Başlanğıc.

535 53 19
                                    

1.Gün, ilk ölüm; 18 fevral, saat 21:47

Anasının səbirsizliklə evdən çıxmasını gözləyən Teymurun ağlında evdə əyləncə düzəltmək var idi. Gecə-gündüz işləyən anasının aldığı yeni soyuducunun pulunu ödəmək üçün yataq otağındaki çəkməcədə gizlətdiyi çoxlu məbləğdə pulu içki almaq və rəqqasə qızlara vermək fikrində idi. O, çoxdan zəng edib üç gənc rəqqasə ilə danışmışdı və pullarının yarısını əvvəldən ödəmişdi. İçkiləri isə anası evdən kifayət qədər uzaqlaşdıqdan sonra almağı planlaşdırırdı. Pilləkəndə oturub bir neçə saat sonraki əyləncəni düşünür və gülümsəyirdi;

- Səhər müdürünün dediyi formanın pulunu stolun üzərinə qoyacam. Yadından çıxmasın.

- Yaxşı, ana, uşaq deyiləm. Sən, get.

Sumkasından maşının açarlarını axtararkən bir yandan da pilləkənləri enməyə çalışan anasını tələsdirməyə davam edirdi:

- İşə gecikəcəksən.

- Sən nə vaxtdan mənim işim ilə maraqlanırsan?

- Sənin yaxşılığın üçün deyirəm, işdən qovulmaq istəməzsən.

- Mənə görə narahat olma.

Gülümsəyərək qapıdan çıxdı. Teymur cəld bir hərəkətlə pilləkəndən düşüb pencərəyə yaxınlaşdı. Pərdəni çəkib anasının getdiyindən əmin olmaq üçün ətrafa baxdı. Maşın kifayət qədər uzaqlaşmışdı və içki almaq üçün əla fürsət idi.

Pilləkənlərlə yuxarı, anasının yataq otağına qalxdı. Qapını açıb əvvəlcə içəriyə göz gəzdirdi. Daha sonra yatağın yanındaki lampa qoyulan çəkməcəyə yaxınlaşdı və ilk gözünü açdı. Saralmış və qırışmış zərfi açıb içindən kifayət qədər pul götürdü. Hə, bu soyuducunun pulu idi. Amma Teymuru içkidən və bir saat sonraki əyləncədən başqa heçnə maraqlandırmırdı.

Pulu cibinə qoyub aşağı endi. Əlini çöl qapının dəstəyinə uzadarkən mətbəxdən səs gəldiyini eşitdi. Bir anlıq içinə qorxu çökdü. Anasının geri döndüyünü sanmışdı və əmin olmaq üçün pencərədən çölə təkrar baxdı. Lakin maşın yerində deyildi. Başının içindəki sual işarəsi ilə mətbəx qapısına  doğru addımladı. Bu səhnə Teymura qorxu filmlərini xatırladırdı, lakin o, belə şeylərə yalnız gülüb keçərdi.
Qapının qulaq deşən qıcırtısını bitdikdən sonra içəri girdi. Ətrafa göz gəzdirdi, amma mətbəx boş idi. Ta ki xırıltı səsi eşidilənə qədər. Masanın arxasından xırıldayarak qara rəngli bir pişik çıxdı. Stolun ayaqlarına sürtünərək Teymurun yanına yaxınlaşdı. Teymur ayağı ilə onu itələyib arxa qapıdan çıxartmağa çalışdı. Pişiyin inatçılığını görən Teymur onu əlinə alıb qapıdan çölə buraxdı, amma pişik qapının ağzında dayanıb xırıldamağa davam edirdi. Fikir verməyib arxasını çöndü və məntəbəxdən çıxmaq istədi. Lakin onu dayandıran yerdəki bıçaq idi. Aşağı əyilib bıçağa baxdı, əlinə alıb yoxladı. Səsi belə eşidilmədən bıçağın yerə düşməsi qəribə idi. Ayağa qalxıb bıçağı yenidən masanın üzərinə qoydu. Son dəfə mətbəxə göz gəzdirdi, amma şüşə qapının arxasındaki qara pişikdən başqa heç kim yox idi. Ta ki arxaya çevrilənə qədər. Teymur arxasında dayanan şəxsi tanıya bilməmişdi, amma bildiyi tək şey sinəsindən qan gəlməsi idi. Başını qaldırıb adama baxdıqda sinəsində yeni bir ağrı daha hiss elədi. Bıçaq yenidən ona batırılmışdı. Teymura iki bıçaq zərbəsi endirən adam bu hərəkəti beş dəfə təkrarladı. Nəhayət Teymur qanlar içində mətbəxdə yerə yıxılmışdı. Həyatının son dəqiqələrini yaşayan bu gənc onu bıçaqlayan adama yenə də baxdı. Gülümsəyərək çürük dişlərini nümayiş etdirən adam Teymurun gördüyü son şey idi.

ƏtÇəkən.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin