Aysu. İkinci Qətl.

285 30 10
                                    

Ofisdə sabahlayan Aleynanı qapının səsi oyandırdı. İçəri girən Rzayev idi. Onu görən kimi Aleyna cəld başını masadan qaldırıb saçları düzətdi.

- Gecə burada qalmısan?

- Hə, dünənki hadisəyə görə.

- Çox düşünürsən. Bir az daha rahat ol.

Bu hər zaman belə idi. Aleyna özünü işə verib, hər saniyə düşünərkən Rzayev bunları daha rahat və təhkimlə edirdi.

- Divardaki şəkil dünənki qurbanındı?

- Hə, adı...

- Teymur.

- Görünür bu barədə məndən daha çox işləyirsən.

- Ofisdə yatmağa ehtiyac yoxdu, bunu evdə isti qəhvə içərək də edə bilərəm.

Qarşılıqlı gülümsədilər. Rzayev yenə öz işini tam peşəkarlıqla görmüşdü və bu sözləri qürurla deyirdi:

- Qatil tapılıb.

- Nə? Doğurdan?

- Hə, səhər gəldi bu xəbər. Mən də gəldim ki, səninlə cinayətkarın evinə gedək.

- Qatil kimdir?

- Qonşuları. Yaşlı lal bir kişi.

- Hardan bildiniz ki qatil odur?

- Evindən qanlı parçalar və Teymurun telefonu tapıldı.

Aleynanın içini şübhə bürümüşdü. Bircə barmaq izi belə buraxmayan birinin qanlı əşyaları evində saxlaması qəribə idi. Onun evinə gedib hər şeyi öz gözləri ilə görmək üçün səbirsiz idi.

* * *

Rzayevin jeep'i ilə qatilin evinə gəlmişdilər. İlk Aleyna maşından düşərək cəld addımlarla qapıya yaxınlaşdı. Burada iki polis dayanmışdı. Rzayev də jeep'ini kilitləyib Aleynanın arxası ilə getdi. Polislərə heç bir vəsiqə göstərmək lazım deyildi, bu ikisini hamı tanıyırdı.

Qapını açıb içəri girdikdə ilk iş bəyaz əlcəklərdən geyindi. Qapının sağ tərəfində açılmış iri güzgüyə baxdı. Qan izləri Aleynanın öz əksini görməsini əngəlləyirdi. Sanki barmaqları ilə aynanın üzərində çizgilər çəkmişdi. Aleyna əli ilə qan izlərinə toxunmaq istərkən Rzayevin səsi gəldi. Arxasını çönüb baxdığında əlində qanlı bıçaqla gülümsəyirdi. Bu qatilin cinayəti törətdiyi bıçaq idi.

- Gördün, Aleyna, qatil tapıldı. Şam yeməyi sözünü unutmamısan, hə?

- Yox, yox, əlbətdə ağlımdadır. Söz sözdür.

* * *

Aleyna və Rzayev şəhərin gözəl restoranlarının birində əyləşmişdilər. Rzayevin bu anı iplə çəkdiyi indiki həyəcanından bəlli idi. Aylar, hətta illərdir birlikdə cinayətlərin üzərini açdığı iş yoldaşını ilk dəfədir bu qədər gözəl libasda və makiyajla görürdü. Aleyna nadir hallarda bu tərz geyimlər üstünlük verirdi. Topuğa qədər uzanan qara ətək, ağ "v" yaxa köynəklə birləşib sanki bütün bir libas əmələ gətirmişdi. Saçlarını dalğalandırıb makiyajla uyğunlaşdırmışdı. Bir sözlə desək o, sadəcə mükəmməl görünürdü. Rzayevin gözlərini bir saniyə belə ondan çəkməməsi təbii hall idi.
Sifariş verdikləri yeməklər gələnə qədər Rzayev fürsətdən istifadə edib Aleyna ilə maraqlı bir söhbət başlatdı:

- Səni bu cür makiyaj və geyimlə görməyə öyrəşməmişəm, inanılmazsan.

Aleyna onun bu sözünə qarşılıq yalnız gülümsəməklə kifayətlənmişdi.

ƏtÇəkən.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin