İsti və sıxıcı yaya günü.Günəş çoxdan baş qaldırmış saat 12:00'dan keçmişdi.Həmişə ki kimi ətraf mühit öz darıxdırıcı tempi ilə davam edirdi.Maşınların yaratdığı toz torpaq havanın ürəy bulandırıcı istisi ilə sıxıcı ahəng yaradıb baş ağrıdırdı.İçəri şəhərdə kiçik və sıx küçələr arasında bu ürək sıxıcı ahəng elədə hiss olunmurdu.Amma hündürdən asılmış paltarlar yenə də o toz torpağı öz üzərinə hopdurub ev sahibələrini əsəbləşdirirdi.Bu ortamda uşaqlar məhlələrdə qaçışıb oyunlar oynayırdılr və günortaya yaın olduğu üçün saat artıq analar da pəncərədən uşaqları nahara çağırırdılar.Bu qədər səs külü və çılğın məhlədə heç vaxt üzü gülməyən və bayıra nadir hallarda çıxan kiçik qaranlıq və çatlaq şüşəli pəncərəsi olan ortayaşlı qadın yaşayırdı.Əslində o tək yaşamırdı yanında bir qızı və övladlığa götürdüyü oğlu var idi.Bu qadın o qədər özünə qapalı və qaraqabaq idi ki məhləyə nadir hallarda çıxdığı zaman ona salam verməyə çəkinənlər var idi 20 ildir bu məhlədə yaşamasına baxmayaraq onu elədə sıx sıx görməyən qonşular az qala belə bir sakinin olduğunu unutmağa başlayırdılar.Bu qadının adı Sevil idi.O həfətədə və yaxud iki həftədən bir çölə çıxıb Qız qalasının önündə gəzişir göyərçinlərə yem verir və yenidən o boz daxmasına qayıdırdı.Qızı və oğlu isə özü qədər soyuqqanlı və qarabaq olmasaklar da onlar da qəribə bir auraya malik idilər qızı Dilbər və oğlu Rəhman hər ikisi universitet tələbəsi idilər lakin Dilbər çoxdandır universitetə getmədiyinə görə bəlkə də qovulacaqdı.19 yaşlı Dilbərin əslində heç də ürəy açmayan taleyi var idi bəlkə də anasının bu qədər qaşqabaqlı olmasının bir səbəbi də bu idi Dilbər kor idi.Daha doğrusu bir gözü görürdü amma digəri funksiyasını itirmiş vəziyyətdə idi.Sevilindi imkanı çox pis durumda olduğundan o qızını ən yaxşı həkimlərin öhdəsinə verib gözünün görməsinə nail ola bilməmişdi.Bütün bunlara baxmayaraq Dİlbər yenə də şükr edirdi o düşünürdüki 'bəlkədə mən sağ gözümü də sol gözümlə bərabər itirə bilərdim amma bu da taleyin mənə bir oyunudur bir sınaqdır öhdəsindən gəlməyə çalışmalıyam''Sevil qızına işıqlı dünyanı görməyi sağlaya bilmədiyi üçün özünü bağışlaya bilmirdi əslində.Rəhman isə sadə sakit və heç kimlə işi olmayan 1ci kurs tələbəsi idi.Uşaq vaxtı əsl anası onu bu kiçik məhlədəki daxmanın önünə qoyub qaçmışdı Sevil isə qapısının önündəki bu körpəni görəndə nə edəcəyini bilmədən onu içəriyə almış və öz doğma övladıkimi böyütmüşdü.Sevil əslində çox bədbəxt bir qadın çüki o öz sevdiyi şəxsə ərə getsə də bir müddət sonra tərk edilmişdi və bu hadisələri bu acıları tək başına yenə biləcəyini düşünmüşdü amma illər onu çox boz və qaraqabaq üzü təbəssümı həsrət qalan biri etmişdi.
Bu gündə Sevil bəlkədə tək dostu olan quşlara yemək verməyə getmişdi.Qəribə hadisə idi məhllə sakinləri onu 2 gündü çölə çıxmış görürdülər və doğrusu çox da təəccüblənmişdilər.Amma Sevinc sadəcə kefi istəyir deyə bunu etmişdi qıraqdakılar hər nə qədər də təccüblü yanaşsalar belə.Sevilin 47 yaşı olmasına baxmayaraq və baxımsız halda dolaşmasına baxmayaraq o yenə də çox gözəl və incə qadına bənzəyirdi və diqqət çəkirdi.Sevil bir qədər quşları yemlədikdən sonra Dənizkənarı parka getmək qərarına gəldi parkda gəzərkən qara çamadanlı qara kostyumlu bir kişinin ona tərəf yaxınlaşdığını gördü istədi ki o gəlməmiiş uzqlaşsın amma ayaqları elə bil yerə kilidlənmişdi gedə bilmədi.Bu müəmmalı şəxs Sevilə tərəf yaxınlaşdı və salam verməmiş bu cmləni çıxardı qərbə və tünd səs tonu ilə: - Qorxmayın - elə bil bu sözlər Sevili biraz da narahat elədi amma o yenə də gedə bilməmişdi.Bu kişi Sevilə bir qapalı az insan olan kafelərdən birində oturmağı təklif elədi Sevil isə risk etmirdi: - Məndən nə istəyirsiniz?Nəyə görə mənnən danışmaq istəyirsiz? - Kişi eyni səs tonuylıa cavab verdi : - Mən axı dedim qorxmayın biz sadəcə sizin ailəniz barədə söhbət edəciyik bu qədər əsas da böyük qızının haqqda. - Siz mənim qızımı hardan tanıyırsız və ailəm sizi nəyə görə maraqlandırır?! - Mən cə hardasa oturub söhbət eləsək hər şey aydın olacaq - deyə qara kostyumlu kişi cavab verdi.Sevil məvburən məsələnin nə olduğunu öyrənmək üçün kişi illə getməli oldu.
Onlar adi kafelərdən birində oturub bir birlərinə baxdılar.Kişi sükutu pozaraq əlindəki çamadanı zərbə ilə sotlun üstünə qoyub dilləndi: - Baxın bu çamadanda bəlkədə ömrünüzün sonuna qədər yetə biləcək məbləğdə pul var.Və mənim hər şeydən xəbərim var bilirəm ki böyük qızın kordu onun əməliyyata ehtiyacı var bu pulu sənə təklif etməli idim buna məcburam və borcluyam. - Sevil isə heyrət dolu baxışlarla gözlərini yerə zillədi o nə deyəcəyini belə bilmirdi bilmirdiki kişiyəə nə cavab versin nə desin amma 4-5 dəqiqəlik sükutdan sonra dilləndi: - Bir dəqiqə! mən anlaya bilmirəm sən axı kimsən məni hardan tanıyırsan və niyə mənə yardım etmək niyyətindəsən? - Kişi nisbətən ciddiləşmiş səs tonu ilə cavab verdi - Çünki belə lazımdır! Amma bu pulları götürməyə məcbursan olmasan başına çox bəlalar gələ bilər..Və indi mənimlə getməlisən çünki əslində bu pulu sənə bəxş etmək istəyən o şəxslə tanış olmalısan.- Sevil şokda idi yenədə üəriy getmək istəyir lakin beyni qalmaq iqtidarında idi.Amm bu məslənin axrına çıxmalı idi ona görə də o kişi ilə getməyi özümə vacib bildi.Onlar qara parıldayan və bahalı bir maşına oturdular yarım saatlıq yoldan sonra şəhər kənarında tikilmiş gözəl bir malikanənin önündə maşın dayandı.Sevil və qəribə kişi maşından düçdülər Sevil kişinin ardınca addımlayırdı.Onlar malikanənin geniş qapılarından içəri girdilər.Ev o qədər ggeniş və işıqlı idi ki ona ev desən təhqir sayılardı bu ki əsl saray idi.Onlar pilləkənləri qalxıb iş otağının qarşısında dayandılar elə bu zamanh kişi dilləndi : - bax indi sənə pulları göndərən o şəxsin yanına gəldik çatdıq.Sevil həyəcan içində idi elə bil ağlına nələrsə gəlmişdi bu pulla bağlı amma ağlına gələn o fikir gəldiyi kimi də getdi.Onlar otaqdan içəri girəndə Sevil şoka düşmüşdü.Onun əl ayağı titrəməyə başlamış və deyəsən nəfəsi gərilmişdi.Kişi dilləndi: - Bu da pulu sizə göndərməyimi tapşıran Telman bəy.- Telman başını yuxarı qaldırıb dodaqaltı gülümsündü və dedi : - Xoş gəlmisən! -Sevil isə nə cavab verəcəyini bilmirdi axı bu onun keçmiş həyat yoldaşı idi.Sevil udqunub cavab verməy üçün beynində sözlər aramağa başladı: - Sən...sən necə? nə vaxt.. - Sevil cümlələri toplaya bilmirdi onları ağzından çıxarmağa çalışanda qarmaqarışıq bir söz yığını əmələ gəlirdi.Birdən birə Sevil müvazinətini itirdiyini hiss elədi və özünün də xəbəri olmadan huşunu itirdi...
ŞİMDİ OKUDUĞUN
Ümidsiz zülmətlər arasında işıq
RandomBu hekayə işığa ümidi olmayıb,qaranlıqlar arasında ürəyi daşa dönmüş insanlar haqqındadı...