Xoş oxumalar :)Belə bir qərara gəlmişdik ki, filim izləyək. Oqlanlar nə qədər qorxulu bir filim üçün dirəşsə də ,sonda bizim yəni qızların dediyi oldu. Bir romantik filimə baxmaq arsuzu ilə Leylagili televizorun qarşısında həyacan ilə filmin başlamasını gözləyirdilər
Hər kəs bir yerdə oturmuşdu. Mən isə yerdə. Bir yanımda Emilgilin qrupundan olan Ayxan bir yanımda isə Həsən oturmuşdu.
Filim çox maraqlı idi. Xərcəng xəstəliyi ilə bağlı idi və iki gəncin saf sevgisindən
Sonda oqlan ölür.Demək olar bütün qızlar ağlayırdı sadəcə məndən başqa. Bunu görən Kamran sualını səsləndirdi
"Sevil sən qız kataqorisindən deskalife edindin" deyib gülməyə başladı
"Məncə o oqlanın yerində olmaq çox gözəl hiss olardı" hər kəs mənə təəccüblə baxırdı
"Səbəb? " bu sualı verən Emilin qrupundan Aygün olmuşdu.
"Çünki xoşbəxt öldü. Ölümü gülüşü ilə qarşıladı və bu çox gözəl bir ölümdür mənə görə" heç kəs nə dediyimi başa düşməmişdi. Məndə daha aydın bir şəkildə onlar üçün danışmağa başladım
"Məsələn biz bu həyata gələndə bir məqsədnən gəlirik. Böyümək, həyatda bir yer almaq, ailəmizi qurmaq, həyatın imtahanlarından kecmək və sonda ölümü dadmaq. Bir məsələdə varki həyat ədalətli olmur heç bir zaman. Ölənə qədər minlərnən kədər dadırıq. Neçə-neçə göz yaşları qoyuruq arxamızda. Sonra ölüm gəlir və ölümü belə kədərlə qarşılasaq bizim yaşammız sadəcə bir boş qara vərəqdən ibarət olar. Əzab, acı, kədər. Ölüm belə kədərli. Nə məqsədlə yaşadığki? Xoşbəxt anlarımızı kədərlərimizlə unutduq. Amma öləndə xoşbəxt ölmək yaşadığın üçün peşman olmaq əvəzinə sevincli olmaq gözlə hiss olmaz sizcə? Məqsəd gözəl yaşamaq deyil gözəl ölə bilməyi bacarmaqdır. Gedişimizi gülüşümüzlə xatırlasalar çox xoş olar məncə" deyib gülümsədim. Fidan adlı qız sözlərimi mənasız hesab edib üzünü buruşdurdu.Sadəcə Emil dediklərimi gülürdü bu təəccübləndirici idi
Leyla ayağa qalxıb əllərini bir birinə vuraraq diqqəti öz üstünə cəkdi
"Bəsdirin danışdız durun kömək edində buraları yığışdıraq" dediyində hamı güldü. Kamranda ayağa qalxaraq Leylaya tərəf gedməyə başladı
"Bəlkə bütün evi başdan ayağa yığaq madmazel " deyib güldü
"Bacarırsansa niyədə olmasın? "
"Elə oldu? " deyib Kamran Leylanı qıdıqlamağa başladı. Hər kəs öz əyləncəsində idi. Məndə paltomu giyinib bayıra hava almaq üçün çıxdım.
Bayıra çıxan kimi soyuq hava bütün bədənəmi titrətdi. Lakin bu mənə xoş təsurat yaratdı. Küləyin əsişini sevirdim.
Həyətdəki skameykalardan birinə əyləşib göyüzünü seyr etməyə başladım. Ulduzlar elə gözəl parıldayırdıki onlara uzun uzun baxmaq qəlbimi sevinc hissi ilə doldururdu. Keçmişdə axşamlar bayıra çıxar yerdə uzanıb ulduzlara, göyüzünə, aya baxaraq müxrəlif xəyallar qurardım..
Amma böyüdükcə anlamışdım xəyal qurmağın nə qədər mənasız olduğunu. Xeyallar boş ümidlərdən ibarətdir və bir xəyal qırıldımı bir ümidində ölmüş olur bunu öyrənmişdim. Lakin bir kitabda oxumuşdum sonuncu ölən hər zaman ümidlər olur..
Yanımda kimsənin əyləşdiyini hiss etdikdə qoxusundan Emil olduğunu anlamışdım. Lakin ona tərəf baxmadım
"Həyatının geri qalan nağılınıda eşitmək istərdim" dediyində başımı ona tərəf çevirdim
YOU ARE READING
Kimsəsiz
RomanceO,Heç nagıllara inanmadı.Çünki həyat ona nağıllara inanması üçün şans yaratmadı.Kimsəsiz 20 yaşındakı bir qiz nə qədər ağrı çəkə bilərki sualına O cavabdı