Remember / 기억해

242 23 33
                                    

Noyabr ayının son günləri idi. Ağacaların saralmış yarpaqları yağışın soyuq damlalarında parlayırdı sanki. Və boş baxışlarıyla otağındakı böyük pəncərənin önündə dayanıb bu mənzərəni izləyirdi gənc bir qız. Yağış yağdığında içində yaranan duyğuları sevirdi. Bu duyğular hələ də bu dünyada mövcud olduğunu söyləyirdi ona. Beləcə, kədərlə birlikdə ağırlıq hissi ürəyini sıxır, içinə anlamadığı bir ağrı salırdı. Halbuki, o ağrıları və kədəri çoxdan özündən uzaqlaşdırdığını düşünürdü. Bəlkədə hələ də, az da olsa nələrsə qalmışdı içində...
Artıq beş ay ya da daha çox vaxt keçirdi, yaşanan o qorxunc qəzanın və bu bəyaz divarları olan xəstəxanada tanımadığı insanlarla yaşamağa başladığı günün üzərindən. Niyə burada olduğunu bilirdi; psixoloji problemləri vardı və xalası xəstəxanada qalmasının daha düzgün olduğunu söyləmişdi ona. Onsuz onun üçün harada olmasının bir fərqi yox idi. Hər gününü bu bəyaz rəngli otaqda keçirmək o qədərdə pis deyildi həm..
Amma bir gün o qədər vaxtdan sonra ilk dəfə bayaqdan bəri pəncərənin ardından izlədiyi yağışın və soyuğun necə hiss etdirdiyini anlamaq istədi. Və içində yaranan istəyə qarşı çıxmayaraq qapıya tərəf irəliləyib qapını açdığında insanların baxışlarına fikir vermədən xəstəxananın arxasına tərəf irəlilədi. Böyük qapıya yaxınlaşdığındaysa, içindəki cəsarətini toplayıb qapıdan eşiyə addım atdı. Amma yağış damlalarının sərt toxunuşlarla üzünə vurmasıyla diksinib bir neçə addım gerilədi. Lakin qəribədir ki, o damlalar içindəki küllərin arasında unutduğu sevinc duyğusunun qırıntılarını canlandırmışdı ondan icazəsiz.. O ki, aylardır; ailəsinin dəfnindən sonra kimsəylə tək bir kəlimə danışmağa cəhd etməmiş, hər şeydən təcrid olunmuş bir şəkildə yaşamağı seçmişdi. Amma indi yağışla gələn bu həyəcanın səbəbini sorğu-sual etmək istədi. Bu qədər vaxtdan sonra ilk dəfə yağışın və soyuğun necə hiss etdirdiyini anlamaq istəmə səbəbini isə heç düşünməmişdi. Lakin o, qorxub geri çəkilmədi; əksinə səsiz addımlarla yağışın altında islanmağına baxmayaraq, eləcə irəliləməyə başladı. Üzərindəki nazik köynəyi yağış damlalarının altında islanıb bədəninə yapışmış, bu isə daha da titrəməsinə səbəb olmuşdu. Ancaq o, buna fikir verməyərək qarşıdakı ağaca yaxınlaşdığında, üzündə yaranan buruq gülümsəməylə qollarını iki yana açıb baxışlarını qaralmış göy üzünə çevirdi. Beləcə yağışın içindəki qaranlığı və kədəri yuyacağını düşünmüşdü, bəlkədə. Amma o an yağış damlalarıyla birlikdə gözlərindən axan isti damlalar təəccüblənməsinə səbəb olmuşdu. Axı, o, ağlamağı belə unutmuş biriydi. Buna baxmayaraq göz yaşlarına yoldaş olan istəmədən dodaqlarından çıxan hıçqırıqla qollarını yanına salıb, başını əydiyində, aylar əvvəl qəzada itirdiyi ata-anasının indi yanında olmasını istədi. Anasının ətrinin iyini təkrar duymaq, onun qollarında təkrar gülümsəmək, bəlkədə yaşadığını hiss etmək istədi. Amma bu mümkünsüzdü və yenə ona qalan sadəcə boşluq hissi olmuşdu. Elə o an
"Göz yaşlarının nəyisə dəyişəcək gücü yoxdur! Qəlbində gizli olan yalnızlığı və kədəri yuyacaq gücü olmadığı kimi! O zaman ağlamağının nə mənası var ki?!"
Duyduğu bu sözlərlə, gözlərindəki yaşları silmədən arxasına döndü. Çiskin yağışın altında ikisi də islanarkən, önündə dayanan gənc, sadəcə, soyuq baxışlarını ona dikmiş, parlayan gözlərlə ona baxır, elə bil onu anlamağa çalışırdı, sanki. Gecənin qaranlığı kimi qara saçları isə yağış damlalarının altında parlayırmış kimi görünmüşdü qıza o an. Və təxmininə görə, 182, bəlkədə 184 boylarındakı, bu oğlanın üzərindəki yağışdan islanmış köynəyinə, daha sonra su damlayan qara saçlarına baxdı. O da, onun kimi yağışda çətirsiz gəzməyi seçmiş olmalı deyə, düşündüyündə, sual dolu baxışları gəncin  üzərində gəzdi. Amma oğlanın "Mənə elə baxma!" deyib, sərt bir şəkildə mırıldanmasıyla, baxışlarını cəld ondan çəkməli olan qız, arxasını döndü. Onun kim olduğu, ya da dediyi sözlər qətiyyən onu maraqladırmamalıydı. Ölü kimi yaşayan biri (əgər buna yaşamaq deyilirdisə) heç nə ilə maraqlanmazdı.
"Hey! Biri səninlə danışanda arxanı dönüb, getməyin yaxşı bir hərəkət olmadığını sənə öyrətməyiblər, deyəsən?!" Sol yanında duyduğu səslə çaşmış baxışlarını oğlana çevirdi yenidən. Niyə onun arxasınca gəlirdi ki, anlamadı. Və o an gənc ani bir hərəkətlə onun qarşısına keçib durmasına səbəb oldu.
"Yalnız olduğunu düşünürsən, amma yalnız olmadığını bilmirsən ki!" -dedi və balaca bir gülümsəmə üzündə yerini aldı. Qız bir neçə addım gerilədiyində, baxışları heyranlıqla onun qıyılıb, aypara forması alan gözlərinə və üzündəki insanın içini rahatladan gülümsəməsinə baxırdı.. Təbəssüm bir tək onun üçünmü yaradılmışdı?! Ölü kimi yaşadığı günlərin, ayların ardından ilk dəfə onun gülümsəmsiylə içində qəribə bir şeylər hiss etmişdi, o.
Oğlan isə gülümsəməsini gizlətmədən arxasını döndüyündə, "Təkrar görüşdüyümüzdə, ağlamağını istəmirəm.." - deyib, bir neçə metr irəlisi qaranlıq sayıla biləcək yolda yağış damlalarına fikir vermədən irəliləyib gözdən itdisə də qız hələ də onun təbəssümünə baxırdı. Qaranlıqsa çoxdan gənci öz ağuşuna alıb, özünə gizlədirmiş kimi görünməz etmişdi. Və o, dəqiqələr beləcə, bir-birini qovalayarkən nə qədər olduğunu bilməsə də, uzun sayıla biləcək qədər onun getdiyi yola baxdı gənc qız. Tam olaraq ona nə olurdu.. bunu isə anlamırdı. Ən qəribə olan isə, oğlanın sözləri idi əslində. Tanımadığı birini görmək istəyəcəyini necə düşünmüşdüsə?!
Üzündə yaranan buruq bir gülümsəməylə başını əyib geri dönmək üçün oğlanın getdiyi yönə əks istiqamətdə irəliləməyə başladığında uzun bir müddət deyil, sadəcə, bir neçə dəqiqə daha onun təbəssümünü xatırlayacaq və ardından unudacaqdı.. hər şeyi!

You've reached the end of published parts.

⏰ Last updated: Sep 19, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Remember / 기억해 {#Watty_aze2015} / One shotWhere stories live. Discover now