*****

57 4 12
                                    

Avtobusda oturan kişidən soruşanda "Necəsiz?" çox təəccübləndi. Heç səsini də çıxarmayıb başını yellədi. Elə bildi ki, sərxoşam. Mən bir də soruşdum: "Necəsiniz?". Yenə cavab vermədi. "He , he cavab vermirsiz...", - dedim. Ona bir lətifə danışdım. "İki mavi avtobusda oturur. Biri o birinə deyir ki, "gəl sevişək", o da deyir ki, "ayıbdı, qabaqda adamlar oturub". Birinci mavi əl çəkmir ki, "nə olsun adamlar oturub ee, onlar bizə fikir vermir, heç eşitmirlər də.. İnanmırsan bax..." Mavi avtobusdakılara üzünü tutub: "Ey kim deyər saat neçədir?",- soruşur. Heç kəsdən səs çıxmır. Onda mavilər işə başlayırlar. Bir müddət sonra qabaqda oturan qoca bir kişinin ürəyagrısı tutur. Ürəyini tutub əsməyə başlayır. Sürücü narahat olur:
- Ay baba, nə olub?
- Pristupdu. Ürəyim tutub.
- Dərmanın yoxdu ?
- Yox bala yoxdu.
- Bəs niyə içəridəkilərdən soruşmursan? Bəlkə kimdəsə validol var?
- Eh, soruşmaq olur ki, bayaq biri saatı soruşdu onu arxada bilirsən neylədilər?" Ha, ha , ha ha ...
Amma kişi gülmədi. Bilmirəm niyə insanlar bu qədər soyuq olub.
Yavaş-yavaş şəhər mərkəzindən uzaqlaşırdım. Gecələri gah kiçik otellərdə, gah bağlardakı skamyalarda yatırdım.Yəqin evdəkilər məni axtarırdılar. Mənsə geri qayıtmaq istəmirdim. Nə həmişə deyinən valideynlərin yanına, nə həyasız sevgilimin yanına, nə də ki, cındır redaksiyama.

Tək gəzmək doğrudan da əla şeydir. Ən adi yemək yeməyi misal çəkim. Dostlarımla, ya da sevgilimlə yemək yeyəndə gərək bahalı bir yerdə oturaydım. Amma indi harda gəldi dönərdən, peroşkidən yeyirdim pulum da özümə qalırdı.Yemək də ki, həmin yemək. Hərdən yeməyin yeyilməkdən əvvəlki görünüşünə yox, yeyilib ifraz olunandan sonrakı görünüşünə baxın. Onda görəcəksiniz ki, yeməklər eynidir. Hər halda bunu sonradan görürük. Heç vaxt ifrazata baxıb bozbaşı pitidən seçə bilməzsən. Elə iəs fərqləndirmək nəyə lazım? Bütün bu səyahətimin bircə məqsədi vardı. Özümə uyğun həyat tapmaq. Bilirsiniz, həyat paltar kimidir. Əvvəlcə biz dükanda ən öndə olan paltarı görürük. Təsəvvür edin ki, hamı dükana girir və birinci qarşısına çıxan paltarı alır. Belə olmur axı. Gərək özünə uyğununu seçəsən. Həyat dükanında da birinci paltar "Məktəb-İş-Ailə"-dir.
Deyə bilərsiniz ki, sizin həyatınız fərqlidir. Ola bilər siz "məktəb-iş-ailə" paltarının bir rəngini geyinirsiniz, qonşunuz başqa rəngini, ya da ki başqa ölçüsünü. Amma tərz etibarilə eyni modeldir. Başqa modelləri isə gərək axtarasan. Məsələn, Tibet monaxları tamam başqa tərzdə yaşayırlar. Ya da ki, fahişələr. Bu da bir tərz cinayətkarlıqdır. Başqa bir tərz Hollivud ulduzları.Ya da həyatlarını orduya həsr edən paqonlu adamlar. Mən də öz həyatımın mənasını axtarmaq istəyirdim. Yoxsa axın məni də sizin kimi sıradan birinə, evinə yem daşıyan adi qarışqaya çevirəcəkdi. "Cırcırama və qarışqa" hekayəsini eşitmisiniz də. Bütün yayı cırcırama uçur, o çiçəkdən bu çiçəyə, sevinir, kef çəkir. Qarışqa isə evinə yem daşıyır. Cırcırama qarışqanı dolayır ki, bütün günü əziyyət çəkirsən. Qarışqa isə fikir vermir. Qış gələndə cırcırama ölür, qarışqa isə daşıdığı qidaları yeyir. Bilirsizmi, bu hekayədə zooloji səhv var. Cırcırama bütün günü yem daşısaydı belə yenə də qışda öləcəkdi. Çünki onun həyatı elə bir aylıqdır. Qarışqa isə yem daşımagına baxmayaraq yenə də qışda ölür. Bizə uşaq vaxtında qarışqanı misal çəkirdilər. Deyirdilər ki, siz də elə olun. Amma əslində cırcırama həyatını yaşadı, xoşbəxt olub, dünyanı görüb öldü. Qarışqa isə əziyyət çəkib, sürünüb öldü. Mən də buna baxıb öz seçimimi edirəm. Qarışqa olub sürünərək ölməkdənsə, qoy cırcırama olub uçaraq ölüm.
Bakının mərkəzi küçələri geridə qaldı. Mikrorayonlardan keçirdim. Hava isti idi. Ona görə əlavə paltara o qədər ehtiyac olmurdu. Köynəyim çirk olan kimi su tapırdım, yuyub çiynimdəcə qurudurdum. Şamaxinka tərəflər lap isti idi. Avtobusların istisi-tüstüsü, çayxanalardakı armudu stəkanlar, bağıra-bağıra nəsə deyən insanabənzərlər, yayın cırhacırında yun paltarlı nənələrin yun paltarın üstündən bellərinə bağladıqları şal adamı lap bir təhər edirdi. Ordan avtobusa minib Şamaxıya gedəcəkdim. Arada bir iki saatım vardı. Yaxında bir bina gördüm. Dedim qalxım görüm bir saat harda qalıram. Çayxanada oturmaq istəmirdim. Binanın birinci mərtəbəsində qapını döydüm. İçəridən səs gəldi: "Kimdi?". Dedim ki, adım Anardı, siz məni tanımırsız. Yenə səs gəldi: "Nə istəyirsiniz?" Cavab verdim: "Heç nə, elə-belə gəlmişəm".. Sizcə qapını açdılar? Düzdü açmadılar. Heç siz də açmazdnız. Heç mən də açmazdım. Bəlkə oğrudur? Bəlkə bizi öldürəcək? Amma həmin an ondan məzəli məşğuliyyət tapmamışdım. Bir-bir qapıları döyürdüm. Eyni suallar, eyni cavablar. Axırda bir qapını açan oldu. Bu 4-cü mərtəbədə yaşayan pəzəvəng idi. Keçəl başı elə bil ki, çay daşından idi. Bədəni də ki heç qapıya sığmırdı. Başımı 90 dərəcə qaldırıb divin sifətinə baxdım. Sifətində bir dənə də olsun emosiya yox idi. Div kimi baxıb soruşdu:
- Sən kimsən ə?
- Anar .
Tərs-tərs baxıb soruşdu:
- Nəyə gəlibsən?
- Heeç, elə-belə.
- Ə-ə, sən səysən yoxsa məni doluyursan?
-Yox, o nə sözdü. Doğrudan elə-belə gəlmişəm. Darıxırdım, dedim gəlim sizə qonaq.
- Əə, sən lap ....... san əə səni ..
- Niyə söyürsən, istəmirsənsə gedə bilərəm.
Yavaş-yavaş geri çəkilməyə başladım. Div də üstümə gəlib dedi:
-Əəəəə, hara gedirsən əəə? Gə bura görüm..Səni .... ay....
Davamını eşitmədim, çünki qaçırdım. Elə dalımca söyə-söyə qapısını çırpdı. Görürsünüz, adi qonağı necə qarşılayırıq. Ya qorxub qapını açmırıq. Ya da ki, qapını açıb qorxuduruq. Görəsən niyə insanlar bu qədər qəribə idilər?
Bakı ilə belə sağollaşıb avtobusa mindim. İki saata Şamaxıya çatdım. Burada camaat bir az başqa cür idi, az da olsa qonaqpərvərlik vardı. Bilmirəm niyə belədir. Kiçik şəhərlərdə, kəndlərdə insanlar daha istiqanlı olur. Amma paytaxtda belə deyil. Şamaxıdan sonra İmayıllıya qalxdım, ordan Qəbələyə. Böyük Qafqazın çox hissəsində oldum. Kəndləri gəzdim, müxtəlif insanlarla tanış oldum. Çoxu mənə turist kimi baxırdı. Gündəlik yazdıgımı görəndə elə bilirdilər yazıçıyam. Yuxarı dağ kəndlərinin birində kasıb bir kişi ilə maraqlı söhbətimiz alındı.

Onların qonağı idim. İki gün dincəlib yoluma davam edəcəkdim. Kişinin heç kəsi yox idi, tək yaşayırdı. Mənə də maraqlı gəldi ki, görəsən niyə tək yaşayır? O da "eh bala" deyib xatirələrini danışdı."Mən bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm, elə bu kənddə də qocalmışam.Yəqin bu kənddə də öləcəm. Mənim arvadım varıydı, yaxşı hörmətli kişinin qızıydı. İki oğlumuz oldu. Oğlanlar böyüdülər, evləndirdim, köçdülər şəhərə. Sonra balaca oğlumu xəstəlik apardı. Böyük oğlum da ailəsi ilə köşdü Rusyetə. Mənə da arvadımla qaldım burada. Bax o inəyləri aparıb otarırdım. Arvad çörək bişirirdi. Axşam üstü inəyləri gətirirdim. Toyuq-cücəyə baxırdıx. Sonra arvadın vaxtı çatdı, keçindi. Rəhmətlik qızıl insan idi. İndi də qalmışam burda təkcə". Soruşdum niyə oğlunuzun yanına getmirsiniz. Dedi ki, bu yerlərə çox öyrəşib. "Heç yana getmərəm. Bu evdə mənim atam yaşayıb. Onun atası yaşayıb".
Utandım soruşmağa ki, bəs indi nə edirsiniz? Və ya nəyi gözləyirsiniz? Ya da ki, bir ay sonra nə etmək istəyirsiniz? Çünki bu sualların cavabı yox idi. O heç bu haqda düşünmürdü.

Beyenmeyi unutmayin😘😘

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 08, 2016 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

AVTOBUSDAKI MAVILERHikayelerin yaşadığı yer. Şimdi keşfedin