" Cənab və Mira "
Saat 23:47
Gecə Clubların birində istirahət məqsədilə həmişəki kimi oturmuşdum.1 saat öncə sifariş eydiyim bir şüşə şərab artıq dibində idi.Musiqinin səsi,birazda şərabın təsiri artıq başıml gicəlləndirirdi.Qalxmağa taqət yox idi.Elə bir ayaqlarım özümün deyildi.Gülümsəyib öz-özümə geriyə rahatlandım.Biraz başımı Dj qarışıq remixlərinə baş yellədim birazda qarşımdakı masaüstündəki "Qırmızı winston "- dan yandırıb çəkirdim.Nəisə biraz özümü toparladım və yenidən qalxmağa cəht etdim.Bir təkan,iki təkanda qalxdım və yavaş-yavaş barmenə tərəf irəlilədim.Yerə baxdıqca rəngli işıqların hərəkətləri az qala məni yıxa aldadaraq.Bir təhər barmenə yaxınlaşdım və oturacaqda oturaraq əlimi qaldırıb barmenə işarə etdim barmağımla.Barmen həmişəki " Ballada "- dan süzdü və qarşıma qoydu.Bir udğum aldım və başımı barmen stoluna qoydum.Deyəsən ürəyim bulanırdı ama sıxılırdım bilmirdim nə olub.-Barmen:
Cənab özünüzü pis hiss edirsinizsə ünvanınızı deyin sizi evinizə ötürək.-Mən:
Çox saolun,hərşey yaxşıdı saolun ;deyib başımı qaldırıb gülümsədim.Ümumiyyətlə tanımasaydılar məni həmişə eyni müştəri olmasaydım clubun sahibi ilə tanışlığım olmasaydı bəlkədə mənə o sözü demədizlər heç halımı soruşmazdılar.İndi clublarda içkili kimin vecinədiki nəisə.
Siqaretdən biri qalmışdı onuda çıxarıb yandırdım başladım çəkməyə.
Bir tüstü almışdımki,yanımda bir qız əyləşdi.Çiynindən paltonu çıxarıb oturacağın başına qoydu.Saçlarını açdı barmenlə salamlaşdı və əyləşdi.Barmen yaxınlaşdı qız həmişəkindən dedi və əlini atıb paltonun cibindən "Voq mentol" çıxarıb barmen stolunun üstünə elefonuda onun yanına qoydu.Barmen onun şərabını gətirdi.Mən gözümü ondan çəkə bilmirdim baxa- baxa qalmışdım.
Öz-özümə fikirləşdimki görəsən belə gözəl qadın həqiqətən varmış yoxsa içkinin təsirindəndi belə görürəm.Elə bil irq qarşıqlığı,vardı sarılı ağlı qara buğdayılı qarışıq.Saçları çox gözəl idi.Bəlkədə metis idi ama hərşey bir kənara gözləri çox gözəl idi,işıqların rəngarəngliyi dahada effektli parlaq edirdi onun gözlərini.Sadəcə baxırdım içkinin təsiri getsədə o içkidəndə betər adamı bihuş edirdi.
Onun gözü mənə sataşdı qəflətən gülümsədi,yəqinki uşaq kimi idi o an ona elə baxırdımki.Baxdığımı deyəsən hiss etmişdi.Üzümü tez çevirdim guya təsadüfən baxmış kimi əlimi cibimə atdım üst və arxa cibləri iç ciblər əl atdım birdən siqaretimin bitdiyin sonuncunuda bayaq çəkdiyim yadıma düşdü.Sən demə buda mənə baxırmış.Birdən sağ tərəfimdən bir mələk qoxusu ətri gəldi,gözəl elə bilki təbiət bunun büs-bütün üzərinə sarılmışdı.
O mənə yaxınlaşıb Siqaret paçkasını qarşıma qoyub-Axtarmayın buyur olandan çək dedi.
Doğrusu başımı qaldıranda utandım həmdə pazor oldum.
Lakin heçnə olmamış kimi..
- Xeyir xanım siqaret axtarmıram vərəq axtarırdım qələmlə birgə.O isə cavabında..
-Clubda vərəq qələmdən istifadə eləmirlə dərdləri həkk etməyə sadəcə içki və siqaret bəs edər.
Əgər qarşınızda içki varsa demək siqaret yox.Siqaret paçkasının qutusunu əzib dedi buda boş olduğu üçün siz siqaret axtarırdız.Unutmayın siqaret dərdlərdən qabaq bitmir.
Ona görə utanma çək götür çək.Gülümsədim və onu siqaretindən götürüb birini yandırdım və bir tüstü alıb qalxdım və bunu rəqsə dəvət etdim.O rəqs etməyi deyil mahnı oxumağı sevdiyini dedi.
Bilmədim nə edəm
+ Bəlkə içək?
-Pis olmaz..
+Birdən piyan olarsız xanım
-Cənab mən piyan olmuram.
+Hansından?
- Fərq etməz cənab...
YOU ARE READING
" Cənab və Mira "
Mystery / Thriller◆Öncə oxuyacağınız hekayə hakqında məlumatınız olması üçün sizə bir viski birdə gözəl sakit bir mahnı lazımdır..◆ İçkili bir qadına bağlanma çünki həyatı yarıya bölünmüş kimi sənidə ikiyə bölər.. ♥Müəllif: Elvir Onur♥ ●Arfoqrafiq səhflər ola bilər b...