Sevil huşunu itirmişdi və heç tərpənmirdi.BU vəziyyətdə Telman kreslosundan ayağa qalxaraq Sevillə maraqlanmağa başladı nəhayət bir neçə dəqiqədən sonra Sevil özünə gəlməyə başladı.Və Telmanı görüb yenə də heyrətlənməyə başlamışdı onun ağzından sadəcə bir kəlmə çıxmışdı:
- Bu qədər vaxtı harda idin?!
Telman nə deyəcəyini bilmədi sanki cavab verməkdən utandı boyununu büküb durdu.Sevil isə qəityyətlə cavab tələb edən baxışlarını Telmana zilləmişdi.Telman nəhayət bir neçə dəqiqəlik sükutdan sonra Sevilə cavab verdi:
- Sevil bilirəm illər öncə çox böyük səhvlər eləmişəm indi nə desəm də özümü haqlı çıxazra bilmərəm amma mən sadəcə bir ata olaraq özümü vicdan əzbındn qovrulanda məsuliyyəti hiss elədim..Və qızımıza kömək etmək istədim.SƏn bu pulları qəbul eləsən məni çox şad etmiş olacaqsan.. - Sevil qaşlarını çatıb fikrə getdi və cavab verdi :
- Başa dşüə bilmirəm az qala 17-18 ildi bizi atıb getmisən indi hansı məsuliyyətdən danışırsan sənin bunu deməyə bu pulları göndərməyə necə üzün gəlir?Mən bunları qəbul etmək niyyətində deyiləm! - Telman israrcı baxışlarla dedi :
- BAx Sevil yalvarıram hər şey qızım üçündü lap onu yanımda saxlayaram hamımız birlikdə yaşayarıq xoşbəxt olarıq amma qızım sağalsın.Sizi atmaqla həyatımın səhvini etmişəm mən.Amma indi yenidən birləşmək üçün hər bir şəraitimiz də var xahiş edirəm Sevil yaxşı yaxşı düşün hər şey qızımız üçündü onun taleyini azca da olsa düşünürsənsə qəbul et bu təklifimi..Sevil düşünəndə bunun heç də pis fikir olmadığını sezmişdi amma yenə də qüruruna sığışdıra bilmirdi Telmanla bir evdə həm də bu cür malikanədə yaşamağı.Amma evə gedib uşaqlarına bu barədə danışacaqdı və mütləq bir qərara gələcəkdilər.Sevil heç nə demədən qapıya doğru irəlilədi.Telman isə o getmədən qapının önün kəsib kartını ona uzatdı :
-Sevil yalvarıram sənə qəbul elə bu təklifimi və nəyəsə ehtiyacın olsa mənə zəng elə..
Sevil kartı alıb heç nə demədən yola düşdü.Evə gəlib çatan Sevilin susqunluğu davam edirdi heç bilmirdi ki qızına nə desin.Axı bu çox gülməlidir illər öncə arvad uşağını atıb gedən ata 17 ildən sonra meyadana çıxır və kor qızına kömək eləmək istəyir üstəlik yenidən başlamağı təklif edir.Bütün bunlar çox müəmmalı gəlirdi Sevilə amma Sevil də anlamağa başlayırdı ki bu uçuq daxmada yaşamaqla heç nəyə nail ola bilməyəcəklər.Sevil şam yeməyində qızına hər şeyi danışmağı qərara aldı.KAsıb süfə arxasına yığışan kiçik ailə..Sükut və birdən Sevil dilləndi:
- Qızım səninlə bir mövzuda danışmalıyıq - Dilbər cavab verdi : - Buyur ana nə barədə? - Qızım atan... - Sevil davam edə bilmirdi cümlələr onun dilinə ağırlıq edirdi..
Dilbər artıq bu durumdan narahat olmağa başladı : - Ana deyəcəksən nə olduğunu atam nə?!
- Sevil udqunub davam etməyə çalışdı: - Qızım atan səni müalicə olunmağın üçün kömək eləmək istəyir...- Dilbər nifrtələ:
- Ana sən bu sözləri necə mənə deyə bilirsən?Hansı ata o ata ki hansı ki bizi illərdi atıb gedib?! Ondan mənə danışma köməyi də başına dəysin!
- Bax Dİlbər hər şey sənin üçündür anla! O bizi atıb getməyin nə dərəcədə səhv olduğunu da dilə gətirdi və gözlərindən oxudum ki peşmandı.Özünü düşün qızım işıqlı dünyaya daha aydın baxa biləcəksən bundan gözəl nə ola bilər ki?
-Ana bu axmaq cümlələrlə mənim beynimi yeyə biməyəcəksən.Sürünsəm də onun köməyini qəbul etməyəcəyəm!
-Bu qədər iddialı danışma və səsini aşağı sal! Qarşındakı anandı atanın köməyinin qəbul edəcəksən!Etməməkdən başqa əlacın var guya? Qəlbini qırmaq istəmirəm get içəri!
ŞİMDİ OKUDUĞUN
Ümidsiz zülmətlər arasında işıq
Ngẫu nhiênBu hekayə işığa ümidi olmayıb,qaranlıqlar arasında ürəyi daşa dönmüş insanlar haqqındadı...