərlə anama baxdım, gözlərini "sakit ol" deyərmiş kimi açıb yumdu. Yavaş addımlarla mətbəxə keçdim, çay süzərək anamgilin olduğu otağa keçdim
- Vəfa, Mirzədə qızını verdi. Deyirlər oğlan Rusiyada işləyir. İmkanıdırlar.
- Ələsgər, Mirzənin qızı uşaq deyildi mi?
- Ay qız nə uşaq, 10 cu sinifi bitirib." Anam başını buladı
- Onun bu saat parta qarşısında oturan vaxtıdı, necə valideynlər var" atam çayından içə-içə danışdı
- Sən nə danışırsan, düz edir. Yox əşi, oxusun Bakıya getsin pozulsun? Qız ki kəkil çıxardı ver getsin. Qız nədi oxudu nədi?" Gözlərim doldu, o qızın taleyini yaşamaq istəmirəm. Mənim xəyallarım, arzularım var axı. Yanlarından ayrılıb otağımın qapısını açacağım sırada, Atamın səsini eşitdim
- Yaxşı yerdən çıxan kimi, verəcəm Sevgini." Qapının tutacağını sıxdım
- Ay kişi nə danışırsan sən? Sevgi oxuyacaq. Onda daha niyə məşğələlərə pul tökürük??
- Oxuyub nə olacaq e? İş var? Yalandan pul tökəcəyik, həm qız nədi, oxudu nədi. Məşğələ məsələsinə gələndə də, sən elədin, razı deyildim. Mən bilirəm nə etmək lazımdı. Sən qarışma." Qapımı çırparaq otağıma keçdim, çarpayıma uzanaraq, gözlərimdə ki yaşlarımı sərbəst buraxdım, əlimlə ağzımı tutdum səsim çıxmasın deyə..

Qapının açılması ilə, gözlərimi çətinliklə açdım, ağlamaqdan gözlərim yanırdı. Anam yaxınlaşıb, çarpayının üzərində əyləşdi, saçlarımı oxşayaraq sözə başladı
- Gözəl qızım, niyə qaranlıqdasan? Olmaya haransa ağrıyır?" Yerimdə oturaq vəziyyətə gələrək anama möhkəmcə sarıldım, nə səsimə hakim ola bildim nə göz yaşlarıma..
- Nolub balam, niyə ağlayırsan? Bu nə haldı? " anamın səsindən açıq aşkar təlaş duyulurdu
- Nolar Ana mənə kömək elə, atamı fikrindən daşındır. Mənimki bircə arzum oxumaqdır." Yerimdən qalxaraq rəfimə tərəf qacdım, kitablarımı əlimə alaraq
- Ay ana qurban olum, mən müəllim olacam. Nə həvəslə oxuyuram mən bu kitabları, nolar ana qoyma bircə arzum ürəyimdə qalsın. Evlənə bilmərəm, mən özüm uşağam axı.." əlimdə ki, kitablar yerə düşdü, məndə döşəməyə yıxıldım. Başımı qaldırdığımda, anamın yaşları gözündən leysan olub axırdı sanki. Yanıma yaxınlaşdı, saçlarımı oxşadı
- Ağıllı balam, icazə vermərəm arzuların ürəyində qala. Sən oxuyacaqsan, savadlı bir müəllimə olacaqsan. Anan ölməyib sənin, özümün yaşamadığım o gözəl günləri sən yaşayacaqsan. Qalx ayağa" Ayağa duraraq anamı qucaqladım
- Əl üzünü yuyub süfrəyə gəl, gözəl balam" qapıdan çıxmadan, yenidən mənə yaxınlaşdı əyilərək döşəmənin üzərində ki, kitablarımı əlinə aldı
- Sabah hansı dərsdən məşğələn var?" Gülümsədim
- Tarix
- Oxumusan?
- Əlbəttə" alnımdan öpdü
- Savadlı müəlliməm" otaqdan çıxdıq.

Ən böyük dəstəyim, Anam idi. Yenə məni düşdüyüm bataqlıqdan, qaranlıqdan çıxarmışdı. Qonaq otağına keçdiyimdə, atam televizora baxırdı, dilinin altında nəisə danışırdı
- Tfu, köpəyoğlu Mirzə bilməsə etməz də" əlindəki pultunu televizora tərəf tutdu
- Görürsən Vəfa, qızını oxumağa göndərib qoşulub qaçıb. Ona görə deyirəm ee qızı gərək qoymayasan gözünü aça. Nç, nç yazığ kişi verlişə çıxıb fahişə qızını axtarır." Bu kişi bezmirdə camaatın qeyrətini çəkməkdən. Başımı salladım, yeməyimi yeyirdim ki
- Nolub ay qız? Bəyənmirsən sözlərimi? Başını nə buluyursan? Bəyənmirsən cəhənnəm ol otağına.
- Ələsgər, imkan ver uşaq yeməyini yesin" gözümün yaşı yeməyimə düşdü
- Uşaq? Hanı? Bu boyda uşaq olur? İşi gücü yatmaq. Telmanı görürsən, yazığ uşaq Bakıda həm işləyir, həm oxuyur. Əziyyət vermir bizə." Anam oturduğu yerdən əsəblə qalxdı
- Yaxşı sən Allah. Yediyimizi, içdiyimizi zəhər eləmə. Telmana da qurban olum, Sevgiyə də. İkisidə bizim balamızdı." Sakitcə yerimdən qalxdım, qardaşımı çox istəyirdim, yeri gələndə hərşeyi onunla bölüşürdüm. Amma içimdə həmişə düşünmüşəm axı mən niyə sevilmirəm? Bəzən elə günlər olur ki, özümü sorğulayıram niyə doğuldum axı mən? Kaş elə anamın bətnindəykən ölərdim.
- Sevgi otur yeməyini ye qızım" heçnə demədim otağıma keçdim, qapınıda bağladım.

Anamın səsi bura gəlirdi
- Qızı canından bezdirmisən. O sənin qızındı, düşman olma ona. Qocalanda möhtac qalacaqsan axı indi yeməyini zəhər etdiyin uşağa.
- Nə dedim ki? Yemir cəhənnəmə. Ağzımızı aça bilməyəcəm sənin dəymə düşər qızna gör? " əlimlə qulaqlarımı tutdum, bezmişəm artıq, hərşeydən və hərkəsdən.

Qapım döyülürdü, amma o qədər yorğun hiss edirəm ki, özümü nə yerimdə qalxa bildim, nə də ki gözlərimi açdım.

Yuxudan duranda səhər 8 idi. Nə qədər yatmışam, axşam 8 dən bu yana yatıram. Yerimdən qalxdım, otağımın qapısını açıb, çıxdım. Anam durmamışdı yuxudan, əl üzümü yuyub işlərimi həll etdim. Səhərlər yemək yeyə bilmirdim, vaxt itirmədən hazırlaşdım. Saata baxdım 9 a 20 dəqiqə işləmişdi. Birazda evdə qalsam böyük ehtimal gecikəcəkdim, məşğələyə. Ayaqqabılarımı geyinərək, evdən çıxdım, binamınız qarşısında Elmirlə qarşılaşıb ayaq saxladım.
- Sevgi necəsən?
- Yaxşı olasan Elmir
- Məşğələyə gedirsən?
- Aha, səndə?
- Hə, birlikdə gedək" başımı salladım
- Sizin bina digər küçə də deyil? Nə əcəb səhər tezdən burdasan? " Əli ilə sacını düzəltdi
- Bilmirəm ayaqlarım gətirdi bu binaya məni" heçnə demədim. Elmirlə məşğələdən tanış idik, paralel siniflərdə oxuyurduq. Çox danışmamışdıq, yol boyunca. Kursun yanına çatmışdıq
-Sevgi, artıq tarixdə də, eyni qrupdayıq" aa demək Aydan məsələsi düz imiş. Məşğələ də Aydanla Elmirin sevgili olduğu yayılmışdı. Gülümsəyərək cavab verdim
- Lap yaxşı, vaxt itirmədən getsək yaxşı olar." Məşğələnin keçildiyi otağa gəldik. Keçib həmişə oturduğum 3 cü sırada əyləşdim, otağa göz gəzdirdim Aydan da gəlmişdi, öz-özümə gülümsədim və ürəyimdən keçirdim " İndi Elmiri görüb sevinəcək". Gülgün gəlmədiyi vaxtlar tək otururdum, bu gündə gəlməyəcəkdi. Tarix kitabımı açaraq dərsi təkrarlamağa başladım, kitabımın üzərinə düşən kölgəyə gülümsədim, Gülgün gəldi. Başımı qaldırdım, Elmirin kölgəsi imiş.
- Yanın boşdu?" Mənimlə bir partada əyləşəcəkdi? Axı nə qədər boş sıra vardı , həmdə ki Aydanında yanı boş idi. Ən qəribəsi isə, heç Aydan fikir vermirdi Elmirə. Sakit səslə
- Bəli" dedim. Yanımda əyləşdi
- Dərsin adı nədi?" Təəccüblə baxdım
- Öyrənməmisən?" Güldü
- Yox, səbrim çatmır oxumağa" Gülümsədim, qəribə oğlan idi. Müəllim gəldi, hamımız ayağa qalxaraq salam verdik.
- Elmir, bu qrupa keçmə səbəbin nə idi?" Müəllim soruşdu, hərkəs sual dolu nəzərlərlə Elmirə baxırdı. Özündən razı ədası ilə əyləşdiyi yerdən qalxdı
- Dəyişiklik olsun deyə, müəllim. Tez sıxılıram eyni insanları görəndə." Müəllim kinayə ilə gülümsədi.
- Mənim elə iki qrupum var. Bəs burdan da sıxılsan?" Məntiqli sual idi. Mənə baxdı və gülümsədi
- İnanmıram sıxılam" yenidən müəllimə baxdı. Bilmirəm nə səbəbdən, ancaq özümü çox qəribə hiss etdim. Hətta müəllim olmasa burdan çıxıb gedərdim. Kitabıma baxdım. Elmirlə müəllimin söhbətidə yekunlaşmışdı. Mənimsə beynimdə cavabsız suallar dolaşırdı. Bu indi niyə belə etdi? Məcbur idimi mənə baxaraq danışmağa. Beynimdən atmağa çalışırdım düşüncələrimi. Nə vaxt kitabıma baxsam, Ellmirin mənə nəzər yetirdiyi hissinə qapılırdım. Çox səhv edib icazə verdim mənimlə əyləşməsinə. İndi uşaqlar nə düşünəcək haqqımda. Dərsin bitməməsini arzulayan mən, indi gözüm qol saatımda qalmışdı, zaman getmirdi, dayanmışdı sanki.
- Sevgi? Niyə tədirginsən?" Qoluma toxunan əllə irkildim, qaşlarımı çatdım
- Səninləyəm?
- Hı" istəmədən ağzımdan çıxdı
- Deyirəm tədirginsən, bir səbəbi var mı?
- Xeyr." Bacardığım qədər ünsiyyət qurmamağa çalışırdım. Bu günə qədər, heç sinifdə ki, oğlanlarla da bir əyləşməmişdim, belə hiss etməyim bəlkə ondan irəli gəlir. Ancaq hər dəfə başımı kitabdan qaldırdığımda, Elmirin mənə baxdığını hiss edirdim. Nəhayət, məşğələ bitmişdi, otaqdan çıxacağım sırada qolumdan tutaraq kimsə məni yolumdan elədi.
- Hara qaçırsan?" Elmir ? Əsəblə çöndüm, qolumuda çəkdim.
- Qaçmıram, normal olaraq işim var." Nəsə deməsini gözləmədən sürətli addımlarla kursdan çıxdım. Axı özümü niyə narahat hiss edirəm? Sanki pis nəsə etmişəmmiş kimi. Addımlarımı sürətləndirərək, evimizin yolunu tutdum.

Sabahda eyni məşğələdə idik.. 1 ilə yaxın eyni məşğələyə gedirdik, heç bu qədər yaxın olmamışdı mənimlə, salam belə vermirdi. Qaradinməz, qaraqabaq, səssiz biri idi. Sözü bircə Vüsalla tuturdu. Bu gün mənə gülümsəmişdi , məşğələ bitənə qədər baxışlarını üzərimdə his etmişdim. Binamızın qabağında qarşılaşmağımız təsadüf idimi doğurdan da? Bəlkə də..

İlk bölüm gəldii..

Fikirləriniz??🫠

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Nov 12, 2024 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Unudulmaz Yara..Hikayelerin yaşadığı yer. Şimdi keşfedin