Adsız Bölüm 13

1.8K 184 4
                                    

addımlarım boşluğa gedirdi sanki..yeriməyi yenicə öyrənməyə başlayan uşaq kimi idi qaçışım. qeyri sabit, sağa sola burxularaq. əllərimi irəliyə uzadıb önümdəki əngəlləri hiss etməyə çalışırdım. göz bəbəklərimi daha iri açmağa çalışaraq,az da olsun bir görüntü tutmağa çalışırdım.

Hardayam ?

Hara doğru getməliyəm?

Qəflətən dəyib  arxaya doğru səndələyərək yerə yapışdığım şey hər nə idisə divar deyildi.  Ətrafa yayılan zincir səsi bunu sübut edirdi. Qapı idi bəlkə ? Ayağa qalxdım , yenidən əllərimi irəli uzadıb yoxlamağa başladım. Hə, budur, dəmire zincir.. Üzərində bir şey daha var idi, ki, böyük ehtimal qıfıl idi. Bu o demək idi ki, ikisi arxasında bir çıxış yolu var. Qaçış yolu..

Eşitdiyim addım səsləri hərəkətimi dayandırmağıma səbəb oldu. Nəfəsimi də həmçinin. Zülmət qaranlıq içərisində ilişib qalmışdım.  Ürəyim ağzımdan çıxmağa can atırdı. Əllərim havada asılı vəziyyətdə dayanmışdı, ayaqlarım sabitliyini tuta bilməzkən. Bir dəfə bir hekayə eşitmişdim. Cinlər ya da şeytanlarla bağlı bir şey idi. İnanışa görə insanla qaranlığın özündən qorxmazlarmış. Qaranlıqda dayandığınız zaman içinizdə bir qorxu hissi yaranırmışsa, bu, artıq, önünüzdə və ya arxanızda bir şeyin dayandığı mənasına gəlirmiş. Tam olaraq o vəziyyətdə idim. Nəfəs sayım azaldıqca və hər şey ağız ağır irəliləməyə başladıqca içimdəki qorxu hissi gedərək artırdı. Yaxınlaşırdı..Sürətlə..

Artıq itirəcəyim bir şey olmadığından aşağı doğru çömələrək əllərimi bu dəfə yerdə gəzdirməyə başladım. Bir şey lazım idi. Hər nə olsa.. Zincirlərdən birini qıracaq hər hansısa bir şey..

 Addım..addım..addım.addım..

Beynimdə addım sayını dəqiqələrə böldüm. Deyək ki, məni tapması üçün iki dəqiqə qalmışdı. zamanı yaxşı dəyərləndirməli idim. Amma səs çıxarmadan bu işi görmək mümkünsüz idi.  İndi yerimi bilməsə də, qapıya zərbə vurar vurmaz, yerimi təyin edəcəkdi. 

1 dəqiqə 30 saniyə

Birdən dayandım, qapını heç yoxlamadığımı xatırladım. Bəlkə də ümumiyyətlə qapı deyildi. Yenidən doğruldum. İki üç addım irəli addımladım. Son addımım bir yerə dirənən an dayandım. Əllərimi gəzdirdim. Buz kimi dəmir üzərində bir tutacaq tapmağa çalışdım. Qıfılın arxa hissəsində bir şey var idi. həyəcanla aşağı yuxarı tərpətməyə başladım və inanılmaz bir şey baş verdi. Qapı aralandı . 

1 dəqiqə 5 saniyə

Amma zincir olduğundan çox amma çox az hissəsi aralanmışdı. Sınamaqdan başqa şansım yox idi. Ayağımı aradan keçirməyə çalışdım, keçdi, çanaq tərəfimi qapıya doğru sıxmağa başladım. Mümkün deyildi, buradan keçmək mümkünsüz idi ,amma özümü o qədər məcbur etdim ki, bədənimin yarıba yarı hissəsi , başım xaric, qapının yarısından keçdi.

45 saniyə

Birdən birə aydınlanan ətraf gözlərimi qıymağıma səbəb oldu. Ardından göz bəbəklərim irildi və içimi çəkdim.  Dəmir qapı arasında sıxışıb qalmışdım və boş zirzəminin digər ucunda bir əlini işıq düyməsinin üzərində saxlayan, digər əlində bıçaq tutan qatil ilə üz üzə dayanmışdım. Aramızda isə sadəcə altı metrə yaxın  məsafə qalmışdı.

20 saniyə

Üç saniyəlik baxışmadan sonra qəflətən mənə doğru qaçmağa başlayarkən qapının arasında var gücümlə çabalamağa başladım. Qabırğalarımın nə qədər sıxıldığı, kəllə sümüyümün nə qədər ağrıdığı və ya qaçımın kənarının sivrilərək qanaması vecimə deyildi. Bu lənət yerdən çıxmalı idim.

10 saniyə

Əlini irəli uzadıb qolumdan yapışmağa çalışarkən bıçaq tutduğu digər qolunu yuxarı qaldırmışdı. Var gücümlə qışqıraraq qapını yana doğru əyib özümü bayıra doğru itələdim. Boşluğa doğru səndələyib yerə yıxılan zaman qapının arasından ardımca çıxan əlini gördüm. Geriyə doğru sürünüb əlimi  böyük ehtimalla çatlamış qabırğalarımdan birinin üzərinə qoyan zaman, qapının digər tərəfindən gələn boğunuq qışqırırq və qapıya vurulan yumruq,təpik səsləri qulağımda uğultu kimi dalğalandı. Ətraf bir az ay işığı bir az da qapı aralığından sızan işıqla aydınlansa da məndəki göründü yenə bulanıq idi. Dayanmaq olmazdı, ayağa qalx, Samirə. Ayağa qalx ! Ayağa qalx və qaç, var gücünlə !


Yerimi heç kəsə deməDonde viven las historias. Descúbrelo ahora