H.O.S.T.-Mənim qaranlığım

75 0 0
                                    

Mənim Qaranlığım
(verse:Qaraqan)
Həyatım əllərimdə əriyən şam kimi
Qaranlıq aləmimdə son ümidin yasında
Göz yaşımda qəmli xatirə
Əzablarımla qəlbimin pıçıltısı kəsildi
Səbrimin sonu uzaq, bu daş-kəsəkli
yolda qatiləm..
Ölən qərar, uzaq səfər, belimdə illərin
yükü
Səbəbsiz ağlamaqların da yastığımda
nəmli izləri
Qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər
Köməksiz əllərimlə sarımaq istədim bu
qanlı dizləri
Ürək ölüb və bilmək istəmir
Bu yolumun önünü tuta bilənlərin də
sözünü dinləməz
Bu gün külək bitər, günəş itər
Buludlu göydə yelkənim küləksiz
Ürəksiz tikilsin heykəlim və gözlərim
bəbəksiz
Qapını bağlayın, heç kəs gəlməsin
Bu gün özüm-özümlə qalmaq istərəm
Ölmək istərəm, ölümü gözlərəm
Ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə
sətiri izlərəm
Dünya çox gözəl və çox yalançı
Nəğmələr oxundu, şerlər yazıldı
Hər birində körpə qəlbimin əlində can
verən göyərçin
Hələ də uçmaq arzusuyla çırpınan
qanadların səsində
Anladım sevgilər nağıl, nağıllar yalan
Arzular tamam
Bu şəhər yad mənə tamam
Gecə sonsuz, durub zaman
Yaram sağalmır, axır qan
Geri zülmət, irəli duman
Yenə nifrət, kədər, güman
Halım yaman, köməy aman,
Damarlarımda qara qan..
(Nəqarət:Qaraqan)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?”
yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi
Qaranlığıma xoş gəldin
(verse:Qaraqan)
Uşaqlığımla görüşsəydim, ağlayıb
qaçardı
Qorxub üzünə baxmadan bu qəribə
adamın
Anasına çatardı
Ürək atardı, gecə yatardı qollarında
zülmətin
Sadəlöv arzular, bahalı zamanı heçə
satardı
Şaxtalar dəyişdi, üzümün yarası, kədəri,
qırışı artdı
Söyüşü artdı dilimin
İllər ötdü, ürəyim indi sərtdi
Mələyi tutmaq istədim əlimlə, parıltıdan
göz qamaşdı
Qürurum və vicdanım, hisslərimlə çox
dalaşdı
Çox dirəşdi tələdə, səhərə kimi bu dərədə
Arada sırada qələbə, çataram hədəfə
Yarama səpələ duzunu, düzünü
Yuxumu, gözümün irağı edərəm üzünü
Taparam izini gedərəm
Səsinə çataram, əlini tutaram
Harda olsa, qalada, dərədə, təpədə
Xoşbəxtlik göy qurşağı kimi gözəl və
əlçatmazdı
Dəli şair gözü yaşlı, tənha gecələr
yatmazdı
Səhra yolumun əvvəlində
Cəllad, silah əllərində
Qarabasma, yenə tərlədim mən
Dəftər dolu qəzəllərimlə
Səssiz ol, yenə də həyat tamaşası bitdi,
qəmli sonu
Sevgi donu geyinən hər kədəri də ilk
baxışda tanımışdım onu
Bu tikanlı yolu qara dərviş bəzədi saray
kimi
Nəfəsinə şaxta qonub
Qara qarğa qonub evimin bacasına
Cavanını, qocasını söy mikrafona
(Bü nə iydi?)
İllər köçər, kitab rəfimdə oxunmamış
neçə nağıl
Uşaqlığımın üzünə tüpürüb
Dəqiqələr də çox paxıl
İnanmıram ki, bir dəqiqə versin altmışbir
saniyə
O əlavə bir saniyədə bir söz qışqırım
Tövbəəəəəəə.......
Tövbəəəəəəə......
(Nəqarət:Qaraqan)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?”
yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi
Qaranlığıma xoş gəldin
(Verse:Qaraqan)
Və artıq görmürəm yuxularımda Cənnəti
Bu qəlbimin sonuncu harayı hansı
Cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən
qəfəsdi
Yoruldu, tab gətirmir, acı, kədərli illərə
Artıq görmürəm yuxularımda Cənnəti
Bu qəlbimin sonuncu harayı hansı
Cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən
qəfəsdi
Dözmək olmur, artıq bəsdir
Buraxın uçum göylərəəə...
(Nəqarət:Qaraqan)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Ümidlərim “Kim tez ölə bilər?”
yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi
Qaranlığıma xoş gəldin

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 06, 2017 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

AzRap LyricsHikayelerin yaşadığı yer. Şimdi keşfedin