Başlanğıc

278 24 16
                                    

Nigar:
-Ana, mən başqa evə köçmək istəmirəm. Mən burada qonşuluqdakı dostlarımı çox sevirəm, evimizi, məhəlləmizi çox sevirəm.
Aydan:
-Mən də istəmirəm. Ora bizim məktəbimizə də uzaq olacaq.
Anası:
-Uşaqlar, böyüklərin işlərinə qarışmayın. Biz nə məsləhətlidirsə onu edirik.

Nigar böyük bir ailəyə sahib idi. O, valdeynleri, iki bacısı və qardaşı, iki otaqlı mənzildə yaşayırdılar. Artıq bu mənzil onlar üçün əlverişli deyildi. Uşaqlar istəməsə belə valideynlər artıq qərar vermişdilər. Bir həftə ərzində başqa məhəllədə, özlərinə uyğun bir ev tapıb köçdülər.
Yeni məhəllə, yeni insanlar, yeni ev. Bəzən bilinməz yeni başlanğıcların nələr gətirəcəyi...

Nigar artıq 6-cı sinifdə oxuyur. Məktəbini, sinif yoldaşlarını buraxmaq onun üçün asan deyildi. Məktəbini dəyişməmək üçün dirəndi və istədiyini əldə etdi. Aydan da, Nigar da əvvəlki məktəblərində təhsil almaga davam etdilər. Hər gün uzaq yol onları yorsa belə bunu üzə vurmurdular. Beləcə bir-iki həftə məktəbə gedib-gəldilər. Lakin belə alınmırdı. Aydanla dərs çıxışı yolda itib evi tapa bilmədikləri gün isə məktəbi dəyişmələri üçün bəhanə oldu.
Sanki bütün hadisələr buna görə baş verirdi. Sanki bir qüvvə Nigarın bütün yollarını o məktəbə doğru dəyişirdi. Bəlkə də tale dəyişdirirdi bu yolları...
Yeni bir dərs günü, yeni bir başlanğıc...
Sona (Nigarın anasi) :
-Qızlar, oyanın. İlk gündən yeni məktəbə gecikməyin.

Qızlar hazırlaşıb evdən çıxdılar. Anasi Nigarla Aydanı ilk gün özü apardi məktəbə. Aydanı müəlliməsinə tapşırıb Nigarı sinifinə yola saldı. Sinif rəhbəri onu qarşıladı, əyləşməsi üçün yer göstərdi.
Nigar özünü qəribə hiss edirdi. Burada heç kəsi tanımırdı, və elə içəri girdiyi andan köhnə sinif yoldaşları üçün darıxmağa başladı.

Tənəfüs zəngi vuruldu. Hər zəngdə sinifdən çıxmaq üçün can atan o sevincək uşaqlar bu dəfə yerlərindən tərpənmədilər. Sanki hər kəs müəllimənin sinifi tərk etməsini gözləyirmiş kimi, o sinifdən çıxar-çıxmaz Nigarın başına toplandılar. Nigar istər-istəməz özünə yönələn diqqətli baxışların təsirilə utanır, yanaqları qızarırdı.
Hərə bir sual verir, cavabını gözləmədən başqa sual verirdi:

-Hansı məktəbdən gəlmisən ?
-Nə üçün dəyişdin məktəbini ?
-Harda yaşayırsız ?
-Yoxsa başqa şəhərdən köçübsüz ?

Nigar həyəcandan əllərini bir birinə sıxır, ovucları tərləyirdi.

Üç-dörd ay ərzində Nigar yeni sinifinə, yeni evlərinə artıq alışmışdı. Özünə yeni dostlar tapmış, yeni münasibətlər qurmuşdu. Mahinur və Fəridə adlı iki yaxın rəfiqəsi vardı. Ikisi də Nigarin sinif yoldaşları idi. Digər sinif yoldaşları ilə də arası yaxşı idi. Nigar sakit təbiətli biri olduğu üçün getdiyi hər yerdə, her kollektivdə insanlarla asan ünsiyyət qurur, özünə yoldaş tapırdı.

Yeni bir dərs günü. ..
Nigar sinifə daxil oldu, oz partasına yaxınlaşanda partanın üstündə qatlanmış bir vərəq gördü. Uşaqca bir həyəcanla kağızı açıb oxumağa başladı. Bu, sinif yoldaşı Vüqar tərəfindən yazılmış sevgi məktubu idi. 6-cı sinif şagirdinin yazdığı məktub nə qədər təsirli ola bilərdi ki ?

5 il sonra...

Nigar:
-Xatırlayırsan ?
Vüqar:
-Nəyi ?
-6-cı sinifdə yazdığın o məktubu (gülümsəyərək).
-Bəsdir. Xatırlatma. Özümü biabr etmişdim. Çox gülməli idi (Gülərək).
-Ömrüm, sən elə düşünə bilərsən amma, bəlkə sən o "gülməli" adlandırdığın məktubu yazmasan, hal-hazırda yanında olub əlivi tutmazdım.
-Sən heç buraxma əlimi. Yaxşı ?
-Söz.

Bəxt GüzgüsüWhere stories live. Discover now