"Heç kəs nağıllarda ölmədi. Hər kəs bir nağıl uğruna öldü.."
Siz oxuyucuların sıxılmadan oxuya bilməsi ücün və də tamam fərqli hekayələrin bir birinin ardınca kobud bir şəkildə düzülməməsi ücün, aralarında siz oxuyuculara xitafən zincirləmə əlaqa yarada bilmək ücün mənim yaratdığı obrazım Leyla ilə hekayə boyu yoldaş olacaqsız.. Elə isə buyurun Leyla və Leylanın hekayəsi ilə tanış olun..
*İlk hekayən*
Bundan sonrakı hadisələr həqiqi həyatda yaşanmışdır..
Adlar şərtidir. Yer məkan və zamanlar dəyişdirilmişdir.. Və orjinallığı pozulmayacaq şəkildə artırmalar olmuşdur (bədii obrazlaşdırma)..
Leyla bilməzdi ki, Kecmişini bilmədən, gələcəyə adım atır.. Və o hec aglına belə gətirməzdi ki, gələcəyə atdıgı hər adım, onun qaranlıq kecmişini arxasıyca sürükləyir..
Qacırılmaması lazım gələn bəzi anlar vardır həyatda.. Bəlkədə qaçırılması lazım gələn anlar.. İnsanın başına sadəcə bir kəz gələn anlar.. İnsanın həyat istiqamətini dəyişən anlar.. İnsanın bənliyini dəyişən anlar.. Leyla həyatının istiqamətinin və bənliyinin tamamilə dəyişdiyi anın icindəydi.. Zehnindən minlərlə düşüncə axıb gedərkən, boşluga düştüyünün fərqindəydi.. Nə edəcəkdi? Ya da nə etməliydi? Hər zaman çətin idi mi bu qədər qərarlar? Gördüklərini və eşitdiklərini unutub yoluna davam edəcəkdi? Vicdanının mı yoxsa yaşamaq eşqinin mi səsini susduracaqdı? bütün bunları hayqıraraq insanlara catdıraraq ölümün qarşısını ala biləcəkdi? Yoxsa sadəcə özü öldüyü ilə qalacaqdı. Başını qaldırdıgında isə nə qərarı verdiyini coxdan bilirdi.. Başqa Günəşlərin sönməsinə icazə verməyəcəkdi.. Nəyin bahasına olursa olsun bunu edəcəkdi..
Hərəkətə keçməli olduğunun fərqindəydi. Amma bədəni donmuşdu.. Gördükləri qarşısında.. Eşitdikləri qarşısında sanki buz kəsmişdi.. Özünü toplamaga calışdı.. Titrəyən dizlərini əllərini toplayıb hərəkətə kecdi.. Nə edəcəyini bilmədən hərəkətə kecdi... İndi o var gücüylə ətrafda olan "dəmir boçkaları" dagıdıb cıxara bildiyi qədər səs cıxarmağa calışdı. Üzərinə gələn adamlara inat boçkaları bi birinə vurmağa davam edirdi..
Bununla cox birşey edə bilməyəcəyini yalnız qolları və ayaqları baglandıqdan sonra dərk edə bilmişdi. Qorxmuşdu.. Günəş qədər qorxmuşdu bəlkədə.. Çünkü yaxşı bilirdi onuda Günəşə bənzər sonlugun gözlədiyini.. İndi Leyla hər kəsin qarabasma kabusu olan ölümlə üz üzə idi. Peşman deyildi. Sadəcə daha çox yaşaya bilməyəcəyi ücün məyus idi.. Çünkü onunda hər kəs hekayələri yarımçıq qalacaqdı.. Hec vaxt tamamlanmayacaq hekayələr..Leyla;
"Hər zaman islaq idi yanaqlarım?
Hər gecə bu qədər zülümət idi?
Həmişə bu qədər titrək idi bədənim?
Bu yerlərə hec günəş doğmazmı?
Bir insan qorxudan ölməzmi?
Buranın soyuqluğu hec kecməzmi?
Və hansı carəm idi? Ölməkmi? Yoxsa yaşamaqmı?" deyə düşünüb titrəyirdim.. Qorxunu və qaranlıgı lap içimdə hisedirdim. Bu cox ürkütücü idi.. Mən ürküməyə davam edərkən kobud bir əl çiynimə sərtçə toxunub "Sən Kimsən?!" deyə çıgırdı.. Mən dinə bilmədim.. Cünkü dodaqlarım titrəməkdən söz tuta biləcək halda deyildi.. Mənim susgunlugum, kobud əlin sahibini qəzəbləndirmişdi.. İndi o qalın səsi ilə qulaq desibellərimi təkcə zədələmir eyni andada, bədənimi də zədələyirdi.. Mən özümü boşluqda hisedirdim.. Hansı ki ölümü andıran bir boşluq. Nə sonlu nədəki sonsuz boşluq.. Kəlimələrlə ifadə oluna bilməyən boşluq...
Yerə cırpıldıqdan sonra kipriklərimlə göz qapaqlarımı örtürəm.. Nəfəs alış veriş ritimləri pozgundu. Ürək cırpıntılarımsa həyəcanlı... Göz qapaqlarımı örtməmlə zehnimdə yaşadıqlarım canlanmağa başlayır.. Ağrı və qorxudan yaşarmayan gözlərim acıdan yaşarır.. Səssizcə yaşlarım süzülərkən yanaqlarımdan zehnim agır və təhlükəli düşüncələrimlə mübarizə edir..
YOU ARE READING
Sonluq
RandomSonluq.. Sonluqlarımız. Sətirləri oxumadan öncə bunun bir hekayə və də uydurma olmadıgını. Real həyat hadisələrinin yansıması olan qurgusuz realist yazılar oldugunu, əsasən səndən yazdığımı demək istəyirəm. Siz bu kitabda ultura yaraşıqlı oğlanların...