5

175 17 2
                                    

19.10.2013

Yaşayarkən əslində necə xırda detalları gözdən qaçırdığını oturub dərindən düşünəndə anlayırdı insan.

Bir aforizmdə deyildiyi kimi: həyat; maşının sağ pəncərəsindən baxarkən, sol pəncərəsindəki şeyləri itirmək deməkdir.

Oysa ki bizlər, diqqətimizi bütünlüklə ya öz həyatımıza, ya da bizdən yaxşı yaşayanların həyatına həsəd aparmaqla keçirirdik.

Biz evlərimizdə isti geyimlər geyinib, dadlı yeməklər yeyərkən insanlar necə yaşayırdı? Necə dolanırdı? Üşüyürdü yoxsa ac idi deyə düşünmürdük.

Çünki bizlər eqoist, "bencil" varlıqlarıq. Ver yeyim ört yatım. Dırnağı qırılsa deyinəcək varlıqlar idik biz .

Heç bir zaman ağlıma qanundan kənar işlər, yaxud ucuz həyatla bağlı nə isə gəlməmişdi. Ancaq bir neçə dəqiqə sonra tam olaraq bunları öz gözlərimlə görəcəkdim.

Bu gün onu universitetdə görəndə yalvar-yaxar edib məni burdakı döyüşlərdən birinə gətirməsini istədmişdim. İndi isə burada idim. Bir bir hamının nə etdiyinə maraqla baxırdım. Salona axın edən insanlar bir-bir yerlərinə oturan zaman, 5-6 bu işdəki bəhsləri açan adam qarşıdakı masanın ətrafında oturdu.

-Onlar indi iki döyüşçüdən hansına pul yazdırırlar onu hesablayırlar. Daha sonra yarış açılacaq.

Onun qulağıma dediklərinə başımı yelləyib ən ön sıralara baxdım. Biz də öndə oturmuşduq onun "hörməti" sayəsində.

Bir neçə dəqiqə sonra əyinlərində filmlərdə yaxud qanunla keçirilən döyüşlərdə görməyə adət etdiyimiz xalat geyinən idmançılar çıxmadı.

Bu insanlar daha iri cüssəli idilər və təkcə bokser geyinmişdilər. Vəhşi kimi nərildəyib rinqin iplərini tutub altından keçdilər. İnsanların azərkeşliyi onlarda daha çox cəsarət yaradırdı sanki.

-Bundan sonrası qan və sınmış ayaq-qol olacaq.Ürəyin dözməyəcəksə gedək.

Başımı iki yana yelləyib ona baxdım -Qalmaq istəyirəm.

Razılaşıb əlimi tutmağa davam etdi.

Yarışın başlamasına işarə vuran zəng səsi iki döyüşçünün zəncirindən qırılmış it kimi bir-birinə hücum çəkməsinə səbəb olmuşdu.

O düz deyirdi. Həqiqətən də onlar başlayandan sonra gördüyüm mənzərə ürək açan deyildi.

Qırmızı bokserli döyüşçünün endirdiyi zərbə nəticəsində mavi bokser geyinən döyüşçünün dirsəkdən aşağısı tərsinə qatlananda üzümü ona çevirib gözlərimi yumdum. O isə əliylə başımı çiyninə yatırıb gözlərimin üstünü örtdü.

-Sənə gedək demişdim.

Başımı qaldırıb gözlərimi onun gözlərinə baxmağa məcbur etdim. -İndi gedək?

Və sualımın ardından qopan səs küylə hamı ayağa qalxdı. İnsanlar qarışqa yuvasına od düşmüş kimi yerlərindən qalxıb qaçmaq istəyirdilər. O an nə olduğunu anlamadan o əlimi tutdu və məni dartaraq qaçmağa başladı.

Nə etdiyimi anlamadığım üçün əvvəlcə ayağım burxulsa da sonra anladım, buradan çıxmağa çalışırdı.

Arxaya baxanda polislərin məkana doluşduğunu görüb daha da təlaşlandım.

Sürətimi artıran zaman bir anlıq arxaya çevrildiyim üçün baş gicəllənməsi yaşadım lakin o məni tutub yıxılmağıma mane oldu.

-Az qaldı, qabaqdakı koridordan sağa dönəcəyik vəssalam.

Başımı yelləyib onun dediyi istiqamətə yönəldim.

Çölə çıxanda oktyabrın soyuq havası üzümə vurdu. Bədənimdən elektrik keçmiş kimi olsam da, bir müddət sonra alışmışdım. İkimiz də dayananda mən əyilib əllərimi dizlərimə qoydum və nəfəs almağa çalışdım. Ürək döyüntülərimlə aldığım nəfəslər harmoniya içində deyildi.

O isə tez cibindən açar çıxararaq qapının 3 kilidini bağladı.

-Bəs başqaları çıxmaq istəsə?

-Ancaq bəzi işçilər gizli qapılardan xəbərdardırlar. O birilərin canı cəhənnəmə.

Başımı yelləyib yeriməyə çalışdım. Deyəsən bayaq qaçanda fikir verməsəm də, ayağım pis burxulmuşdu.

-Çox ağrıyır? -Ayağımı göstərib verdiyi sual fikrimi ona yönəltməyimə səbəb oldu.

-Bir az.

-Səni gətirməməli idim. - dedi və başını aşağı salaraq yeriməyə başladı. Ancaq, bir problem var idi. Ayağımı yerə basa bilmirdim.

-Hey! - o mənə baxan zaman yerə basa bilmədiyim ayağımı qaldırdım - topuğum incidir. Bir az kömək etsən?

Dediyimlə razılaşıb yanıma gəldi və əlimi çiyninə yerləşdirdi. Mən onun təkcə mənə yeriməyə kömək edəcəyini düşünərkən digər əlini dizlərimin altına keçirdi və məni qucağına götürdü.

-Məni tutsan da gəzə bilərdim, inan ki.

Güldü. -İnanıram ki, sən deyən kimidir. Ancaq Tanrıya minlərcə dəfə şükür olsun,bugün centilmen tərəfim özünü göstərir.

Heç - KimHikayelerin yaşadığı yer. Şimdi keşfedin