Bölüm 2

159 18 9
                                    

Yağışlı payız günü. Hava soyuq. Küçədə əlində çətirlə işə və ya evə çatmağa çalışan insanlar...

Vüqar:
-Dərsdən qaçdıq amma, səsi sabah çıxacaq. Bilet sualları paylanacaqdı bu gün.
Nigar:
-Sabah Mahinurdan alaram sualları. Amma qorxuram bizimkilərə şikayət oluna.
Vüqar gülümsəyərək cavab verir:
-Qorxma mən səni qoruyaram.
Nigar qəh-qəhə çəkir:
-Sən hələ özüvü qoru, dəli.
Vüqar zatafatla işarə barmağını Nigara sallayır:
-Sus, yoxsa dərsivi verəcəm.
Nigar qəh-qəhə ilə cavab verir:
-Yalan deyirəm ? Anan bilsə ağır cəzalandırar səni.
Vüqar dərindən nəfəs alaraq, yorğun üz ifadəsi ilə deyir:
-off ! Inan ki, bezmişəm artıq. Qəbul imtahanı da keçsə, rahat nəfəs alardıq.
Nigar məyusluqla cavab verir:
-Mənim şansım sənin qədər yüksək deyil, bilirsən. Qəbul olunmasam bu mənim sonum olar. Maddi vəziyyət məlumdu, tarixdən başqa hazırlığa gedə bilməyəcəm.
Vüqar üzüntüsünü gizlədə bilməyərək deyir:
-Kaş sənə kömək edə bilsəydim. Dərsdən başqa heç nəyə yönəlməyim deyə pul vermir bizimkilər.
Nigar əlini vüqarın çiyninə qoyub gözlərinin içinə baxır:
-Onsuz da mən belə bir şeyi qəbul etmərəm. Özün yaxşı bilirsən.
Vüqar güvənverici üz ifadəsi ilə deyir:
-Nigar, mən sonunacan sənin arxandayam bunu bil yetər. Sadəcə mənə güvən hər şey yaxşı olacaq.
Nigar söhbəti dəyişmək istərcəsinə başqa bir sual yönəldir Vüqara:
-Səncə buludlar niyə ağlayır ?
Vüqar onun kefini yerinə gətirmək üçün üzünü güldürməyə çalışır:
-Hmm. Məncə, məktəbdən şikayət gəldikdən sonrakı halımıza ağlayır.
Nigar əsəbi üz ifadəsi ilə deyir:
-Qəbahət məndədir ki, səndən söz soruşdum.
Vüqar Nigarın yanağını qırtaraq yola davam edir:
-Yaxşı, əsəbiləşmə, gəl sənə, şəkər pambığı alım.

Vüqar cibindəki qəpikləri çıxarıb, yol kənarında, çətir altinda pambıq satan yaşlı kişiyə uzadır. Nigar çəhrayı rəng olan pambığı seçir, uşaqca bir sevinclə, yoluna davam edir.
Vüqar Nigarı evə yaxın bir yerə qədər yola salır, və heç kəs görməsin deyə, oradan uzaqlaşır.

Vüqar Nigarı həqiqətən də saf sevgi ilə sevir və ona ürəkdən bağlı idi. Əlbətdə, bu sevgisi qarşılıqlı idi. Beş il ərzində bütün məktəb onların sevgisinə şahid olmuşdu. Qarşılarına çıxan bir çox maneələrə baxmayaraq, bir-birinə ayrılmayacaqlarına dair verdikləri sözə sadiq qalmışdılar.

Nigar evə çatar-çatmaz çantasını bir kənara atıb ev işlərinə başlayır. Anası işdən qayıdanacan evin işlərini bitirib, yeməyi hazırlamaq Nigarin günlük vəzifəsinə çevrilmişdi.

Nigar:
-Aydan, mənə kömək elə, yeməyi hazırlayaq. Ana gəlsə, hirslənəcək.
Özündən balaca bacısı Aydan gülümsəyərək cavab verir:
-Evə vaxtında gəlsəydin, çatdırardın.
Nigar əsəbiləşərək deyir:
-Sən özüvə bax, bütün gün güzgünün qarşısındasan, bir iş görmürsən.
Aydan mənalı baxışlarla Nigara sual verir:
-Onu nəzərdə tutmadım. Yenə Vüqarla, gəzirdin hə ?
Nigar vəziyyətdən çıxış yolu axtararaq cavab verir:
-Dəfələrlə demişəm, "gəzmək" demə buna. Sadəcə məktəbdən biryerdə qayıdırıq.
Aydan qəh-qəhə ilə Nigari qəsdən əsəbiləşdirməyə çalışır:
-Nəticə eynidi. Evə yubanırsan. Sona xanım bilsə qiyamət qopacaq.
Nigar göz- vuraraq Aydana öz günahını xatırladır:
-Sona xanım, bütün günü Yusiflə pəncərədən baxışdığıvı bilsə nolacaq görəsən ?
Aydan özünü müdafiə edir:
-Mən ona baxmıram, o bütün gün binanin qabağında dayanır.
Nigar Aydanın mənalı baxışlarla cavab qaytarır:
-Nəticə dəyişmir, əzizim. Onu sevirsən.
Aydan vəziyyətdən çıxış yolu tapmayıb, heyecanla qabları yumağa başlayır:
-Mən qabları yusam yaxşı olar.

Vüqar evə çatır, səssiz şəkildə içəri girməyə çalışanda anası Mədinə onu qapıda qarşılayır.

Mədinə əsəbi səs tonuyla Vüqara sual verir:
-Mən sənə nə demişdim ?
Vüqar:
-Yenə neyləmişəm ?
Mədinə:
-Sənə xəbərdarlıq etmişdim, dərsdən basqa heç nəyə, heç kəsə vaxt ayırmaq olmaz.
Vüqar:
-Nigarı nəzərdə tutursan ?
Mədinə:
-Onu nəzərdə tutduğumu yaxşı bilirsən. Atan yolda görüb sizi. Heç yaraşır o qız sənə ? Niyə gələcəyivi məhv edirsen ? Ailəmizə yaraşan bir qız olsa bu qədər əsəbiləşməzdim. Ama sən gör kim üçün dərsivi axsadırsan. Onun atası təmir ustası, anası dərzidir. Heç düşünmüsən bunları ?
Vüqar Nigari müdafiə etməyə çalışır:
-Tanımadığın insanları mühakimə etmə, ana. Insanlıq pul ilə ölçülür ? Biz guya millioner ailə deyilik ki, sadəcə onlardan biraz yaxşı dolanırıq deyə insanları alçaltmalıyıq ? Sənin sadəcə "təmir ustası" və "dərzi" adlandırdığın o insanlar şəhərdə ən hörmətli beş-on nəfərdən biridirlər.
Mədinə etiraz istəməyən səs tonuyla sözünü deyir:
-Bu sənə sonuncu xəbərdarlığımdır, ona-buna görə dərsini axsatmayassan. O qızla səni görsəm gedib anasına sözümü deyəcəm. Aç gözünü, gör, o sənin tayın deyil !

You've reached the end of published parts.

⏰ Last updated: Feb 15, 2016 ⏰

Add this story to your Library to get notified about new parts!

Bəxt GüzgüsüWhere stories live. Discover now