13

101 8 9
                                    

Bu gün sonucu dərs günü idi. Bundan sonra bir neçə günlük qış tətili olacaqdı.

Kitablarımın yarısını çantama qoyub yarısını əlimdə tutdum. Yorğunluqdan başım çartdayırdı. Son 4 günü ancaq səhər-axşam dərs oxuyaraq keçirmişdim. Evdə, kitabxanada, hətta, dərsdə belə kitab oxuyurdum.

Gözlərim qızarıb sulanmağa başlayırdı. Və zibilə gəlmiş qıcıqlanma hissi rədd olmaq bilmirdi.

Sırayla sinif otağını tərk etdikdən sonra başımda yaranan ani ağrı ilə divardan tutdum. Gözlərim qaralmağa başlayırdı. Yəqin 13 saat dayanmadan dərs oxumağın cəzasını beynim belə verirdi.

Mən telefonumun yaddaşını belə bu qədər doldurmamışkən, beynimə bunu etməyə haqqım yox idi.

Dərin nəfəs alıb, gözlərimi qapayıb açdım. Hələ kitabxanaya gedib dünən götürdüyüm kitabı qaytarmalı və bir bədii əsər götürüb həmin əsərin qısa məzmununu yazmalı idim.

Bir az daha özümə gələndən sonra divara sanki birini gözləyirmişəm kimi söykənməkdən əl çəkib kitabxanaya üz tutdum.

Kitabxanaçı qadın böyük incəliklə bütün tələbələri kitabların harada olması ilə bağlı məlumatlandırıb, gətirdikləri kitabları götürürdü.

Çantamı masaların birindəki oturacağın üstünə qoyub kitablara yönəldim. Məndən olsa Paulo Coelhonun "11 dəqiqə" əsərinin qısa məzmununu yazardım.

Bir dəqiqə e, mən niyə elə onu yazmıram ki?

Kitabların yanına getməkdən vaz keçib çantamdan "11 dəqiqə"ni, kağız və qələmi çıxardım. Bunu bu gün bitirsəm, dörd gün tam rahat insan psixologiyası oxuya bilərdim.

Çantamı başqa oturacağa qoyub, özüm bayaq çantamı qoyduğum yerə oturdum. Kitab təxmini yadımda idi, sadəcə onu sırf dünya görüşümüz olsun deyə bizə dərs deyən ədəbiyyat müəlliminə təhvil verməli idim.

Kitabı oxumağa başladığımdan on dəqiqə qədər vaxt keçdiyini təxmin edirdim ki, qarşımdakı oturacağa biri oturdu.

Harry.

Əlində bir kitab var idi. Uzaq məsafəni görməklə bağlı gözlərimdə problem olduğu üçün kitabın üzərindəki yazını görə bilmirdim, ancaq, dünya klassiklərindən olduğu cildindən də bəlli idi.

-Hey.

O mənə gülümsəyərək baxarkən mən gözlərimi qıyıb kitabın adını oxumağa çalışırdım. Sadəcə çalışırdım.

-Hey, necəsən?

Başını yellədi. - Yaxşı, sən?

Cavab vermək istərkən kitabxanaçılardan biri sakit olmamızı dedi və mən susmalı oldum. Gülərək əlimdəki kitabı göstərib, onu oxumalı olduğuma işarə edərkən o da başını yelləyib anladığını bildirdi.

Sonu xoşbəxt bitən kitabın son cümlələrini oxuyurdum. Tanrım saat yarım vaxt keçmişdi və mən arada bir çox səhifəni oxumamış keçsəm belə, kitabı hələ indi bitirmişdim. Bütün bu vaxt ərzində Harry də qarşımda oturub kitabını oxuyurdu.

Kitabı masanın üstünə qoyub başımı əllərim arasına aldım. -Yoruldum.

Dediyimə o da qatılarkən kitabxananın pəncərəsindən havanın qaraldığını görməyim çox çəkmədi. -Harry, məni evə ötürərsən? Mən bir az yorğunam.

Harry ayağa qalxıb mənim 3 gündür qaytarmalı olduğum ancaq hər dəfə çantamda gəzdirib qaytarmağı unutduğum kitabımı öznünkünün üstünə qoyub kitabxanaçıya təhvil verəndən sonra qalxmağımı işarə etdi.

-Sənə nə olub? Rəngin də solub.

Maraqla soruşduğu suala heç nə demədən qolumu qoluna keçirtdim. Başım fırlanırdı və mənim universitetin ortasında yıxılıb biyabır olmaq kimi bir niyyətim yox idi.

-Heç nə olmayıb, sadəcə çox yorğunam.

-Mənim evimə gedək? Pizza da sifariş edərik.

Təklifi hal-hazırda evə gedib anamın sevgilisi ilə nə qələt etdiyini görməkdən daha cazibəliymiş kimi görünürdü.

-Əgər bol ədviyyatlı- gülərək başladığım cümlə bufetin qarşısından keçərkən Stacy və Robini görməyimlə quru bitdi. - olsa.

Baxdığım yerə baxanda o ikisini görüb məni özünə daha da çəkdi.

Robin gözləri ilə ayrı ayrılıqda məni və Harryni, daha sonra onun qoluna girmiş əlimi izləyib gülümsədi. Gülüşünü sevməmişdim. Bir gülüş insanı özündən bu qədər itələyə bilməzdi.

Mənim fikrim hələ də onun niyə elə əclaf kimi gülməyində idi. Harry isə məni darta-darta çıxışa yönəldirirdi.

Heç - KimHikayelerin yaşadığı yer. Şimdi keşfedin