Okaber-Vətən xaini

116 4 0
                                    

(1)
"İnsanlar məni yaxşı tanıyır, bilib, mənə
inanırdılar
Üzdən sığınacaq tapıb içdən talanırdılar
Hər dəfə efirə çıxanda ən gözəl maska
taxırdım
Millət acından qan qusanda mən
milyonlar yığırdım
Mən çıxırdım bərəkət üstündən
əzirdim,basırdım
Kiminsə xəbəri yox mən günahsızları
asırdım
Yazırdım yuxarılara ki qonşum millətçi
şairdi
Dilini kəsin, qələmini qırın o buna layiqdi
O, yazır həqiqətləri mən isə gizlədirəm
O,sevir azadlığı mən isə istəmirəm
Mən satıram qadınları, orqanları,
torpaqları
Ətrafıma yığıram yaltaqları, qorxaqları"
Yazmışdı son məktubunda vətən xaini
(2)
"İnsanlar məni yaxşı tanıyır, bilib mənə
inanırdılar
Əslində alçaq biri idim məni dahi
sanırdılar
Mən qatdım haramı halala ki, heç nə
günah sayılmır
Siğədən nə qədər uşaq öz atasını tanımır
Silah al-veri, sektalar və bir sıra
məsələlərdi
Ən yaxşı narkotik İslam ölkəsindən
gələrdi
Fəlakətlər, faciələr, kütləvi qırğınlar
Bir tikə çörək tapmayıb evə qayıdan
yorğunlar
İnsanlar boğulur kədərində, batır
qəhərində
Mənə təsir etmirdi fəryad çadır şəhərində
Əllərim qana batıb qatı cinayətkar, cani..."
İntihardan qabaq yazmışdı son
məktubunda vətən xaini

AzRap LyricsHikayelerin yaşadığı yer. Şimdi keşfedin