Maşının açıq pəncərəsindən gələn külək üzümə vururdu o gün. Yay gəlmişdi amma havada hələdə sərinlik hiss olunurdu. Anamın "Soyuqlayarsan, hələ isti deyil" deməysinə baxmayaraq yenə öz bildiyimi edib pəncərəni sona kimi aşağı endirmişdim. Bir az inad amma ciddən bunu çox sevdiyimçün gözlərimi qıyıb təmiz havanı acgözlüklə udurdum. Bu havanı hələ 3 ay da udacağımı təzə öyrənmişdim ona görə də bir az hirsliydim. Bura gələndə sadəcə bir həftə qalacağımızı demişdilər, amma 1 həftə üç aya çevrilmişdi. 14 yaşlı bacımın arxada dayana bilməyib gülməyi onun və maşındakı hamının bunu əvvəlcədən bildiyini göstərirdi. Təkcə mən mal kimi inanmışdım və bu çox sinir oyadıcı bir şey idi. Bu evdə 3 ay qalmağa heç vaxt razı olmayacağımı bildikləri üçün bu yola əl atmışdılar. Bu evi sevməməyimin çoxlu səbəbləri vardı. Birincisi evin kənddən uzaqda olmağıydı. Hündürdə təpənin başında, məşənin kənarında yerləşirdi həmişə də sərin küləklər əsirdi. Başqa səbəb biz heç vaxt bu evə tam köçə bilmirdik hətta ən uzun qaldığımız vaxtlarda belə. Bir digəriysə... Bu ev mənə həmişə qorxulu görünürdü və indi 17 yaşım olmağına baxmayaraq heç nə dəyişməmişdi. Şok xəbərin ardıyca başqa bir şok xəbər. Bir xəbərə daha dayana biləcəyimi düşünmürdüm. Bibim geniş ailəsiylə birlikdə bizimlə qalacaqdı. Və tam 3 ay. Bibimi sevirdim amma o ikisi övladlığa, üçüysə doğma olan 5 uşağı çox səs-küylü idilər. Bütün ev balaca uşaq olacaqdı, bir sözlə tətilimi burnumdan gətirəcəkdilər.
"Onsuzda 1 həftə qalıb qayıdacam" dedim birdən.
Anam bir az məzələnən tonla "Yaxşı- yaxşı gedərsən" dedi gülərək. Daha çox əsəbləşdim və
"Başa düşmürsüz, düz 3 ayımı o Ancelinayla Bred Pitin uşaqlarıynan keçirmək istəmirəm. Dostlarımnan dənizə getməyi planlaşdırmışdıq." dedim. "Anar!" atam ağır bir tonda dedi. "Bibingil haqqında elə niyə deyirsən? Olar o uşaqları götürüb ev verirlər, ailə sevgisi verirlər, qayğı göstərirlər. Belə etməyin düzgün deyil." deyə atam ciddi sifətlə gözlərini yoldan çəkmədən acıqlandı.
"Bağışla amma, başa düşmürsüz axı mən artıq böyümüşəm. 17 yaşım var və heç bir oğlan bu yaşda bu cür olmur."
Həqiqətən anam və atama hörmət etməsəydim bu dəqiqə bir taksiylə evə qayıdardım. Sırf olar narahat olmasın, inciməsin deyə nə qədər şeylərdən imtina etmişdim. Anam həmişə mənə görə narahat idi. Əslində evdəki hamıya görə narahat idi. Bu onda bir cür əsəb xəstəliyi idi.
"Avqustun axırı hamımız yığışıb gedərik dənizə, səndə dostlarını çağırarsan. Söz verirəm" deyə anam yenə başladı.
Gözlərimi sağa döndərdim və cavab vermədim. Gəlib çatmışdıq. Hamı maşından düşdü. Düşən kimi birinci evə baxdım. Tünd qəhvəyi taxta pəncərələri, eynilə o rəngdəki damı və ağappaq rəngli bu 2 mərtəbəli ev indi daha balaca görünürdü. Çantamı götürüb evə girdim. Cırıltılı qapı və döşəmə həmişəki kimi tükləri biz- biz edirdi. Yaxşı xəbər bura əvvəlcədən təmizlətdirilmişdi buna görədə heç kimi gözləməyib koridoru keçdim və yuxarı çıxdım. Otağıma girib, çarpayıya uzandım və gözlərimin qapanmağına icazə verdim.
Oyananda bütün buların yuxu olması ümidiylə qalxmışdım amma burdaydım. Aşağıdan səs-küy və dadlı yemək qoxusu gəlirdi. Qalxıb, aşağı düşdüm. Yeni il şənliyi idi elə bil. Uşaqlar səs-küyə başlamışdılar. Qabağa yerdim və Rüstəmi qucağıma alıb "Necəsən Rüstəm? Böyümüsən" dedim.
"Maşın" Deyə mənə heç fikir vermədən cavab verdi. "Maşınımı istiyirəm". "Yaxşı taparıq" deyib uşağı yola verdim. Onu yerə qoyub daha 3 uşaqla da görüşdüm. Avtomatik olaraq "1-i qaldı" fikirləşdim amma dar koridor o qədər doluyduki, bibimin sonuncu övladlığını görmədim. Ümumiyyətlə onu 1-ci dəfə görəcəkdim çünki təzə götürülmüşdü övladlığa.
Digərləri hələdə görüşəndə diqqətimi qapının cırıltısı çəkdi. Elə bil bu səsi ancaq mən eşitmişdim. İndi gözlərim hər şeyi yavaş kadrlar kimi görürdü. Ən arxada olsamda hündür boyum sayəsində qapını tam görə bilirdim. Əvvəlcə heç dəstəyə belə çatmayan zəif əlləriylə qapını araladı. İfadəsiz sifətindəki məsum gözləri ətrafı gəzdi. Məndən başqa heç kim ona baxmırdı amma o balaca boyu bunu bilməsinə mane oldu. Təhlükə olmadığını anlayan kimi birdən çox təəcüübləndiyim bir hərəkət etdi. Aralı qapıdan kiməsə əliylə işarə edib içəri dəvət etdi.
Başqa kim qalmışdı ki? Ya bibim bir başqa uşaq da övladlığa götürmüşdü? Və birdən gördüm. Hardasa qapıya qədər çatan uzun boylu bir qaraltı peyda oldu. Gözlərim qıyıldı. Refleks olaraq bədənim təhlükəni hiss etmişdi, buna görə də ürək döyüntülərim atır, bədənimi titrəmə bürüyürdü. O anda 2 şey birdən oldu. Yekə bir qaraltı əl balaca qızın əlindən yapışdı və bibim məni qucaqlayıb qabağımı kəsdi. Son görüntünün təsiriylə kimi qucaqladım, mənə nə deyildi fərqində deyildim. Başımda sadəcə 1 sual vardı. Evdə neçə nəfərik ?
