-2-

147 12 0
                                    

Bəzən sadəcə yazmağa ehtiyacın olar. Kiməsə ve ya nəyəsə yox. Bir musiqi səni başqa dünyalara aparar. Hərdən düşünər insan: "Yaşadığım dünyaya aidəm mən?" Hər kəs bu suala fərqli cavab vərə bilər. Kimisi keçmişdə buraxdığı zamanın, insanının yanında qalıb,kimisi isə gələcəkdə onu gözləyən xoş hadisələrin, gözəl şeylerin yanına çatmaq üçün tələsir. Ancaq heç kəs bu günün sonuncu gün olduğunu, bu tarixin, ayın birdə əsla təkrarlanmayacağını ağlına gətirmir. Yėnidən 21 avqust olmayacaq.... Bu günümüz dünənimizin gələcəyi idi halbuki.

Hər yaşda yėni bir şey dərk edirik..Uşaq ikən böyüməyi düşünərik məsələn. Böyüsək də makyaj etsək, işə getsək və s. Yaşımızı gizlədərdik. Kim soruşsab"8yaşım var, amma 9-un içindəyəm dəyərdik. Uşaqliq bizi utandirardi. Şeirdə deyildiyi kimi "Yaşımı deməyə men utanardim,özümdən böyü xoşbəxt sanardım" Ancaq boyüdük ve bunu başa düşdük: "Indi böyüklərə deyil nədənsə bes, Qibtə ile baxiram men kiçiklərə"  (B .Vahabzade)

Bəzileri ulduzlara, buludlara baxaraq onları nəyəsə bənzədərlər. Ulduzların bir hekayəsi varmış. Hər kəsin bir ulduzu var,nə qədər ki, insan yaşayır, ulduz da insanla birge yaşarmış, onun arzularını özündə saxlarmış. Bəziləri buna inanib,gecələr ulduza baxib, arzu tutar. Insan nə qeder böyüse de uşaqlıq xatirelərinə döndükde yene eyni yaşda olur.
Zaman hər şeyi insanlara öyrədir, lakin cox vaxt gecikir.
Uşaq ikən, nələrin qədrini bilmədiyini, nəyin səni  xoşbəxt etdiyini indi anliyirsan. Amma artıq gec olur.  Qirdiğın oyuncaqlar geri gəlmir, üzdüyün insanlar da. Xoşbəxtliyi insanlar daim başqalarında, başqa yerdə axtarırlar. Lakin əsl xoşbəxtlik özümüzü yaxşı hiss etdiyimiz yer və bizə bu xoşbəxtliyi yaşadan insanlardı...

Düşüncələrimə toxun.Wo Geschichten leben. Entdecke jetzt