Bölüm 3

39 4 2
                                    

Artıq Sevil və Dİlbər də Telmanla razılığa gəldikdən sonra 1-2 günə evə yerləşdilər.Əslində onlar üzə vurmamağa çalışsalar da çox sevinirdilər Rəhmana da hər şeyi başa saldıqdan sonra oda Telmanı görmək üçün səbirsizlənmişdi.Onlar artıq bu darvazadan ev sahibi kimi içəri girirdilər.Məğrur addımlarla içəri girib Telmanla salamlaşdılar.Telman Rəhmanı görəndə çox qəribə olmuşdu o Rəhmanı qucaqlayıb 'oğlum' deyə göz yaşlarına boğulanda Rəhman da daxil olmaqla hər kəs təəccüblənmişdi sonradan isə Telman özünü toparlamışdı.Bu böyük və geniş evə alışımaq Sevilgil üçün zaman tələb edirdi amma nə qədər də ev böyük olsa isti ailə ortamı meydana gəlməyə başlayırdı.Onlar geniş süfrə arxasında oturub yemık yeyir,söhbət edir,həftəsonları birlikdə gəzməyə gedi,alış verişə çıxır və daha nələr-nələr edirdilər.Əslində Sevil 17 ildən sonra əsl qadın xoşbəxtliyinin nə olduğunu anlamağa başalmışdı elə Sevil və Rəhmanda ata qayğısının necə şirin bir məhfum olduğunu anlamağa başlamışdılar.

Adi günlərdən biri idi hər kəs öz işində xoşbəxt və hüzurlu idi indi məsələ təkcə Dilbərin gözünün sağalması idi.Elə bunnun üçün də Telman Dilbəri həkimə aparmışdı artıq 1 həftəyə əməliyyat vaxtı idi.Dilbər isə əməloyyatdan həddindən artıq çox qorxurdu Telman qızını başa salmağa çalışırdı ki bir neçə müddətlik ağrı sənə işıqlı dünyanı bəxş edəcək üzülmə və qorxma.AMma həkim eyni zamanda yaxşı bir donorun lazım olduğunu da bildirmişdi Telmana.Telman isə hey düşünürdü axı heç kim öz gözündən imtina eləməz o 1 həftə ərzində yaxşı bir donor axtarırdı amma tapmırdı ki tapmırdı.Nəhayət məyus halda evə gəldi.Sevil Telmanın bikef olduğunu görüb soruşdu:

-Nolub Telman?

-Eh Sevil 1 həftəyə Dilbər üçün donor tapmalıyıq amma hələ də ortada heç kim yoxdu heç bilmirəm nə edim çox az vaxtımız var.

-Sən axtar əgər tapmasan nəsə düşünərik..

Əslində Telmanın ağlından keçirdi birşeylər amma hələ ki bunu dilə gətirə bilmirdi.Telman iş otağına keçdi yerini rahatladıqdan sonra qpı döyüldü bu Sevili ilk dəfə Telmanla görüşdürən Telmanın köəmçisi Şükür idi.O içəri keçib Telmana nəsə demək istəyirdi.Telman ondan qabaq dilləndi:

-Nəsə olub Şükür?

-Bəli Telman bəy bugün həyat yoldaşınız gəlmişdi bura.

-Bunu indi deyəllər adama??Birdən Sevil görsəydi nəsə başa düçsəydilər onda nə olacaqdı?

-Mən Nailə xanımı iş yoldaşınız kimi təqdim elədim həm də Nailə xanımın da məsələdən xəbəri olduğu üçün elə də qorxulu bir şey yoxdu məncə

- Çox danışma.Çıxa bilərsən

Telman yemək üçün ailəni başına topladı.Hamı süfrə arxasında idi.Yeməyə başladıqdan bir neçə dəqiqə sonra telefona Telmanın telefonuna zəng gəldi o ayağa qalxıb birazx aralıda danışmağa başladı:

- Hə ata hər şey hazırdı varisin də bizimlədir və gözlərini əməliyyat elətdirəciyik narahat olma atacan, Hər şey qaydasındadıNə ona sənin varisin olduğun demişəm? Əlbəttə ki demişəm narahat olma.

Telman yenidən masa arxasına oturdu və 'işdən zəng gəlmişdi üzrlü sayın' deyib yeməyə davam elədi.Əslində Telman göründüyü qədər xoş qəlbli və yaxşı insan deyildi onun ağlından çox məkrli planlar keçirdiTelmanın qoca atası Telmana qətiyyən etibar eləmirdi ona görədə bütün mirasını tək nəvəsi olan Dilbərə qoyub getmək niyyətində idi bunun üçündə Telmana onu tamamilə sağaltmağınıvə var dövləti ona saxlamasını bildirmişdi əlində bunu təsdiq edən sənədi belə var idi hər şey Dilbərin idi.Lakin bu Telmanı heç də qane etmirdi o düşünürdü ki Dilbəri yanında saxlayıb sonunda bütün mirasa özü yiyələnsin.Amma vay o gündən ki bütün həqiqətləri Sevil öyrənsin hər şey bərbad olacaqdı.Hələ üstəlik Telmanın arvadıda var idi,arvadı Nailəni bir təhər razı salmışdı ki əgər bu plan baş tutsa indikindən qat qat varlı olacaqlar ona görədə Nailə bu oyuna qatlanmaq zorunda idi.Hələ ki xoşbəxt ailə tablosu davam etməkdə idi Sevil də heç bir şeydən şübhələnmirdi və çox rahat idi.

Günlər beləcə keçirdi nəhayət ki Dilbərin əməliyyat günü gəlib çatmışdı.Amma hələ də ortalarda dono yox idi.Telman yenə boynu bükük halda evə gəlib ailəsinə bildirmişdi ki donor yoxdu.Artıq Telman ağlına gələn o fikiri deməyə hazırlaşırdı amma hələ deməyə cəsarət eləməmişdi.Sevil də çox narahat idi.Telman Sevilin yanında oturub dedi:

- Nə edəciyik?..

Sevil susurdu və bilmirdi ki nə desin.Biraz sükutdan sonra Sevil dilləndi:

-Mən gözümü verməyə hazıram..

Sanki cavab Telmanın ürəyindən olmuşdu.Amma biraz rol oynamaq qərarında idi.

-Nə danışırsan Sevil?

-Nə danışdığımı eşitdin.Mən gözümü qızıma verəcəm bu işıqlı dünyada gözüm olan halda nələr gördüm ki?Tək gözlə də yaşaya bilərəm..

-Sevil əminsən?

- Heç olmadığım qədər!

Beləliklə Sevil öz qızına özü donorluq eləmək üçün Telmanla bərabər xəstəxanaya yollandı.Artıq əməliyyat masasına uzanmış və gözündən yaşları sel kimi axıdırdı Sevil.Amma özü özünə təsəlli verirdi ürəyində 'hər şey qızım üçündü,bu göz ona məndən daha çox lazımdı'

Əməliyyat uğurla başa çatmışdı.Sevil bir gözlə yaşamağa məhkum,Dilbər isə iki gözü ilə işıqlı dünyaya salam verməyə hazırlaşırdı.

Ümidsiz zülmətlər arasında işıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin