2

219 18 10
                                    

06.10.2013

Bəzən insan özünü sorğulayar - Niyə? - deyə.

Niyə bu belə oldu, niyə o elə oldu. Niyə taleyimizi özümüz yaza bilmirik, niyə validenlərimizi biz seçə bilmirik, niyə yaşadığımız həyat istədiyim kimi deyil, niyə öz evim yoxdur, niyə filankəsin həyatını yaşaya bilmirəm.. bla bla bla.

İroniya isə bilirsiz hardadır?

Elə əvvəldə dediyim "Niyə taleyimizi özümüz yaza bilmirik?"-də.

Çünki biz taleyimizi özümüz yazırıq.

Məsələn, hansısa sevdiyimiz insanın bizi sevməməsi taleyin, tanrının ya da hər nə isə, onun günahı deyil. Səhv insana aşiq olmaq bizim günahımızdır. Ya da, 35 yaşında hələ də bir qara qəpik sahibi olmamağımız özümüzün günahıdır bir başqasının yox. Bill Gates demişkən, kasıb doğulmaq sizin günahınız deyil, amma, kasıb ölmək sizin günahınızdır.

Çünki biz doğulduğumuz gündən ölənə kimi döyüşürük. Hər zaman iki tərəfdən birində oluruq. Ya ölürük, ya qalırıq. Ya sağlam oluruq, ya xəstə. Ya varlı ya kasıb. Ya yaxşı insan oluruq ya pis. və başqa saya biləcəyimiz bütün sonsuz fikirlər.

Sadəcə qavramaq lazımdır. Əgər hansısa həyatı istəyiriksə, bunun uğrunda döyüşməli, ancaq, eyni zamanda yaşamalı olduğumuzu.

Mən isə bu fəlsəfi fikirlərim arasında sadəcə bataqlıqda idim. Ya da bufetdə hər nə isə.

İçdiyim acı kofe dilimdən tutmuş mədəmə qədərki bütün hüceyrələrdə iyrənmə siqnalı yaradırdı ancaq mən deyəsən diqqətimi daha böyük iyrənmə səbəbimə vermişdim. Stacy və Robinə.

Ah bağışlayın çaşdım. Robin və onun qucağındakı Stacy-yə.

Bəzən əvvəlki dövrlərdə yaşama damarım coşurdu. Qadınların ətəklərinin uzunluğunun xətkeşlə ölçüldüyü; kişilərin pencək-şalvar geyindiyi, papaq taxdığı; at arabalarından istifadə ilə yanaşı təzə peyda olan maşınların küçələrdə heyrətlə qarşılandığı o dövrlər.

Və Stacy ilə Robinin universitetin mərkəzində cütləşmədiyi dövrlər.

Onlardan diqqətimi yayındıran isə masanın üstünə atılan kitablar oldu. Bufetdəkilərin yarısının da mən tərəfə baxdığına əmin ikən masanın altına girmə fikri bir anda cazibəli göründü.

Lakin, mən masanın üstünə kitab çırpan axmağın kimliyinə baxmaq istədim.

O idi.

-Səni də görmək xoşdur gözəlim - deyib şorgözcəsinə güldü və özünə stul çəkdi.

-"Otur" dediyim yadımda deyil? - tək qaşımı qaldıraraq verdiyim suala bayaqdan iyrənə-iyrənə içdiyim qəhvəni içərək cavab verdi.

-İcazə aldığım da, mənim yadımda deyil. Özünü gülünc vəziyyətə salma deyə oturduğuma təşəkkür etsən?

Göz süzdürüb stula söykəndim -Adın nə idi sənin?

Qarşısındakı kitabı bağlayıb etdiyimi təkrarladı -Heçkim - dedi və ayağa qalxıb masanın üstündəki kitabları götürdü.

Nə dedim ki mən?

O bufetdən çıxarkən çantamı da götürüb arxasıyca getdim.

Qoy rəddolsun da hara gedirsən ki? - desəm də, bir tərəfim onun niyə belə etdiyini öyrənmək üçün çırpınırdı.

-Hey! - deyə qışqırdım uşaqlarla dolu koridorda. -Məni gözlə!

Diqqətlərin üzərimə toplanmasından xoşum gəlməmişdi. Son günlərdə yaşanan aktual məsələlər bəs deyilmiş kimi, indi bir də bu axmağın dalıyca qaçdığım müzakirə olunacaqdı.

Əla.

Nəhayət ki ona çatıb bir dünya klişesi olaraq qolundan tutdum. Onun iki addımı mənim beş addımıma bərabər olduğu üçün qaçmaq məcburiyyətində qalmışdım və indi nəfəs ala bilmirdim.

-Mən - tez-tez nəfəs alaraq özümə gəlməyə çalışır bir yandan da danışmaq istəyirdim. -nə dedim axı?

Qollarını qovuşdurub mənim balıqtək çapalamağıma baxırdı. Əlavə edirəm, gülüşünü gizlətmək istəyərək baxırdı.

-Bu halını görəcəyimi bilsəm çoxdan heç nə demədən yanından gedərdim - dedi və sonunda qəhqəhəsini saxlaya bilmədi.

-Axmaqsan sən? - bayaqdan söykəndiyim divardan dəstək alaraq dikəldim.

-Səncə?

Heç nə demədən göz süzdürüb yanından uzaqlaşdım. Bu beyinsizlə vaxt itirməyəcəkdim.

-hey hey yaxşı getmə - dedi mən iki addım atmışkən.

Ona baxdım -Nədi? Nə var?

-Dərsin bitib?

Başımı yellədim.

-Harasa gedək?

-Niyə?

-Çünki, başqa işimiz yoxdur və sən mənimlə gəlməsən o iki axmağa baxıb özünü biyabır edəcəksən.

Hər nə qədər "Özünə gəl axmaq! Onu tanımırsan! İki göz yaşını silib!" -deyə içimdəki səs qışqırsa da burda qalsam, yaxşı olmayacağımı bilirdim.

Heç - KimHikayelerin yaşadığı yer. Şimdi keşfedin