Üçüncü qətl.(Gərəksiz Can)

205 21 8
                                    

Siqareti alışdırıb dodaqlarının arasına qoydu. Nə isə axtarırmış kimi qurdalanarkən özgə bir səs eşitdi:
- O siqaretdən birini də mənə ver.
Gözünün ucu ilə alaqaranlıqdaki bu eybəcər şəxsə baxdı. Tək qaşını qaldırıb "bu nə curətdir?" baxışlarını onun gözlərinə zillədi.
- Pulum yoxdur almağa, sən məmur oğluna oxşayırsan.- dedi. Qarşılığında yüksək bir qəhqəhə ilə qarşılaşdı. Dodağında siqaret olan oğlan onu barmaqları arasına alıb əlini əlinə vuraraq güldü. Səs bütün bu boş və kimsəsiz görünən küçə boyu əks səda verdi. Birdən ciddiləşib sağ əlini şalvarının cibinə salaraq siqaretini tüstülətməyə davam etdi.  Gözünün ucu ilə naməlum şəxsi beynində analiz etməyə başladı; Arıq, lakin balacaboy. İncə və uzun əlcəkli barmaqlar, böyük kapüşon və onun altında demək olar ki, görünməyən eybəcər üz. Onun içindən bu eybəcəri yerə sərmək gəlirdi, amma gecənin bu saatdı insanları oyatmaq istəmirdi. Yox, əslində bu yalandır. Bu cavan ağ yalanın altına sığınmışdı. O, sadəcə qorxurdu. Özündən əmin bir idmançıda belə tükürpədici hisslər yaradardı bu şəxs. Telefonunu çıxarıb onu bayaqdandır bu soyuqda gözlədən sevgilisinə zəng etdi. Telefon bir neçə dəfə çaldı, lakin cavab verən yoxdu. Dodağının kənarında mızıldanıb siqaretinin tüstüsünü yenə ciyərlərinə çəkdi. İllərdir yaşıl rəngi göstərən işıqfora baxıb dumanı ağzından havaya üflədi. Yenə o boğunuq və hansı cinsin nümayəndəsinə məxsus olduğu bilinməyən səsi eşitdi:
- Sevgilini gözləyirsən?
Eşitməməzliyə vurub siqaretini eyni ahənglə ciyərlərinə çəkib üfləməyə davam etdi.
- Bayaq pencərədən tullanmağa çalışan bir qız gördüm. Bax, o çəpərin arxasında- barmağını nar ağacları çoxluq təşkil edən qırmızı çəpərli evə tərəf tuşladı.- Əsmər bənizli gözəl və cazibədar bir qız idi. Yaxşı bədəni də var idi. Lap ağzımın suyu axdı.
Bu sözlər gəncin beyninə tikan kimi batdı ki, siqareti əlindən yerə tullayıb bu məchul şəxsin üzərinə şığıdı. Ona zərbə endirmək istəyəkən mədəsindən ayaqqabılarına damcılayan qanı fərq etdi. Bıçaq iki dəfə mədəsinə girib çıxmışdı. Dözülməz göynəmədən çığırıb əli ilə yaradan yapışdı və sıxdı. Bu ona daha çox acı verirdi. Heyif ki, qarşısındaki adamın yeganə zərbəsi bu deyildi. Qara əlcəkli əlini deşilən mədəsindən içəri soxub qurdalandı. Gəncin səsi bəzi evlərdə işıqların yanmasına səbəb olmuşdu. Naməlum şəxs bunu fərq etdi ki, sərt bir şəxildə əlini oğlanın mədəsindən çıxarıb həyət evlərinin çəpərləri arasından qaçdı və yolun o biri tərəfinə çıxdı. Gənc isə yerə yıxılıb həm hönkürür həm də qışqırırdı:
- Lənət...lənət olsun...Bu...burada...he..he..heç...kim yaşa...yaşamır?
Bu onun dediyi son kəlmələr idi. Çünkü bu ciddi qanaxmadan sonra yaşaması onsuz da mümkün deyildi. Əvvəl dizləri üzərinə sonra isə bütünlüklə səkiyə yıxıldı. Ağzından axan tünd qırmızı qan isə onun gördüyü son şey idi.
* * *
Aleyna kütləni yararaq cəsədə tərəf şığıdı. Ətrafdaki polislər əvvəl onu tanımasalar da, aralarından birinin "Bizimkidir" deməsindən sonra agah oldular. Aleyna ətəyini qaldırıb çətinliklə torpağın üzərində sabit dayanmağa çalışdı. Axı bu hündür topuqlularla gəzmək əsl bacarıq tələb edirdi. Əyilib ağ örtünü qaldırdı və siması tanınmaz hala salınan cəsədi süzdü. Gözlərini çəkmədən yanında dayanan polisdən alçaq səslə:
- Şübhəli var?- deyə soruşdu. Kəmərindən yapışaraq polis başını buladı. Aleyna ətrafdaki insanları sorğu -suala tutarkən Rzayev çəpərin arxasında qatilin qaça biləcəyi yolları araşdırırdı. Onun belə bir ehtimalı var idi ki, qatil qurbanın işini bitirdikdən sonra çəpərin nisbətən alçaq olan hissəsi hansı ki, sınıq idi- oradan tullanaraq qaçıb. Rzayev özü də çəpəri tullanıb qonşu evin hasarı ilə qarşı-qarşıya dayandı. Buradan hər iki tərəfə- sağa və sola qaçmaq mümkün idi. Sağ tərəf digər bir evin çəpərinə çıxırdı, sol tərəf isə asfalta. Rzayev vaxt itirmədən iti addımlarla asfalt yola çıxdı. Burada gecənin bu vaxtı maşına rast gəlmək demək olar ki, mümkün deyildi. Ağaclar sıx olan tərəfdə bir qrup gəncin gülüş səsləri sərxoş olduqlarına işarə edirdi. Rzayev onlara yaxınlaşıb vaxt itirmək yerinə asfalt yolun ortasından avtobus dayanacağına tərəf boylandı. Bu dəfə ağlındaki bütün ehtimallar tükənmişdi. Hec cürə hara qaça biləcəyi barədə fərziyələr uydura bilmirdi.
Çox çəkməmişdi ki, jurnalistlər evin ətrafında toplaşmışdı. Aleyna izdihamı gərginləşdirən jurnalistlərin səslərindən əsəbləşərək polislərdən ikisinə onları uzaqlaşdırmasını tapşırdı. Özü də telefonunu çıxarıb Rzayevə zəng edərək nələr tapdığını, cinayətkarın qaça biləcəyi yolları soruşdu. Cavabında Rzayev məyusluqla çox da bir şey əldə edə bilmədiyini, başqa yollar axtarmağa çalışacağını bildirdi.

Ofisə çatanda ikisi də bütün bir günün məhv olmasının məyusluğunu yaşayırdılar. Rzayev çox gərəksiz bir zamanda yaşanan cinayətlərə hər zaman biganə yanaşardı. Məsələn, ad günündə, Yeni il bayramında və indi də iş yoldaşı ilə görüşdə. Bu cinayəti törədən qatilə nifrəti də birə beş artmışdı, amma bunu Aleynaya bildirmirdi. İş yerində əməkdaşların bir-biri ilə dostluqdan kənar münasibət yaşamaqları yasaq idi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Feb 07, 2016 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

ƏtÇəkən.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin